Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                 

Şahzadənin intim telefon söhbətləri... - Saray gizlinləri
Tarix: 5-12-2014, 12:06 | Çap et
Şahzadənin intim telefon söhbətləri...
Britaniya monarxiya institutu indiyədək Avropada qorunub saxlanılan ən sabit və hörmətli dəyərlərdən biridir. Və bununla belə, bu gün ingilis taxt-tacının daha bir neçə yüz il yaşayacağına zamin durmaq çox çətindir. İngiltərə monarxiyasını cəmi bir populyar olmayan monarx sadəcə "dəfn etmək" iqtidarındadır. Bu, ingilislərin fikrincə, taxt-tacın indiki varisi şahzadə Çarlz ola bilər. Danimarka şahzadəsinin oğlu Filipp Artur Corc Vindzor valideynləri ingilis şahzadəsi Yelizaveta və Yunanıstan və Danimarka şahzadəsi Filip Mauntbattenanın toyundan bir il sonra, 1948-ci il noyabrın 14-də Bukingem sarayında dünyaya gəlmişdi.

Şahzadənin intim telefon söhbətləri...

Şahzadə Çarlzın valideynləri

Britaniya kralı VI Georqun ilk nəvəsi üç ildən sonra rəsmi varis olub - anası II Yelizaveta taxta çıxandan sonra... Çarlz 63 ildir ki, taxt-taca sahib olmaq üçün növbə gözləyir. Belə uzun müddətli gözlənti Britaniya monarxiya tarixində ilk hadisədir. Şahzadə Çarlz, yəqin ki, qədim monarxiya qanunları və ənənələri ilə tərbiyə edilmiş sonuncu varisdir. Bu monarxiya qanunlarına bir qədər müasir atributlar da əlavə olunub. Şahzadə ibtidai təhsilini sarayda alıb, sonra ictimai məktəbə göndərilib. Qapalı xarakterə malik oğlana bu təhsil müddəti əməlli-başlı ağır sınaq oldu. Erkən yaşlarından o, ədəbiyyat və incəsənətə meyl göstərib. Lakin riyaziyyatı heç sevmirdi, bu dəqiq elm onda az qala ikrah hissi doğururdu. 1962-ci ilin aprelində şahzadə Çarlz əvvəllər atasının da oxuduğu Şotlandiyadakı Qordonstaun məktəbinə daxil olub. 1967-ci ildə Kembric universitetinin Triniti Kollecinə daxil olub. Kembricdə şahzadə Çarlz əvvəl arxeologiya və antropologiyanı, sonra isə tarixi öyrənmisdi. Amma şahzadənin əsl ehtirası kral oyunu olan polo olub. O, sərbəst vaxtının çoxunu bu oyuna sərf edib və 1992-ci ildə zədə ucbatından əsl idmançı kimi "karyerasını bitirib" .
Çarlz polo ilə yanaşi, tülkü ovunu da sevirdi. Maraqlıdır ki, İngiltərədə heyvan müdafiəcilərinin təzyiqi ilə tülkü və həmçinin balıq ovu qadağan olunmuşdu. 1969-ci ildə Karnarvon qəsrində formal olaraq mərasim keçirildi, II Yelizaveta şahzadə Uelsin tacını oğlunun başına qoydu. 21 yaşlı Çarlz üçün bu mərasim fəal ictimai və siyasi həyatın başlanğıcı oldu.

Şahzadənin intim telefon söhbətləri...

Admiral Çarlz

Britaniya öz gənc varisini maraqla izləyirdi. Zahirən yaraşıqlı olmasa da, Çarlz ciddi və ağıllı bir insan kimi çoxlarının rəgbətini qazandı. 1970-cı ildə, kral ailəsində qəbul olunmuş ənənəyə görə, Çarlz, hərbi xidmətə başlayıb. O helikopter və təyyarə pilotu kimi hazırlıq keçib, Britaniya hərbi gəmilərində xidmət etdi. Hərbi xidmətini kapitan rütbəsi ilə bitirdi. Təbiidir ki, xidmətdən kənarda, şahzadə rütbəcə yüksələrək, 2012-ci ildə Kral Hərbi Hava Qüvvələri və donanmasının feldmarşalı, admiralı və marşalı olub.

Şahzadənin intim telefon söhbətləri...

Həyatının yeganə əsl sevgisi - Kamilla

1970-ci ildə polo oyunu zamanı Çarlz, Kamilla Şedd ilə tanış olub. Qız İngiltərənin ən nüfuzlu ailələrindən birində tərbiyə almışdı. Lakin buna baxmayaraq, "kişi söhbətlərini" dəstəkləməklə, sərbəst geyim bacarığı, özünə inamı ilə şahzadənin ətrafındakı digər gənc xanımlardan çox fərqlənirdi. Çarlzin əvvəllər də qızlarla çoxlu eşq macarası olmuşdu , lakin bu görüş onun bütün sonrakı həyatını dəyişdi...
Şahzadə və Kamilla Şeddin münasibətləri barədə kraliçaya məlumat verilir. O, hesab edir ki, qız vəliəhdə yaraşmır. Bu dönəmdə Çarlza hərbi xidmətə önəm verməyi və xarici səfərlər keçirməyi məsləhət gördülər. Onlardan birindən qayıdan şahzadə, Kamillanın kraliçanın xaç oğulluğu Endryu Parker-Boulza ərə getdiyini öyrəndi.

Şahzadənin özünün də artıq evlənmək vaxtı çatmısdı. 1979-ci ildə o, öz əmisi nəvəsi, Hindistanın əfsanəvi sərkərdəsi Luis Mauntbettenin nəvəsi Amanda Natçbulla evlənmə təklifi etdi, amma "yox " cavabı aldı. Qız taxt-tacın göz qamaşdıran şöhrətinə uymadı, Çarlzın xarici görünüşü isə, artıq dəfələrlə deyildiyi kimi, gənc qızların ağlını başdan alacaq qədər cazibəli deyildi...

Şahzadənin yeni sevgilisi görkəmli zadəgan ailəsinin nümayəndəsi şahzadə Sara Spenser oldu. Yeri gəlmişkən, bu münasibət çox tez bitdi. Buna səbəb, Saranın şahzadənin Kamilla ilə hələ də əlaqələrini kəsmədiyini öyrənməsi oldu. O, olduqca romantik, gözəl məhəbbət romanları ilə böyüyən kiçik bacısı Dianadan fərqli olaraq, sevilməyən həyat yoldaşi olmaq istəmədi.

Diana şahzadəni kölgədə qoyur

Şahzadənin intim telefon söhbətləri...

Çarlz Diana ilə

Diana Spenserin namizədliyini kraliça bəyənib və 1981-ci il iyulun 29-də televiziya ilə bütün dünyaya yayımlanan möhtəsəm toy mərasimi təskil edildi. Kənardan baxanlara elə gəlirdi ki, Çarlz və Diananın nikahı real məhəbbət nağılıdır. Bu fikir onların Uilyam və Harri adlı cüt oglanları dünyaya gəldikdən sonra daha da güclənib. Əsl həqiqət isə çox sonralar ortaya çixdi: Bu nikah əvvəldən süquta məhkum idi. Rəsmi ailə qurduqdan sonra Çarlz Kamilla ilə münasibətləri davam etdirdi, boş vaxtlarını dostları ilə və fəlsəfi ədəbiyyat oxumaqla keçirirdi. Bir sözlə, özünü yüksək aristokratiyanın tipik britaniyalı nümayəndəsi kimi aparırdı. Diana isə tamamilə başqa xarakterə məxsus idi - daha canlı, ünsiyyətcil, müasir idi. Kral ailəsinin üzvləri üçün müəyyən edilmiş ənənəvi davranış çərçivəsində, o, çox sıxılırdı. Ərinin ona qarşı münasibəti soyuq idi, onun davranışını kraliça bəyənmirdi, amma əvəzində onu əvvəlcə ingilislər, daha sonra isə bütün dünya sevdi. O, stereotipləri sındıraraq, monarxiyanı xalqa yaxınlaşdırdı. Əgər britaniyalıların kraliçaya qarşı sevgisi dövətə, vətənə olan sevgi idisə, Diananı - gözəl qadın və qayğıkeş ana, hər bir ingiltərəliyə yaxın olduğu üçün sevirdilər.

Bütün bəlaların səbəbkarı Diananın fonunda Çarlz yalnız zahiri görkəmi ilə deyil, həm də ictimai xadim kimi uduzmuş görünürdü. İngiltərəlilər onun soyuqluğunu və ifadəsizliyini ona Diananın əri olduğu üçün bağışlamağa hazır idilər, lakin ailənin dağılması onun nüfuzunu tamamilə itirdi. 1992-ci ildə kütləvi informasiya vasitələrinin əlinə Kamilla Parker - Boulz və şahzadə Çarlzın intim telefon danışıqlarının lent yazıları düşdü. Bundan sonra Çarlz və Diananın nikahının qorunmasından söhbət gedə bilməzdi. Həm də məsələ təkcə nikahda deyildi. Britaniyalılar Çarlzın Kamillaya çox açıq və iyrənc formada intim etifarını eşitmişdilər. Belə rəzillik prinsipcə heç bir kişiyə yaraşmırdı, hələ üstəlik söhbət gələcəyin kralından gedirdisə...

Çarlz Kamilla ilə nəhayət ki, qovuşdu

Diana ilə yolları ayrırdıqdan sonra şahzadənin nüfuzunu xilas etmək üçün onun şəxsiyyətinin müsbət cəhətlərini ortaya qoyaraq, bir piyar-qrup məsgul oldu. Məsələn, təlimlərdə ətraf mühitin müdafiəsi, xeyriyyəcilik, kiçik xalqlara yardım kimi məsələləri qabartdılar. Amma bütün bu səylər 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzası nəticəsində şahzadə Diananın həlak olması ilə tamamilə iflasa uğradı. Çarlz milyonlarla insanın gözündə faciənin birbaşa olmasa da, dolayı yolla səbəbkarı oldu. Bu itginin gətirdiyi agrı vəliəhdə münasibətdə yalnız daha bir mənfiliyin əlavə olunması ilə nəticələndi. Amma zaman yaraları sağaldan ən böyük həkimdir. 2005-ci ildə britaniyalılar şahzadənin ikinci nigahını da iltifatla qəbul etdilər - Çarlz nəhayət ki , Kamilla Parker-Boulz ilə evləndi!

Tac kimə qismət olacaq?

Lakin Çarlz taca layiqdirmi sualı son zamanlar daha tez-tez səslənir. Bu sualın cavabı üzərində təkcə sıravi britaniyalılar deyil, kraliça II Yelizaveta da düşünür: tacı oğlu şahzadə Çarlzami, yoxsa nəvəsi sahzadə Uilyama təhvil versin? 32 yaşlı Uilyam xalq arasında daha çox populyardır. Diananın oğlu özü kimi ünsiyyətcil, müasirdir, onun xanımı Keyt Middlton ilə münasibətləri isə valideynlərinin nikah kabusunu zərrə qədər də olsa hələ ki, xatırlatmır. Artıq Uilyamın oğlu da var, ailədə ikinci uşağın doğulması gözlənilir, ümumiyyətlə, o, hər cəhətdən atası Çarlzı qabaqlayır.

Düzdür, bütün bunların fonunda Uilyamın bir ciddi "mənfisi" var - onu karallıq heç çəkmir. Onların Keytlə bugünkü həyatı şərtiliklərdən, rituallardan və öhdəliklərdən çox uzaqdı və cütlük bunu qiymətləndirir. Çarlz isə bütün ömrü boyu klassik ingilis monarxının roluna hazırlaşaraq, təmkinlə öz saatını gözləyir. O, taca sahib olacaqmı, ya yox, bunu zaman göstərəcək. Lakin bir şeyi əminliklə demək olar ki, ən uğurlu və məşhur hökmdarlar sırasına Çarlz heç vaxt daxil olmayacaq. Başqa cür ola bilərdimi? Bəlkə də uzaq 1970 -ci ildə Çarlz öz xarakterini nümayış etdirərək, Kamilla ilə evlənsəydi, hər şey tamam başqa cür olardı. Bu gün onların münasibətlərinin tarixi və Çarlzın özünün şəxsiyyəti belə kəskin qarşılanmazdı. Amma , elə ingilislərin təbirincə desək, Biq-Ben geriyə işləmir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru