Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

Bakının mərkəzində yerləşən 16 mərtəbəli binanın sakinləri dad deyir - 17 ildir "kupça" ala bilmirlər
Tarix: 30-04-2015, 11:30 | Çap et
Bakının mərkəzində yerləşən 16 mərtəbəli binanın sakinləri dad deyir
Bakıda Nərimanov heykəlinin düz yaxınlığında 16 mərtəbəli bir bina var, sakinləri təxminən 17 ilə yaxındır ki, məskunlaşıblar. Bina hətta 2000-ci ilin o məşhur zəlzələsindən də alnı açıq, üzü ağ çıxıb. Komfortu da pis deyil, mərkəzi istilik sistemi var, elektriki, isti və soyuq suyu da yerindədir.

Amma bütün bunlara baxmayaraq bina sakinləri halal pulları ilə tikdirdikləri mənzillərinə mülkiyyət sənədi ala bilmirlər. “Kupça vermirlər, verməsinlər. Heç olmazsa, mənzillərə order versinlər. Tikinti şirkəti ilə bağladığımız müqavilədən başqa heç bir sənəd yoxdur. Sabah bizdən sonra mənzillərimiz varislərimizə miras verilib-verilməyəcəyinə əmin deyilik”,- deyə 65 yaşlı bina sakini ANS PRESS-in əməkdaşı ilə söhbətində gileylənir.

Mənzil sahibləri bu illər ərzində mənzillərə mülkiyyət sənədinin verilməməsinin səbəbini öyrənə bilmirlər. İki-üç ildən bir başlayan “sənəd düzəltmə” əməliyyatı xeyli davam edir və sonra daşa dirənir. Nəticədə, mənzil sahiblərinin 500-600 manatı növbəti dəfə möhtəkirlərin yeminə çevrilir.

Bakıda fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin məlumatına görə, paytaxtda sakinləri bu cür problemlə üz-üzə olan yeni binaların sayı yüzlərlədir. Mərkəzdən ANS PRESS-ə bildirilib ki, müstəqillik illərində Bakıda 1700-ə yaxın yeni bina tikilib və bu, təxminən 200 minə yaxın yein mənzil deməkdir (Abşeron rayonundakı maasivlər bu sıraya daxil deyil - red.). Yeni tikilən binaların təxminən 30 faizinin, yəni təxminən 60 min mənzilin mülkiyyət sənədi artıq var. Amma 130-dan artıq yeni binanın istismar aktı ümumiyyətlə qəbul olunmayıb, təqribən 200 binanın ilkin sənədləşdirməsində problem var və 60-dan artıq binanın isə tikintisi yarımçıq qalıb. Yəni 400-ə yaxın binanın mənzil sahiblərinin mülkiyyət hüququ almağa ümidi yoxdur. Digər mülkiyyət sənədi olmayan, lakin əhalinin yaşadığı binaları da nəzərə aldıqda, 140 minə yaxın mənzildə mülkiyyət hüquq olmadan yaşandığı ortaya çıxıb. Bunun təxminən Gəncə kimi iki şəhərin mənzil fonduna bərabər olduğu nəzərə alındıqda, problemin necə geniş miqyaslı olduğunu təsəvvür etmək olar.

Əmlak üzrə ekspert, Bakı Əmlak Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hətta istismara qəbul olunmuş bəzi binalarda da mənzil sahibləri çıxarış ala bilmirlər. “Onların tikintisində hər hansı bir problem olmasa da, ilkin qeydiyyat sənədlərindəki bəzi problemlər mülkiyyət sənədi almağa imkan vermir",- deyə əmlak üzrə ekspert ANS PRESS-ə bildirib.

Ramil Osmanlı bu sahədə olan problemlərin əsasən tikintini icra edən mənzil tikinti koperativlərinin (MTK) fəaliyyəti ilə bağlı olduğunu bildir. Məsələn, MTK icarəyə götürdüyü yerdə bina tikir ki, bu da sonda mülkiyyət sənədinin alınmasına imkan vermir. “Bina tikmək üçün təxminən 130-a yaxın sənəd lazımdır. Tikinti üçün ən vacib olan sənədlər sırasında tikinti icazəsi və inşaat pasportudur. Bəzi tikinti şirkətləri inşaat pasportunu alır və hesab edir ki, artıq işə başlaya bilər. Tikintiyə icazə sənədi qalır. Müvafiq qurumdar yalnız tikintinin ortasında gəlir və işi dayandırır. Həmçinin, Bakı şəhərində müvafiq qaydalara görə, 12 mərtəbədən yüksək binanın tikintisinə iczə verilmir. 12 mərətəbədən yüksək binaların inşası üçün xüsusi icazələr tələb edilir ki, bir çox tikintit şirkətləri həmin icazələri almır. Yəni hər bir binanın öz spesifik prooblemi var”, - deyə Ramil Osmanlı vurğulayır.

Əmlak üzrə ekspertin fikrincə, bir çox hallarda MTK-lar binaların özəl mülkiyyətə verilməsinə tərəfdar olmurlar və mülkiyyət sənədinin verilməsin mane olurlar: “Çünki mülkiyyətçilərə çıxarış verildikdən sonra qanunvericiliyə görə, binanın idarəetmə səlahiyyəti onun əlindən çıxmış hesab edilir. Yəni ondan sonra mənzil mülkiyyətçiləri kollektiv bir müəssisə yaradıb özləri binanı idarə etməyə başlayacaqlar”.

Araşdırmalar göstərir ki, MTK rəhbərləri mülkiyyət sənədi verilməmiş binaların idarə edilməsindən böyük məbləğdə qeyri-rəsmi pullar əldə edirlər. Orta hesabla bir binadan ayda 10 min manata yaxın pul yığılır, bunun 2000-2500 manatını istismar xərclərinə yönəldir, qalan hissə isə MTK rəhbərlərin çatır. Buna görə də MTK rəhbərləri binaların istismara verilməsində və mülkiyyət sahibləri çıxarış almasında maraqlı olmurlar.

“Bunun ən böyük zərbəsi Azərbaycana dəyir. Çünki mənzil fondundakı müvafiq göstəricilər az görsənir. Statistikaya görə, Azərbaycan adambaşına mənzil göstəricisinə görə, iqtisadi cəhətdən özündən qat-qat zəif ölkələrdən geri qalır. Bu, əmlak vergisi yığımında da problem yaradır, çünki həmin əmlaklar vergi nəzarətindən kənarda qalır. Həmçinin vətəndaşlar müəyyən biznes layihələri gerçəkləşdirmək üçün öz evlərini girov kimi qoyub kredit ala bilmirlər”,- deyə Ramil Osmanlı bildirir.

Əmlak eksperti bu məsələdə müəyyən qədər mənzil almış sakinlərin laqeydliyinin də rolu olduğunu vurğulayır. Çünki vətəndaş tikinti şirkəti və ya MTK ilə bağladığı müqavilə öhdəliklərindən ən xırdasını pozan kimi MTK cəza tədbirlərinə başlayır - qiyməti qaldırır, məhkəməyə verir və s. Amma MTK-lar istehlakçıların hüquqlarını daima pozanda, heç kim səsini çıxarımır: “Hər bir binada 100-dən çox ailə yaşayır, həmin ailələrin 40 faizi toplanıb müəyyən instansiylara müraciət edə bilərlər, amma etmirlər. Yəni bir-iki MTK-ya qarşı məhkəmə yolu ilə maddi və mənəvi təzminat tələbləri qoyulsa idi, bu məsələlər çoxdan həll olunmuşdu”.

Reallığı nəzərə alan Ramil Osmanlı bu məsələnin kökündən və birdəfəlik həlli üçün daha yüksək səviyyədə iradə lazım olduğunu vurğulayır: “Praktika göstərir ki, bu cür fundamental məsələlərə bilavasitə ölkə başçısı müdaxilə etməlidir. Təxminən 3 il qabaq bu tikililərin qazlaşdırılması ilə bağlı çox ciddi problemlər var idi. Vətəndaşlar prezidentə müraciət etdilər və problem prezidentin müdaxiləsi ilə qısa müddətə öz həllini tapdı. Mənzillərə mülkiyyət verilməsi məsələnin də qısa müddətdə həlli üçün məhz bu lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru