Müəllimlərin maaşı artmasından qazanan kimdir? - 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək
Tarix: 17-01-2015, 10:31 | Çap et
 Müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması doğru yanaşmadır.
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması barədə sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırılıb.
ANS PRESS-in məlumatına görə, Milli.Az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu sərəncamla bağlı aydınlaşdırılmalı olan bəzi suallara cavab verib.
Ekspertin sözlərinə görə, müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması doğru yanaşmadır, amma gələcəkdə bu sistemin əsaslı qaydada işlənməsi və şagird nailiyyətlərinin müntəzəm və avtomatik olaraq müəllimlərin maaşına təsir göstərməsi qaçılmaz olacaq.
R. Ağayev hesab edir ki, müəllimlərin məvaciblərinin artımı ilə bağlı ölkə prezidentinin dünən imzaladığı sərəncam ən çox müzakirə edilən məsələlərdən biri olacaq.
Müəllimlərin dərs yükünün artması və bunun yaradacağı problemlər haqda danışan ekspert hazırkı müəllim sıxlığı şəraitində dərs yükünün 18 saata çatdırılmasının çox çətin göründüyünü deyib: "Xüsusilə də müəllimlərin sıx olduğu şəhər yerlərində pedaqoji heyətin bir hissəsini ixtisar etmədən dərs yükünün 50% artırılması mümkün görünmür. Əks halda müəllimlərin ən azı 65-70%-nin tam stavka ilə (18 saat) işləməsi mümkün olmayacaq. Tam stavka ilə işləməyən müəllim isə bu artımdan tam bəhrələnə bilməyəcək. Çünki əgər ixtiyari müəllim 18 saat əvəzinə, yenə də 12 saat stavka ilə işləməyə məhkum olacaqsa, onun faktiki aldığı maaş indikindən kəskin fərqlənməyəcək. Hazırda Bakı, Gəncə, Naftalan, Mingəçevir kimi iri şəhərlərdə hər 5-6 şagirdə 1 müəllim düşür. Rayon mərkəzlərində bu göstərici 7-8, kəndlərdə isə 9-dan yüksəkdir. Hesablamalar göstərir ki, indiki müəllim heyyətinin ən azından 25-30%-i ixtisar edilmədən dərs yükünün artırılması çətindir".
İlk dəfə işə başlayan ali təhsilli müəllim üçün sərəncamın özəlliklərindən danışan R. Ağayev bu müəllimlərin 155 manat maaş aldığını xatırlatdı: "Sərəncamda maaş artımı 2 dəfə göstərilsə də, hər saat üçün real artım 30%-dən də az olacaq. Belə ki, qüvvədə olan qanunvericiliyə görə, hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka (12 saat) maaşı (10-cu dərəcə) 155 manatdır. Yəni hər saat üçün 12.9 manat. Əgər, məsələn hazırkı 12 stavka çərçivəsində maaşları 2 dəfə çoxaldıb 310 manata çatdırısalar, bu zaman paralel olaraq dərs yükü də 50% artırlaraq 18 saata çatdırıldığı halda tam stavka çərçivəsində 1 saatın dəyəri 17.2 manat olacaq. Yəni bu halda bir saatın zəhmət haqqında 3.7 manat və ya 33% artım olacaq. Amma burada başqa variant da mümkündür: maaşlar 12 saatlıq stavka çərçivəsində 2 dəfə artıraraq hər saat üçün zəhmət haqqı 25.8 manata çatdırılır və sonra dərs yükü 18 saata yüksəldilir. Bu halda ilk dəfə işə başlayan ali təhsilli müəllim (10-cu dərəcəli) 465 manat, ən yüksək stajlı müəllim (15-ci dərəcə) 620 manat maaş almalıdır. Amma bu variant, yəqin ki, olmayacaq və birinci variant seçiləcək".
Maaş artımının problemli tərəfindən də söz açan ekspert əlavə edib ki, 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək.
"Maaş artımının xeyli hissəsi verginin “qurbanı olacaq”. Vergi Məcəlləsinə görə, hazırda 250 manatadək maaşlardan yaşayış minimumunun əmək qabiliyyətli əhali üçün təsdiqlənmiş məbləğinin 1 misli çıxılır və yerdə qalan məbləğdən 14% vergi tutulur. Yanvarın 1-dən əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun məbləğinin yanvarın 1-dən 140 manat təsdiqləndiyini nəzərə alsaq, deməli, ən aşağı stavka üzrə müəllim maaşından cəmi 2 manat gəlir vergisi tutulur (155-140x14%). Amma 2 dəfə artımdan sonra 310 manatlıq maaşın 43 manatı vergiyə gedəcək. Nəticədə hər saat üçün faktiki maaş artımı cəmi 2 manat olacaq – indi vergi çıxılandan sonra 12.7 manat təşkil edirsə, 310 manata çatdırılacağı halda 14.8 manat təşkil edəcək", - o bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
| • "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50 |
|
|
|
| • Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47 |
|
|
|
| • İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35 |
|
|
|
| • Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31 |
|
|
|
| • Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27 |
|
|
|
| • Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15 |
|
|
|
| • Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11 |
|
|
|
| • "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06 |
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
|