Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                     Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır .....                     Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                 

Şəkinin icra başçısı yerli sakinləri necə narazı salır... - Şikayət var...
Tarix: 14-01-2015, 10:43 | Çap et
Şəkinin icra başçısı yerli sakinləri necə narazı salır...
Ölkənin şimal-qərbində yerləşən Şəki rayonundan gələn narazılıqların ardı-arası kəsilmək bilmir. Yerli sakinlər müxtəlif vəzifəli şəxslərin, ələlxüsus da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ölkə qanunlarına sığmayan əməllərindən narazılıq edirlər. Xatırladaq ki, qəzetimizin əvvəlki saylarında rayonda meydana çıxan problemlər, əhalinin sosial durumunun aşağı səviyyədə olması və bəzi məmurların vətəndaşları incitməsi haqda silsilə yazılar dərc etmişdik. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, rayonda vəziyyət acınacaqlı olaraq qalır.

Etibarlı mənbələrdən əldə etdiyimiz ən son məlumatlara görə, icra başçısı Elxan Usubov Şəki camaatını narahat edən problemləri həll etməkdə maraqlı deyil. Çünki o daha çox şəxsi problemlərinin həlli və biznes layihələrinin həyata keçirilməsi işləri ilə məşğuldur: "Başçı vaxtının çox hissəsini biznes işlərinə ayırır. Camaatın problemləri, sıxıntıları icra başçısını zərrə qədər də olsun maraqlandırmır. Elxan müəllim əmək fəaliyyəti dövründə uzun müddət bizneslə məşğul olub. O icra başçısı postuna təyin olunandan sonra da biznes işlərini davam etdirib. 2011-ci ildən rayona rəhbərlik edən məmur bir sıra qanunsuz yollara əl ataraq şəxsi sərvətini artırmağa müvəffəq olub. Şəkinin yalnız mərkəzi hissələrində, tarixi abidələrin mövcud olduğu ərazilərdə göz oxşayan mənzərələr mövcuddur. Ucqarlarda isə vəziyyət tamamilə fərqlidir. Kəndlərdə yaşayan insanların sosial durumu olduqca ağırdır. Camaat dolana bilmir. Şəkidə işsizlik böyük problemə çevrilib. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Yeni açılan iş yerlərində isə iş yoxdur. Çünki həmin müəssisələrdə ya icra başçısına, ya da digər yerli məmurlara yaxın olan şəxslər işləyir. Buna görə də əhalinin bir hissəsi qazanc üçün ətraf rayonlara, həmçinin paytaxta üz tutmaq məcburiyyətində qalır. Nəzərinizə çatdırım ki, rayonun yol infrastrukturu da bərbad gündədir. Yolların təmiri və yenidən tikintisi məqsədilə dövlət büdcəsindən, digər maliyyə qaynaqlarından ayrılan vəsaitlər məqsədyönlü şəkildə xərclənmir. Yol tikintisi üçün ayrılan külli miqdarda vəsait bir qrup məmur tərəfindən mənimsənilir. Elə bu səbəbdən Şəkinin yollarında vəziyyət qənaətbəxş deyil. Rayon mərkəzini ətraf kəndlərlə birləşdirən yollar istifadəyə yararsız hala düşüb. Sakinlər bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir". Məlumatlı şəxsin dediyinə görə, Elxan Usubov İcra Hakimiyyətinə başçı keçəndən sonra Şəkidə kommunal xidmət sahəsində problemlər xeyli artıb. Qaynağımızın sözlərinə görə, rayonun bir çox kəndlərində əhalinin mavi yanacaq, elektrik enerjisi və içməli su ilə təminatı normal səviyyədə deyil: "Bildiyiniz kimi, qış fəsli Şəkidə çox sərt keçir. Buna baxmayaraq, rayonda qışa hazırlıqla bağlı müvafiq tədbirlər görülmür. Mavi yanacaq yalnız mərkəzi hissələrdə var. Ətraf kəndlərdə isə qaz yoxdur. Şəkinin elə kəndləri var ki, orda yaşayan insanlar ümumiyyətlə mavi yanacağın nə olduğunu bilmir. Dövlət büdcəsindən rayonun sakinlərinin tam şəkildə qazlaşdırılması üçün kifayət qədər vəsait ayrılıb. Amma ortada real iş yoxdur. Elektrik enerjisinin verilməsində də problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Belə ki, elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Əhalinin su problemi də uzun müddətdir həllini tapmır. Vətəndaşlar hələ də palçıqlı su içir. Təhsil və səhiyyə sistemində də vəziyyət kritikdir. Müəllimlər və həkimlər maaşlarını vaxtında ala bilmir. Aidiyyəti qurumların rəsmiləri isə əməkhaqlarının gecikdirilməsini özlərinə xas şəkildə izah edirlər. Onlar müxtəlif bəhanələr gətirib səhiyyə və təhsil işçilərinin haqqını pozurlar". Elxan Usubovun dövlət büdcəsindən rayonun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilmədiyini vurğulayan mənbə onu da qeyd etdi ki, bu səbəbdən ayrı-ayrı vaxtlarda dövlət tərəfindən ayrılmış külli miqdarda vəsait müxtəlif yollarla mənimsənilib: "İcra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə Şəki camaatına qarşı böyük haqsızlıqlar edir. Elxan müəllim rayonun icra başçısı vəzifəsinə keçəndən sonra maliyyə imkanlarını xeyli genişləndirib. Əgər belə olmasaydı, o Bakıda bahalı evlər və ticarət obyektləri ala bilməzdi. Niyə soruşan yoxdur ki, ay məmur sən Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərini, M.F.Axundov prospektindəki yerləşən "Şəki" hotelini, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" hotelini hansı pullarla əldə etmisən. Və ya niyə soruşan yoxdur ki, sənin gənc övladın "AA" seriyalı bahalı maşını hansı pullarla alıb? Elxan Usubov vəzifədə qaldığı müddətdə Şəki bundan da pis günə düşəcək. Bir şey ki, Şəki İcra Hakimiyyətində vaxtilə dövlət çevrilişinə cəhddə iştirak etmiş şəxs vəzifə tutur, bundan nə gözləmək olar? Həmin şəxs Nizami İsmayılovdur. İcra başçısı onu Ağstafadan özü ilə Şəkiyə gətirib. Nizami İsmayılov hazırda Şəki İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi işləyir. İcra başçısı dövlət çevrilişinə cəhddə iştirak edən, hətta buna görə həbs edilən şəxsə vəzifə verməklə rayonun uçuruma aparılmasının təməlini qoyub. Odur ki, Şəki Şəhər İcra Hakimiyyətində təcili olaraq kadr islahatları aparılmalı, ilk olaraq isə Elxan Usubovla Nizami İsmayılov vəzifədən kənarlaşdırılmalıdır".
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru