Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

Azərbaycanın dövlət borcu: Bizi təhlükələr gözləyirmi? - TƏHLİL
Tarix: 24-07-2015, 11:50 | Çap et
Azərbaycanın dövlət borcu: Bizi təhlükələr gözləyirmi?
Dövlət borcunun klassik tərifi onun mahiyyətini olduğu kimi açıqlayır: – dövlət borcu dövlətin büdcə kəsirini bağlamaq üçün götürdüyü borcdur.

Dövlət borcunun ətrafında iqtisadçıların fikirləri tarixən heç vaxt uzlaşmayıb. Bu elmin klassik tərəfini təmsil edənlər dövlət borcunu “insanlar tərəfindən nə vaxtsa kəşf edilmiş bəla” kimi dəyərləndirsələr də digər qrup iqtisadçılar dövlət borcunu ölkə iqtisadiyyatının qaldırılmasını stimullaşdıran vasitə kimi dəyərləndiriblər. Tarixin bu günə qədər sübut edib ortaya qoyduğu isə budur ki, bəzi dövlətlər borclanma hesabına nəinki iqtisadi cəhətdən inkişaf edə biliblər, hətta dünya iqtisadiyyatının monstrlarına çevrilməyə belə müvəffəq olublar. Dediyimiz fikirləri təkcə ABŞ-ın timsalında əsaslandıra bilərik. Bu gün dünya iqtisadiyyatının Вј-nə sahib olan bu ölkənin dövlət borcu onun Ümumi Daxili Məhsulundan çox olan həddə gəlib çatsa da bu dövlətin illərlə apardığı iqtisadi siyasət, ölkə iqtisadiyyatını çökdürə biləcək böhranlardan özünəməxsus maneverlərlə yayınması və hətta bəzən bu böhranlardan öz iqtisadi durumunu bir qədər də yaxşılaşdırmaq üçün istifadə edə bilməsi onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsinə çevirib.

Misal üçün 01 yanvar 2014-cü il tarixinə ABŞ-ın dövlət borcu 18 trillion 141 milyard dollar təşkil edib. Bu isə ÜDM-un 109,9%-nə bərabərdir. Bu borcun xəzinə öhdəlikləri şəklində olan 5 trillion dollara qədər hissəsi isə xarici dövlətlərə olan borcdur ki, onun da təqribən yarısı Çin və Yaponiyanın payına düşür. Avropa Birliyinə daxil olan ölkələr üzrə də dövlət borcunun ümumi məbləği, bu gün onların məcmu ÜDM-dan çoxdur. Təkcə Böyük Britaniyada dövlət borcu ÜDM həcmini 4 dəfəyə qədər üstələyir. Tarix bu qaydada dövlət borcu hesabına güclü iqtisadiyyat quranların “odla oynadıqları”nı dəfələrlə sübuta yetirsə də bundan heç də bütün dövlətlər düzgün nəticə çıxara bilməyib. Yazılarımızın birində demişdik və yenə təkrar edirik: Təsəvvür edirsinizmi ABŞ-ın 18 trillion 141 milyard dollar həcmində olan dövlət borcunun xarici dövlətlərə aid olan 5 trilliyon dollarlıq hissəsinin 30-40%-i həmin dövlətlər tərəfindən satışa çıxarılarsa, dünya maliyyə bazarında nələr baş verər? Bu, ABŞ dollarının qeyd-şərtsiz uçruma yuvarlanması və ölkə iqtisadiyyatının fəlakətlə üzləşməsi demək olar. Bunun baş verməyəcəyinə kim təminat verə bilər?

Borclanmada səriştəsizliyə yol vermiş Yunanıstanın son illərdə yaşadığı ağır iqtisadi durum göz qabağındadır. Enerji resursları olmayan, lakin buna baxmayaraq adam başına düşən ÜDM–un həcminə görə dünyanın 50 ölkəsinin siyahısına düşən (adam başına 26000 min ABŞ dolları) Yunanıstanda bu gün insanlar əməkhaqqı kartı ilə bankomatdan 60 avro pullarını çıxara bilmirlər. Hesab edirik ki, borclanmada eyforiyyaya uymuş bir çox ölkələri yaxın zamanlarda belə aqibət gözləyə bilər və artıq Yunanıstandan başqa digər Avropa ölkələrində də bunun ilkin əlamətləri üzə çıxmağa başlayıb. Avropa Birliyinin və bu birliyin nüvəsini təşkil edən Almaniya və Fransanın Yunanıstana “yardım əlini” uzatması heç də yunan xalqına böyük sevgidən irəli gəlmir. Səbəb sadədir, “böyük qardaşlar” yunan defoltunun AB üçün nə vəd etdiyinin fərqindədirlər...

Bəs Azərbaycanda dövlət borcu hansı səviyyədədir? Dövlət borclarımızın bu günə olan səviyyəsi ölkəmizin iqtisadiyyatı və vətəndaşlarımızın yaşam tərzinə necə təsir edə bilər? Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adam başına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 000 dollara, Böyük Britaniyada 158 000 dollara, Almaniyada 71 000 dollara, Fransada 81 000 dollara, Rusiyada 4200 dollara, Gürcüstanda 2400 dollara, Ermənistanda 2700 dollara bərabərdir.

Dövlət borcu mahiyyət etibarilə aktiv və passiv borclara bölünür. Aktiv dövlət borcları büdcə vasitəsilə bu borcların dövlətin konkret sosial-iqtisadi proqramlarının reallaşdırılmasına, infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilən hissəsidir. Passiv dövlət borcları isə büdcədən maliyyələşən cari xərclərin bağlanmasına yönəldilən borclardan ibarətdir. Hər kəsə bəllidir ki, Azərbaycan hökumətinin götürdüyü borclar tamamilə aktiv borclar kateqoriyasına aiddir. Bunun belə olduğunu bilmək üçün büdcədən maliyyələşən sosial proqramlara və infrastruktur layihələrinə nəzər salmaq kifayətdir. Mətbuat səhifələrində bəzi müəlliflər yazırlar ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlərin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilir və bu layihələr əlavə dəyər yaratmır. Onlar bir məsələni bilməlidirlər ki, büdcəyə cəlb edilmiş belə vəsaitlər hesabına reallaşan həmin infrastruktur layihələri ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin əldə olunmasında birbaşa deyil, dolayı yolla iştirak edirlər.

Unudulmamalıdır ki, normal iqtisadi fəaliyyət üçün normal infrastrukturun olması ən vacib şərtlərdən biridir.

Azərbaycanın dövlət borcunun vəziyyətini mətbuat səhifələrində “təhlil” edən bəzi “ekspertlər” bir qədər də qabağa gedib, Dövlət Neft Şirkətinin borclarını da Azərbaycan dövlət borcunun üzərinə gələrək ölkədə adam başına düşən dövlət borcuna dair göstəricini iki dəfə şişirdilmiş şəkildə cəmiyyətə təqdim edirlər. Bu, sadəcə dilletantlıqdır və bu adamlar bilmək istəmirlər ki, Neft Şirkətinin götürdüyü borclar onun mövcud aktivlərindən dəfələrlə azdır və bu borcları dövlət deyil, Neft Şirkəti özü qaytarır.
Bu günlərdə keçirilmiş Nazirlər Kabinetinin toplantısında Azərbaycan Prezidenti də dövlətin borclanma sahəsindəki kursunu açıq şəkildə ifadə etdi: “Xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır. Hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər”.

Həm Prezidentin açıqlaması, həm də ümumən yuxarıda sadaladığımız faktlar göstərir ki, dövlət borcu ilə bağlı məsələlər Azərbaycanda heç kəsi narahat etməməlidir...

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru