“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                     Bakı nefti BU QİYMƏTƏ oldu .....                     “28 May”da təhlükəli anlar .....                     Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? .....                     ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi .....                     Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər .....                     Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər .....                     Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb .....                     Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… .....                     Putin qeyri-adekvat vəziyyətə düşüb! .....                     Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... .....                     Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ .....                     DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR .....                     Türkiyədə nə baş verir... .....                     Professor milləti söyənlərə OD PÜSKÜRDÜ .....                     Taksi sürücüləri NƏ ETSİN AXI... .....                     "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" .....                     Cənab Cabbarovun YOXSULLUQ MİZANI .....                     Quran oğrusu Əlixan Musayevin yeni taktikası .....                     "Qəlbimi çox qırıblar..." .....                     ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər .....                     Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi .....                 

Tanınmış azərbaycanlı müğənni müflis oldu - “Mənə biznes ledi deyirdilər”
Tarix: 7-07-2015, 11:42 | Çap et
Tanınmış azərbaycanlı müğənni müflis oldu
“Əziyyət çəkmişəm, səhnə, nitq mədəniyyəti öyrənmişəm. Müəllimlərimdən mükəmməl dərslər almışam. Adımı yazdırıb, diplom alan ifaçılardan deyiləm”.

Bu sözləri Lent.az-a müsahibəsində uzun illər şou-biznesdən uzaq düşən müğənni İlahə Fəda deyib. İfaçı “bankrot” olmasından, şou-aləmindəki rəqabət mühitindən tutmuş, bir çox məqamlardan danışıb.


- Xeyli müddətdir şou-biznesdən uzaq düşmüsünüz...

- Hə. Uzaq düşmüşdüm. Səbəb odur ki, indi şou aləmində “tıxac” var. Mən o aləmə girmək və “tıxac”da qalmaq istəmirəm. Bilirsiniz, mən uzun müddət şou-biznesdən uzaq düşüb, xarici ölkəyə getdim. Başqa ölkəyə getməyimə səbəb isə özümə yeni biznes qurmağım idi. Təxminən 9-10 il Azərbaycandan kənarda yaşadım.


- Vətəndən uzaq düşməyiniz nəyi dəyişdi?

- Bu illər ərzində efirdən uzaqlaşdım. Amma sənətimə fasilə vermədim. Yeni mahnılar yazdırdım, dünyanın bir sıra ölkələrindən konsertlər verdim. Özü də yüksək səviyyədə. Bu konsertlərin lent yazıları da özümdə var. Amma mən bu videoları göstərib, özümü reklam etmək istəmirəm.

- Gördüyünüz işləri işıqlandırmaq istəməməyinizin səbəbi nədir?

- Səbəbi odur ki, indiki müğənnilər öz işlərini reklam edirlər ki, toylara getsinlər. Mən də toya getmirəm deyə işlərimi reklam da etmirəm. Həm də reklama pul xərcləmək istəmədim.

- Şou aləmində nədən narazısınız?

- Camaat nədən narazıdırsa, mən də ondan narazıyam. Xalqın gözü tərəzidir. Düzdür, indi çaşanlar var.


- Yeni çıxan müğənnilər deyirlər ki, “Biz “nömrə 1” müğənniyik. Bizim qabağımızda heç kim at oynada bilməz”. Amma...

- (Sözümü yarımçıq kəsir) Mən bu ucuz söhbətləri çox eşitmişəm. Ən azından mənim neçə illik musiqi savadım var. Yəni adımı yazdırıb, diplom alan ifaçılardan deyiləm. Özüm oxuyub, diplom almışam. Əziyyət çəkmişəm, səhnə, nitq mədəniyyəti öyrənmişəm. Müəllimlərimdən mükəmməl dərslər almışam. Onların belə deməyinə baxmayın, onlar mənim qarşımda at oynada bilməzlər. Çünki özlərindən çox razı olan ifaçılarla dəfələrlə toyda olmuşam, məni görən kimi dilxor olurlar. Mən ifaçılığa çox yüksəkdən başladım. İlk əvvəl unudulmaz sənətkar Şövkət Ələkbərovanın repertuarından oxudum. Camaat da məni Şövkət xanımın repertuarına müraciət etməyimdən sonra tanımağa başladı. Bir sözlə, musiqinin generalları mənə qiymət verib. Məsələn 2007-ci ildə Filarmoniyada konsert verdim. Konsertimə Arif Məlikov gəlmişdi. Mən Arif müəllimə dəvətnamə verən zaman mənə dedi ki, “İlahə, konsertə gələcəm, ifan xoşuma gəlməsə, elə 1-ci hissədə oranı tərk edəcəm”. Elə konsertin 2-ci hissəsinə başlayan kimi gözüm Arif Məlikovu axtarırdı. Gördüm ki, ikinci hissədə də oturub mənə qulaq asır.



- Bu günə qədər şou-biznesə bir çox müğənnilər gəldi və getdi. Çoxları unuduldu. Siz neçə ildir ki, şou-biznesdən uzaqsız, amma unudulmamısınız.

- Hə, unudulmamağıma səbəb nədir, heç bilmirəm. Yəqin vətənimə, xalqıma verdiyim dəyərim yaxşıdır ki, insanlar məni unutmur. Yəni mən tamaşaçıları heç vaxt aldatmamışam, səviyyəsiz musiqi ilə beyinlərini yormamışam. Bir də ki, mədəniyyət, özünü aparmaq qabiliyyəti, danışıq, geyim tərzi bax bunların hamısı səbəblərdir. Mən bütün bu amillərə daima diqqət etmişəm. Belə düşünürəm. Yekəxanayam axı. (gülür) Özümü bayaqdan tərifləyirəm.

- Şou-biznes əhli malın, mülkün reklam edir. Bəs siz niyə “qonşudan geri qalma” prinsipindən geri düşmüsünüz?

- Bir milyondan çox qaçqınımız var. Kasıbçılıqla yaşayan insanlar var. Mənə yaraşmaz ki, çıxım efirə evimi, maşınımı reklam edim. Əgər bunu etsəm, böyüklərim mənə töhmət edər.


- İlahə Fədanın qazanc yeri hardandır?


- Özümün biznesim, karqo şirkətim var idi. Məlum “krizis”dən sonra iflas oldum. Amma biznesim tam çökmədi. İndi bir istiqamətdə biznesim davam edir. Yəni əvvəlki kimi çox qazana bilmirəm. Müəyyən kanallar var ki, o istiqamətdə işləyirəm. Almaniya və Avropanın bir sıra ölkələri ilə əlaqədar işlərim var.


- İfaçılığınızdan qazancınız olmur?

- Musiqiçilər xəbər tutanda ki, mən Bakıdayam, toya çağırırlar. Yəni 5-10 manat da toydan qazana bilirəm.

- Söylədiniz ki, iflas olmusunuz. İlahə xanıma yenə “biznes ledi” demək olarmı?

- O vaxtı mənə “biznes ledi” deyirdilər. İndi demirlər. Yəqin, biliblər ki, biznesim çöküb. Əvvəlki kimi qazana bilmirəm.

- Yenidən ifaçılığınıza start vermək fikriniz varmı?

- Ümumiyyətlə heç nəyi öncədən planlaşdıra bilmirəm. Planlaşdırmağı da xoşlamıram. Hadisələri həyatın axarına buraxmağı xoşlayıram. Yəni qismətdə nə varsa, yaşayıb, görəcəyik.


- Şou-biznesdə bir çox bacıların dueti var. Bəs siz niyə Fədayə Laçınla duet oxumursunuz?


- Bu günə qədər Fədayə ilə duetimiz olmayıb. Bunun üçün vaxtımız olmayıb. Amma belə bir planımız var. Hətta duetimiz üçün mahnılar da var.

- Şou aləmində elə bacılar var ki, bir-birləri ilə qalmaqal edirlər. Sizin də aranızda olubmu bu cür qalmaqallar?

- Yox, yox. Fədayə mənim balaca bacımdır. Hətta mən anama deyirəm ki, “ay ana, sən sadəcə bu qızı doğmusan, amma səndən çox mən istəyirəm”. Bacımın ilk pərəstişkarı özüməm. Onun yaşında ikinci ifaçı tanımıram ki, gözəl səsi, ürəyi olsun. Bu sözləri bacım olduğuna görə demirəm. Bu, faktdır. Sözlərimi musiqiçi kimi deyirəm. Aramızda da heç zaman inciklik olmayıb. Nə səbəb ola bilər ki, iki bacı bir-biri ilə qalmaqal etsin? Hər kəsin bir xasiyyəti var. Şou aləmində qalmaqal edən bacılara da pis baxıram. Düşünürəm ki, evdə olan söhbətləri efirə çıxarmaq olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05
AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48
DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36
Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30
Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18
Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46
Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40
Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36
"Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26
ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22
Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33
Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30
Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17
Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12
Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08
Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07
İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05
Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03
Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru