Bankda girov qoyulan mənzillərin taleyi necə olacaq? - Şərh
Tarix: 11-03-2015, 08:55 | Çap et
 Manatın dəyərdən düşməsi və dolların bahalaşması əhalini narahat edən bir sıra problemlər yaradıb desək, yanılmarıq. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi bir sual maraqlandırır: Mən kreditimi hansı kursla qaytarmalıyam? Birdən-birə 35% bahalaşma o deməkdir ki, təxminən 25%-lə götürdüyünüz krediti 55%-lə qaytarmalı olursuz. Bu vəsaiti banka ödəməkdə isə şübhəsiz problemlər olacaq. Belə olan təqdirdə mənzillərini girov qoyub banklardan dollarla kredit götürənlərin aqibətini nə gözləyir? Krediti ödəyə bilmədiklərinə görə, bank onların evini əlindən ala bilərmi? Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, əgər öhdəlik icra olunmursa, girovun alınması öhdəlikdə öz əksini tapır: “Amma söhbət konkret mənzili girov qoyub dollarla götürülən kreditlərdən gedirsə, bu məsələ ilə bağlı müzakirələr gedir və hələ yekun bir nəticəyə gəlinməyib. Hər halda bu məsələ belə qalmayacaq. Düşünürəm ki, hər iki tərəf üçün ortaq bir mövqeyə gəlinəcək. Optimal bir həll variantı tapılacaq.” Hüquqşünas Qürur Abasov da bankların kredit ödənişlərini yeni məzənnə ilə tələb etmələrinin məhkəmə mübahisələrinə səbəb olacağını bildirir: В«Mərkəzi Bankın son qərarının nəticəsi bu gün banklardan xarici valyutada (dollarla) kredit götürən şəxslər üçün müəyyən çətinliklər yaratmaqdadır. Çətinliklər isə ödəniş zamanı bankların ödənişlərin dollarla həyata keçirilməsini tələb etməsi ilə kredit götürən şəxslərin əvvəlki məzənnədən fərqli olaraq, daha artıq pul ödəmələri şəklində ifadə olunurВ». Hüquqşünas Analitik.az-a şərhində bildirib ki, bank, borcun müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq aparılmaması əsası ilə, borcun məhkəmə qaydasında tutulması və tutmanın ipoteka predmetinə (girov qoyulmuş əmlaka) yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər: В«Təbii ki, bankdan götürülmüş kredit vəsaiti dollarla ifadə olunduğundan və bankın əsaslı və ya əsassız olaraq ödənişin dollarla həyata keçirilməsini tələb etməsi nəticəsində vətəndaşların (borc alanın) ödəniş qabiliyyətinin aşağı düşməsi, aylıq ödənişlərin tam həyata keçirilməsində çətinliklər yaranması bankla müştəri arasında mübahisələrə səbəb olacaq. Bank mövcud qanunvericiliyə və müqavilə şərtlərinə istinad edərək, kredit məbləğinin geri qaytarılmasını tələb edəcək. Belə olan halda, qeyd olunan iddia tələbi üzrə mübahisəyə baxan məhkəmə iddia tələbinin tam yə qismən təmin edilməsi, tutmanın ipotekaya yönəldilməsinə dair qətnamə qəbul edə bilər. Bu halda, məhkəmə müştərinin (borc alanın) banka borclu olduğunu müəyyən etdikdə, kredit borcunun manatın məzənnəsinin düşməsi ilə əlaqədar ödənişin çətinləşməsinə baxmayaraq, alınmış kredit vəsaitindən ödənilməyən əsas və faiz borcunun məhkəmə qaydasında tutulımasına və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi nəticəsində həmin əmlakın hərrac yolu ilə satışından əldə olunan məbləğin hesabına ödənilməsinə dair qərar verə bilər.В» Q.Abasov bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinin tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması halları İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. В«Bank tərəfindən belə bir iddianın irəli sürülməsi və məhkəmə tərəfindən həmin iddianın tam və ya qismən təmin edilməsi, əlbəttə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq əsaslandırılmalıdır.В» - deyə, Q.Abasov bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Bu gün, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Bu gün, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Bu gün, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Bu gün, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Bu gün, 16:47 |
|
|
|
| • Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Bu gün, 16:42 |
|
|
|
| • "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:40 |
|
|
|
| • "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Bu gün, 16:34 |
|
|
|
| • ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Bu gün, 16:29 |
|
|
|
| • Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Bu gün, 16:28 |
|
|
|
| • Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Bu gün, 16:26 |
|
|
|
| • Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Bu gün, 16:18 |
|
|
|
| • Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Bu gün, 16:15 |
|
|
|
| • Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Bu gün, 15:05 |
|
|
|
| • AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Bu gün, 15:00 |
|
|
|
| • Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Bu gün, 14:59 |
|
|
|
| • Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Bu gün, 14:55 |
|
|
|
| • Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Bu gün, 14:49 |
|
|
|
| • Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Bu gün, 14:39 |
|
|
|
| • Türkiyədə baş verənlər... - ŞƏRH
Bu gün, 13:20 |
|
|
|
| • BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Bu gün, 13:12 |
|
|
|
| • Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Bu gün, 13:00 |
|
|
|
| • Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Bu gün, 12:58 |
|
|
|
| • Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Bu gün, 12:51 |
|
|
|
| • Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Bu gün, 12:42 |
|
|
|
| • Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Bu gün, 12:38 |
|
|
|
| • “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Bu gün, 12:33 |
|
|
|
| • Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24 |
|
|
|
| • Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22 |
|
|
|
| • 25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17 |
|
|
|
| • Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14 |
|
|
|
| • Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10 |
|
|
|
| • AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
| • "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52 |
|
|
|
| • Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50 |
|
|
|
| • “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49 |
|
|
|
| • İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46 |
|
|
|
| • Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
| • Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37 |
|
|
|
| • "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34 |
|
|
|
| • "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28 |
|
|
|
| • Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25 |
|
|
|
| • “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21 |
|
|
|
| • Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10 |
|
|
|
| • "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50 |
|
|
|
| • Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37 |
|
|
|
| • “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35 |
|
|
|
| • “Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33 |
|
|
|
| • Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31 |
|
|
|
|