"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                 

Evli qadınlar başqa kişiyə niyə qaçır? - ARAŞDIRMA
Tarix: 15-01-2015, 11:25 | Çap et
Evli qadınlar başqa kişiyə niyə qaçır?
Evli xanımların həyat yoldaşını, uşağını ataraq başqasına qoşulub qaçması cəmiyyətin qınaq obyektinə çevrilib. Son vaxtlar bu kimi halların sayı xeyli artıb. Demək olar ki, hər gün gəlinlərin evi tərk etməsi, subay oğlana qoşulub qaçması kimi xəbərlər eşidirik. Maraqlıdır ki, daha çox rayonlarda rast gəlinən hadisələr artıq adi hal alıb. Ötən il 10-a yaxın belə hadisə qeydə alınıb.

2014-cü ilin ən utancverici xəbəri Ağcabədi şəhərindən gəldi. Evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızının, 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçımasının ardınca Göyçayda, Qusarda, Xaçmazda, Qubada da gəlinlərin evi tərk etməsi xəbərləri yayıldı. Göyçayda daha bir utancverici xəbər yenicə ailə qurmuş 19 yaşlı gəlinin sevgilisinə qoşularaq evi tərk etməsi oldu.

Cəmiyyətimizə xarakterik olmayan bu hal Siyəzəndə də baş verdi. 5 uşaq anası 30 yaşlı Gülnar Ağayeva həyətdə işləyən ustaya qoşularaq qaçdı. Bir müddət sonra daha bir xəbər Qubadan eşidildi. 6 ilin gəlini 2 uşağını ataraq internetdə tanış olduğu oğlana qoşularaq qaçdı. Daha bir rüsvayçı olay isə toy günü baş verib. Belə ki, Xaçmazın Qobuqıraq kənd sakini olan Simuzər Sabirqızı toy günü başqasına qoşularaq yoxa çıxıb. O, bundan əvvəl 4 dəfə nişanlı olub, hər dəfə isə nişanını toyqabağı geri qaytarıb.

Qusar rayonunda da analoji hadisə yaşanıb. Rayonun Hiloba kəndində 21 yaşlı gəlinin itkin düşməsi elan olunsa da az keçməmiş Güləsər Səlimovanın telefonunda yad kişi ilə mesajları tapılıb. Ehtimal edilir ki, o da başqa bir oğlana qoşularaq qaçıb.

Bir sözlə, son günlər tez-tez eşitdiyimiz gəlinlər heç bir səbəb göstərmədən övladını, ərini, tərk edərək başqası ilə qaçması xəbərləri sanki ənənə halını alıb. Kənardan adi görünsə də evli qadınlar bu addımı atması ciddi müzakirə mövzusudur.

Onlar niyə qaçırlar? Səbəb nədir?

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda avradın evi tərk etməsi ilə nəticələnir: “Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi, özü olmadan evə daxil olması təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”. Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır: “Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”. Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır:

“Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”.

“Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”

Serialların da ailələrə güclü təsir etdiyini söyləyən M.Zeynalova serialları on il bundan öncə atılmış bombaya bənzədir. O, həmin serialların artıq öz nəticəsini verdiyini və bundan sonra da bu cür fəsadlar verəcəyini deyir:
“Bir dəfə birliyə psixoloji yardım üçün qadın gəldi. Onun dedikləri məni şoka saldı. “Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”. Yəni bunu normal kimi qəbul edirlər. Əslində isə bu norma deyil. Bu tipi məlumatlar bir-birinə ötürülür və zəif psixologiyası olan insanlara təsir edir. Depressiyadan çıxmaq, adrenalin yaşamaq üçün gəlinlər bu yola əl atırlar”.
Ailələrini tərk edən gəlinlərdən rəhbərlik etdiyi təşkilata müraciət edənlərin olduğunu deyən M.Zeynalova bir nəfəri ailəsi ilə barışdırdıqlarını ikincinin qadının isə bütün cəhdlərə baxmayaraq əri ilə barışmadığını söyləyib:
“Qadınların da kişiləri aldatması ilə bağlı faktlar az deyil. Hətta qadın xəyanətinə görə ailəsini tərk edən kişilər də olub. Elə ailələr var ki, həyat yoldaşının psixoloji durumunun normal olmadığı üçün psioxoloqa gətirib, lakin məlum olub ki, onun kənarda sevgilisi var. Beləcə, ailə dağılıb”.

“Onlar sadəcə manyakdırlar, başqa adı yoxdur bunun...”

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, rayon mühitində yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə tanımadıqları adamlara qoşulub gedirlər:

“İnsanlar dünənə kimi konservativ həyat tərzi sürürdülər. Həyata mühafizəkar münasibət var idi. Hətta gəlin qaynatanın yanında övladını qucağına götürməzdi. Yanaşmalar fərqli idi. İndi biz informnasiya əsrində yaşayırıq. Bu hallara təsir göstərən faktorlar sırasına interneti, serialları daxil edə bilərik. Elə seriallar var ki, insanların yanaşması ilə üst-üstə düşmür. Onlar təmtaraqlı həyat axtarışına çıxır və nəticədə xoşagəlməz hallar yaranır. Gəlinlər fərdi konfortunu düşünərək bu cür problemlərə yol açırlar”. Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranların da normal adamlar olmadığını deyən psixoloqun sözlərinə görə, onlar ya bir neçə dəfə ailə həyatı yaşayanlar, ya da psixoloji cəhətdən problemi olanlardır: “Rayonlarda yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə evdən qaçırlar. Çünki xəyanət halları, evə qadın gətirmək rayon yerlərində daha az baş verir. Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranlar da normal adamlar deyil. Onlar ya təkrar evlilik yaşayırlar, ya da psixoloji cəhətdən problemləri var. Əgər bir kişi ailəli bir qadını yoldan çıxarıb ailəsindən evindən, uşağından edirsə o manyakdır, cəmiyyət üçün təhlükəlidir. Çünki həmin adam ikinci, üçüncü dəfə də eyni hadisəni təkrarlayacaq. Axı həmin şəxslər sona kimi həmin qadınları saxlamırlar. Təklif edirəm ki, həmin şəxslər məsuliyyətə cəlb olunsunlar”./azvision/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru