Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                 

Oliqarxların banklarının xalqı necə soyduğuna dair sensasion rəqəmlər - Cibimizi necə boşaldırlar...
Tarix: 6-12-2014, 11:13 | Çap et
Oliqarxların banklarının xalqı necə soyduğuna dair sensasion rəqəmlər
Bu ilin əvvəlindən Azərbaycanda kreditlərin faiz dərəcələrinin azaldılması üçün atılan addımlar hələlik gözlənilən nəticəni verməyib. Belə ki, ölkə banklarının xüsusilə əhalinin geniş təbəqələri üçün təqdim etdiyi istehlak kreditlərinin faizləri əvvəlki kimi çox yüksəkdir.

Üstəlik, banklar bu faizlərdən başqa, kredit müştərilərindən yüksək komission haqları da tələb edirlər. Belə vəziyətdə kredit götürmək üçün sərfəli bank tapmaq çətindir.
“Unikal”ın araşdırması zamanı məlum olub ki, “Accessbank”da illik faiz dərəcəsi 25-29%, komisyon haqqı 2-4,5%-dir. Dövlət işində çalışanlara, “Accessbank”da və yaxud digər banklarda müsbət tarixçəyə malik olanlara kredit aşağı faizlə ayrılır. Komisyon haqqı 2000 manata qədər 4,5%, 4000 min manata qədər 3,5%, 4000 manatdan çox kredit üzrə 2%-dir.
“AFB Bank”da illik faiz dərəcəsi 17-24%, komisyon haqqı 3% + 1% bankomat xərci + MKR xərcidir (adambaşına 3 manat). Kredit maksimum 3 illik müddətə verilir. Dövlət işində çalışanlar və müsbət tarixçəyə malik təkrar müştərilər üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 15-16-17%, digər müştərilər üçün isə 20-22-24%-dir.
“Amrahbank”da illik faiz dərəcəsi 36-33%, komisyon haqqı 3-4,5% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Dövlət və özəl müəssislərin işçiləri üçün illik faiz dərəcəsi tutduğu vəzifədən asılı olaraq 26-30%, ayrıca olaraq təhsil və səhiyyə sahələrində çalışanlar üçün 26%, təqaüdçülər üçün isə 33%-dir. Komisyon haqqı dövlət işçiləri üçün müddətdən asılı olaraq 4-4,5%, təhsil və səhiyyə işçiləri üçün 3%, digər müştərilər üçün isə 3-4,5%-dir.
“Atrabank”da illik faiz dərəcəsi 30%, komisyon haqqı 3%-dir. Bankın ilk müştərilərinin götürdüyü kreditin məbləği 1000 manata qədər olduqda, komisyon haqqından əlavə 25 manat da hesab açılması üçün ödənilməlidir.
“Azərbaycan Kredit bankı”nda 28-34%, komisyon haqqı 2%-dir. Kredit maksimum 1,5 ilə ayrılır. Təkrar müştərilər və maliyyə sektorunda çalışanlar üçün kreditin illik faiz dərəcəsi 28-32%, digər müştərilər üçün isə 30-34%-dir.
“AGBank”da illik faiz dərəcəsi 26-36%, komisyon haqqı 4,6-8,6%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi müştərinin tarixçəsindən və iş yerindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Komisyon haqqı 1 ilə 4,6%, 2 ilə 6,6%, 3 ilə isə 8,6%-dir.
“Azər-Türk Bank”da illik faiz dərəcəsi 18-23%, 1-2% + sığorta haqqı + MKR xərcidir (3 manat). Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçiləri üçün illik faiz dərəcəsi müddətdən asılı olaraq 18-19-20%, digər müştərilər üçün 20-22-23%-dir. Komisyon haqqı müddətdən asılı olaraq kreditin məbləğinin 1-1,5-2%-i qədərdir.
“Bank of Baku”da illik kredit dərəcəsi 23-32%, komisyon haqqı 5-8,5%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 1 ilə 5%, 2 iə 7%, 3 ilə 8,5%-dir. Bankın müsbət tarixçəyə malik müştəriləri üçün kredit illik 23%-lə, digər müştərilər üçün isə iş yerindən asılı olaraq 28-32%-lə verilir.
“Bank BTB”-də illik kredit dərəcəsi 28-36%, komisyon haqqı 4-8% + 5 manatdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 30%, metro işçiləri üçün 28%, özəl müəssisələrin işçiləri üçün 32%, təqaüdçülər üçün 36%, təhsil və səhiyyə işçiləri üçün isə 30-32%-dir. Komisyon haqqı 1 ilə 4%, 2 ilə 6%, 3 ilə isə 8%-dir.
“Bank Standard”-da illik kredit dərəcəsi 20-25%, komisyon haqqı 3-4%-dir. Kredit maksimum 3 illik müddətə ayrılır. Komisyon haqqı 5000 manata qədər 4%, 5 min manatdan çox kreditlər üzrə 3%-dir. Kreditin illik faiz dərəcəsi müştərinin iş yerindən və tarixçəsindən asılı olaraq müəyyən edilir.
“Dəmirbank”da illik kredit dərəcəsi 24-34%, komisyon haqqı 2% + sığorta haqqıdır. Kredit maksimum 3 illik müddətə ayrılır. Bankla tərəfdaş müəssisələrin işçilərinə kredit 24-26%-lə, digər müştərilərə isə 28-34%-lə verilir. Konkret hədd müştərinin tarixçəsindən asılıdır.
“Xalqbank”-da illik kredit dərəcəsi 20-28%, komisyon haqqı 0,6%-dir. Kredit maksimum 4 il müddətinə ayrılır. Kreditin illik faiz dərəcəsi dövlət işçiləri üçün 20-24%, digər müştərilər üçün isə 24-28%-dir. Konkret hədd müştərinin tarixçəsindən və ödəniş qabiliyyətindən asılıdır.
“Rabitəbank”-da illik kredit dərəcəsi 26-28%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2 illik müddətə ayrılır. Kreditin illik faiz dərəcəsi yeni müştərilər üçün 28%, təkrar müştərilər üçün 26%-dir. Komisyon haqqı 1 ilə qədər 4%, 1 ildən çox kreditlər üzrə 5%-dir.
“Turanbank”-da illik kredit dərəcəsi 20-29%, komisyon haqqı 4-5%-dir. Kredit maksimum 2,5 illik müddəyə ayrılır. Krediti illik faiz dərəcəsi 1 ilə qədər 20%, 1,5 ilə qədər 23%, 2 ilə qədər 26%, 2,5 ilə qədər 29%-dir. Komisyon haqqı 2 ilə qədər 4%, 2 ildən çox kreditlər üzrə 5%-dir.
Digər banklarda da illik kredit dərəcələri ilə bağlı vəziyyət fərqli deyil. Faiz dərəcələrinin bu qədər yüksək olması isə ictimai rəydə və müstəqil ekspertlər tərəfindən faktiki olaraq soyğunçuluq kimi qiymətləndirilir.
KİV-də zaman-zaman yer alan iddialara görə, ölkədəki bir çox bankların arxasında yüksək vəzifəli çinovniklər dayanır. Onların arasında ARDNŞ prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov və digərlərinin adları hallanır.
Hələ bu ilin martında hökumətyönlü millət vəkili Vahid Əhmədov Azərbaycan banklarında kredit faizlərinin dərəcələrinin yüksək olmasını şərh edərkən maraqlı fikir səsləndirib. Vahid Əhmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti məmurlara məxsusdur. Onun fikrincə, bank faizlərinin yüksək olmasında bu amilin də rolu var.
Bir sözlə, bankların yüksək faizlərindən xalq itirsə də, qazanan bəzi oliqarxlardır. Onlar vətəndaşların soyulması sayəsində öz sərvətlərini günbəgün daha da artırırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru