Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

55 ilə sığan siyasətçi, yazıçı və jurnalist ömrü
Tarix: 22-07-2015, 10:53 | Çap et
55 ilə sığan siyasətçi, yazıçı və jurnalist ömrü
Bu gün tanınmış yazıçı, jurnalist Yunus Oğuzun 55 yaşı olur.

Yunus Oğuz 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. Hal-hazırda o "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktorudur. Yüzlərlə elmi və publisistik məqalələrin, ondan artıq kitabın müəllifidir. Onun əsərləri əsasında teatrlarda pyeslər səhnələşdirilir.

diaaz.space Yunus Oğuz haqqında "Olaylar"da yayımlanan məqaləni təqdim edir:

Nadir hallarda, tək-tək rast gəlmək mümkündür ki, bir insan özündə bir çox xüsusiyyətləri, özəllikləri cəmləşdirsin. Adətən tarixçi sırf tarixi araşdırmalar aparır, sahibkar səmərəli biznes qurur, siyasətçi ictimai-siyasi proseslərdə fəal iştirak edir, yazar isə özündən sonrakı nəsillərə gözəl əsərlər qoyur. Ancaq bəzən istisna təşkil edir ki, bir nəfər qeyd edilən bütün istiqamətləri, cəhətləri özündə cəmləşdirir. Ömrünün 55-ci baharını tamamlayan Yunus Oğuzun da məhz belə nadir şəxsiyyətlərdən olduğunu desək, yanılmarıq. Yunus Oğuzun 55 illik yaşamına, keşməkeşli həyatına nəzər yetirdikdə belə qənaətə gəlmək mümkündür ki, o, bütün bunlara heç də asanlıqla nail olmayıb. Fəhləlikdən başlayan iş həyatı Yunus Oğuzu Azərbaycan Respublikası Prezidentinin müşaviri postuna qədər yüksəldib. Onun həyat yoluna qısa nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür.

Kütləvi tədbirlərin təşkilatçısı

1960-cı il iyulun 22-də Şirvan şəhərində anadan olan Yunus Oğuz 1977-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra iş həyatına qədəm qoyur. O, bir il Şirvan DRES-də fəhlə işləyir. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alan Yunus Oğuz 1979-1981-ci illərdə sovet ordusunda xidmət edir. Hələ orta məktəb illərindən təşkilatçılıq məsələlərinə ciddi diqqət yetirən, kütləvi tədbirlərdə xüsusi fəallıq göstərən Yunus Oğuz ordu sıralarından tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıqtəmizləmə zavodunda mülki müdafiə qərargahının rəisi vəzifəsində çalısır. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilir. Yunus Oğuz bu illər ərzində paralel olaraq ali təhsil almaq planları üzərində də işləyir. O, 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olur və 1988-ci ildə universitetin fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnir. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır.

Əqidə adamı

1988-ci ildən ölkədə baş qaldıran milli azadlıq hərəkatı əksəriyyət gənclər kimi Yunus Oğuzu da bu proseslərə cəlb edir və o, aktiv şəkildə hərəkata qoşulur. Milli Azadlıq Hərəkatı zamanı o dövrün fəal siyasi xadimləri ilə yaxından ünsiyyət Yunus Oğuzu siyasi proseslərin aktiv iştirakçısına çevirir. Beləliklə, Yunus Oğuz 1990-ci ilin yanvarında Milli Elmlər Akademiyasının bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasını (XAP) yaradır və onun sədri seçilir. Hansı ki, həmin dövrdə Yunus Oğuz akademiyanın fəlsəfə və hüquq institutunda kiçik elmi işçi kimi çalışırdı və o dövrdə aktiv siyasətlə məşğul olmaq bir qədər riskli sayılırdı. SSRİ-nin dağılması ilə heç cür barışa bilməyən o zamankı hakimiyyət bu proseslərin fəal iştirakçılarını daim təqib edirdi. Eyni zamanda siyasi proseslərə qoşulmaq Yunus Oğuzu akademiyadakı işindən də məhrum edə bilərdi. Çünki o zamankı Azərbaycan rəhbərliyi SSRİ-nin diktəsi ilə siyasi proseslərin aktiv iştirakçılarını istənilən vasitə və metodlarla zərərsizləşdirməyi qarşıya məqsəd qoymuşdu. Bu baxımdan Yunus Oğuz da hədəfdən kənarda deyildi. Ancaq bu təqiblərə baxmayaraq Yunus Oğuz öz əqidəsindən geri çəkilmir və bütün riskləri gözə alaraq mübarizə yolunu davam etdirir. Məhz onun mübarizliyi, əqidəsindən dönməzliyi Yunus Oğuzun siyasi karyerasının inkişafına yol açır. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə, sonra isə AXC İdarə Heyətinə uzv seçilən Yunus Oğuz 1992-ci ildə AXC sədrinin müavini təyin olunur. 1993-cü ildə isə Yunus Oğuz Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilir. 1994-cü ildə AXC-ni tərk edən Yunus Oğuz Azərbaycanın Bütövlüyü Üğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edir və onun sədri seçilir. Onun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşir və Yunus Oğuz Xalq Azadlıq Partiyasınin sədri seçilir. 1998-ci ildə isə XAP və Vəhdət Partiyası birləşir və bu dəfə Yunus Oğuz partiya sədrinin birinci müavini seçilir. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edən Yunus Oğuz qurultayda Milli Vəhdət Partiyasının sədri seçilir.
2003-cü ilin oktyabrında keçirilən prezidenti seçkilərində namizədliyini irəli sürən Yunus Oğuz seçki marafonunda öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürür.

Yunus Oğuzun "Dövlət, millət, əxlaq" prinsipi

Qeyd etdiyimiz kimi, Yunus Oğuz nadir şəxsiyyətlərdəndir ki, bir neçə müsbət məqamı özündə cəmləşdirib. Hələ gənc yaşlarından yaradıcılığa, yazı-pozu işlərinə böyük maraq göstərən Yunus Oğuzun bu gün media rəhbəri kimi tanınmasında onun gənclik illərində bu sahədə də özünü sınaması böyük rol oynayıb. Siyasi fəaliyyəti kimi mətbu fəaliyyətində də riskləri gözə alan Yunus Oğuz Sovet senzurasının mövcud olduğu dövrdə, 1989-1991-ci illərdə "Azad söz" qəzeti, həmçinin Xüsusi bülletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. Bu həmin dövr idi ki, azad sözə qarşı ciddi basqılar var idi. Hətta bu missiyanı həyata keçirənlərin yolu bir çox hallarda zindanlardan keçirdi. Lakin Yunus Oğuz xalqın maarifləndirilməsi, cəmiyyətin ictimai-siyasi proseslər barədə bilgiləndirilməsini rahat həyat tərzi, şəxsi maraqlardan üstün tuturdu. 1991-1992-cı illərdə isə Yunus Oğuz "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. 1995-ci ildən Yunus Oğuz "Olaylar" İnformasiya Agentliyini təsis edir və eyni adlı qəzeti buraxır. Hər zaman olduğu kimi "OLAYLAR"-a rəhbərlik etdiyi dövrdə də Yunus Oğuz "Dövlət, millət, əxlaq" prinsiplərini əsas tutur. 20 illik fəaliyyəti dövrünün ən çətin məqamlarında belə bu prinsiplərdən yan keçməyən Yunus Oğuz və rəhbəri olduğu "OLAYLAR" qəzeti öz prinsipial mövqeyinə sadiq qalır, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət edir, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərir. Bəlkə də talenin bir qismətidir ki, Yunus Oğuz məhz 22 iyul - milli mətbuatın yaranma günündə dünyaya gəlib.

Türk tarixinin araşdırmaçısı

Yunus Oğuzun 55 illik ömür yolunun böyük bir hissəsini elmi yaradıcılıq əhatə edir desək, yanılmarıq. Günümüzdə yazıçı-publisist, tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz da əksəriyyət yazarlar kimi bədii və elmi yaradıcılığa şeir yazmaqla start verib. Gənclik illərinin ovqatına uyğun olaraq sevgi, məhəbbət şeirləri ilə qələmini sınaqdan çıxaran Yunus Oğuz çox keçmədən hekayələr yazmağa başlayır. Bir çoxlarında bu yaradıcılıq ötəri xarakter daşıdığından sonradan onu davam etdirməsə də, Yunus Oğuz hər bir başladığı işin sonuna çatmaq prinsipini əldə bayraq tutaraq illər keçdikcə daha dərin məzmunlu əsərlər ortaya qoyur. Son illər isə Yunus Oğuz təkcə Azərbaycanda deyil, eləcə də ölkənin hüdudlarından kənarda türk tarixinin araşdırmaçısı, tarixi romanlar müəllifi kimi tanınır. Yunus Oğuzun yaradıcılığında türk tarixinin araşdırılması, əsl tarixi gerçəkliklərin üzə çıxarılması əsas istiqamət təşkil edir. Yazıçının qələmə aldığı tarixi romanları mütaliə edərkən bir şeyin şahidi oluruq. Belə ki, Yunus Oğuzun tarixi əsərlərinin qəhrəmanlarını ayıran cəhətlər çox olsa da, onları birləşdirən ən önəmli cəhət hamısının türk olmasıdır. Attila, Nadir şah, Təhmasib şah, Əmir Teymur, Alp Arslan və qarşıdakı zaman kəsimində sırada yer alacaq digər hökmdar və sərkərdələr. Bu gün mübaliğəsiz demək olar ki, məhz Yunus Oğuz yaradıcılığı adıkeçən tarixi şəxsiyyətləri daha da sevdirib. İstər "Nadir şah" tarixi romanını oxuyarkən, istər "Əmir Teymur"u mütaliə edərkən oxucu qarşısında sanki yeni bir sima canlanır. Əgər Sovetlər dönəmində həm Nadir şah, həm Əmir Teymur, həm də digər türk sərkərdələri o zamankı ideologiyaya uyğun olaraq qaniçən, zalım kimi qələmə verilirdisə, Yunus Oğuz bu tarixi yanlışlığı aşkar edərək əsl gerçəklikləri üzə çıxardı. Yazıçı "Nadir şah"la uzun illər bu dahi sərkərdə barədə beynimizə yeridilmiş stereotipləri dağıtdı. Ən əsası Yunus Oğuz öz oxucusuna çatdırdı ki, Avşar qəbiləsinə mənsub Nadir şah yalnız bir məqsəd uğrunda mübarizə aparırdı ki, o da vahid Azərbaycan dövləti yaratmaq idi.

Yunus Oğuz qələmə aldığı əsərləri, tarixi romanları ilə həm cəmiyyətə, həm də dünyaya onu sübuta yetirir ki, türklər tarix yaradan, onu şana-şöhrətə çatdıran bir xalqdır. Ümumiyyətlə, Yunus Oğuzun bütün əsərlərində, tarixi romanlarında türk dünyası, onun mədəniyyəti, tarixi, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələr qırmızı bir xətt kimi özünü büruzə verir. Yunus Oğuzun əsərlərini oxuyarkən türklərin necə böyük bir xalqa, zəngin mədəniyyətə sahib olduğunu bir daha dərk edirsən. Elə bu səbəbdəndir ki, bu gün Yunus Oğuzun tarixi romanları türk dünyasında geniş yayılır, türkdilli ölkələrdə çap edilir.
Yazıçının geniş oxucu kütləsinə malik olan "Attila", "Nadir şah", "Qədim Anadolu və Azərbaycan türkləri", "Qarabağ - nəzarətsiz zona", "Türkün tarixinə yeni bir baxış", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Təhmasib şah", 2 cildlik "Əmir Teymur" əsərləri oxucular tərəfindən sevilir, maraqla oxunur. Çünki Yunus Oğuz əsərlərinin dili olduqca sadə, anlaşıqlı və oxunaqlıdır.

P.S. Bu gün 55 yaşını qeyd etdiyimiz baş redaktorumu biz də ürəkdən təbrik edirik! Yolumuza bir yerdə davam, Yunus bəy!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru