Əsas Səhifə > Güney Press / Video / Ana xəbər > Bankda girov qoyulan mənzillərin taleyi necə olacaq?
Bankda girov qoyulan mənzillərin taleyi necə olacaq?11-03-2015, 08:55 |
![]() Manatın dəyərdən düşməsi və dolların bahalaşması əhalini narahat edən bir sıra problemlər yaradıb desək, yanılmarıq. Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi bir sual maraqlandırır: Mən kreditimi hansı kursla qaytarmalıyam? Birdən-birə 35% bahalaşma o deməkdir ki, təxminən 25%-lə götürdüyünüz krediti 55%-lə qaytarmalı olursuz. Bu vəsaiti banka ödəməkdə isə şübhəsiz problemlər olacaq. Belə olan təqdirdə mənzillərini girov qoyub banklardan dollarla kredit götürənlərin aqibətini nə gözləyir? Krediti ödəyə bilmədiklərinə görə, bank onların evini əlindən ala bilərmi? Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, əgər öhdəlik icra olunmursa, girovun alınması öhdəlikdə öz əksini tapır: “Amma söhbət konkret mənzili girov qoyub dollarla götürülən kreditlərdən gedirsə, bu məsələ ilə bağlı müzakirələr gedir və hələ yekun bir nəticəyə gəlinməyib. Hər halda bu məsələ belə qalmayacaq. Düşünürəm ki, hər iki tərəf üçün ortaq bir mövqeyə gəlinəcək. Optimal bir həll variantı tapılacaq.” Hüquqşünas Qürur Abasov da bankların kredit ödənişlərini yeni məzənnə ilə tələb etmələrinin məhkəmə mübahisələrinə səbəb olacağını bildirir: В«Mərkəzi Bankın son qərarının nəticəsi bu gün banklardan xarici valyutada (dollarla) kredit götürən şəxslər üçün müəyyən çətinliklər yaratmaqdadır. Çətinliklər isə ödəniş zamanı bankların ödənişlərin dollarla həyata keçirilməsini tələb etməsi ilə kredit götürən şəxslərin əvvəlki məzənnədən fərqli olaraq, daha artıq pul ödəmələri şəklində ifadə olunurВ». Hüquqşünas Analitik.az-a şərhində bildirib ki, bank, borcun müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq aparılmaması əsası ilə, borcun məhkəmə qaydasında tutulması və tutmanın ipoteka predmetinə (girov qoyulmuş əmlaka) yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər: В«Təbii ki, bankdan götürülmüş kredit vəsaiti dollarla ifadə olunduğundan və bankın əsaslı və ya əsassız olaraq ödənişin dollarla həyata keçirilməsini tələb etməsi nəticəsində vətəndaşların (borc alanın) ödəniş qabiliyyətinin aşağı düşməsi, aylıq ödənişlərin tam həyata keçirilməsində çətinliklər yaranması bankla müştəri arasında mübahisələrə səbəb olacaq. Bank mövcud qanunvericiliyə və müqavilə şərtlərinə istinad edərək, kredit məbləğinin geri qaytarılmasını tələb edəcək. Belə olan halda, qeyd olunan iddia tələbi üzrə mübahisəyə baxan məhkəmə iddia tələbinin tam yə qismən təmin edilməsi, tutmanın ipotekaya yönəldilməsinə dair qətnamə qəbul edə bilər. Bu halda, məhkəmə müştərinin (borc alanın) banka borclu olduğunu müəyyən etdikdə, kredit borcunun manatın məzənnəsinin düşməsi ilə əlaqədar ödənişin çətinləşməsinə baxmayaraq, alınmış kredit vəsaitindən ödənilməyən əsas və faiz borcunun məhkəmə qaydasında tutulımasına və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi nəticəsində həmin əmlakın hərrac yolu ilə satışından əldə olunan məbləğin hesabına ödənilməsinə dair qərar verə bilər.В» Q.Abasov bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinin tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması halları İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. В«Bank tərəfindən belə bir iddianın irəli sürülməsi və məhkəmə tərəfindən həmin iddianın tam və ya qismən təmin edilməsi, əlbəttə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq əsaslandırılmalıdır.В» - deyə, Q.Abasov bildirib. Geri qayıt |