Türkiyə-Ermənistan münasibətləri: zülmətə açılan qapı - TƏHLİL
Tarix: 24-11-2014, 10:22 | Çap et
 22-23 noyabr tarixlərində Türkiyənin Ankara Universitetinin Siyasi elmlər fakültəsi və "Hrant Dink Fondu" tərəfindən “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfrans keçirildi.
Konfransın “erməni soyqırımı"nın yaxınlaşmaqda olan yüz illiyi ərəfəsində Türkyə-Ermənistan əlaqələrinə bir çıraq olacağı hesab edilirdi.
Təbii ki, hər kəsin öz fikrini azad şəkildə ifadə etdiyi Türkiyə kimi bir ölkədə belə tədbirlərin keçirilməsi və buna qarşı əks fikirlərin olması normaldır.
“Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfransın keçirlməsi birmənalı qarşılanmadı. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel konfransı türk millətinin yaddaşını unutdurmaq üçün atılan addım kimi qiymətləndirdi.
Bozyel Trend-ə verdiyi açıqlamasında qeyd etdi ki, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil”.
Bu gün istər Türkiyədəki ermənipərəst qüvvələr, istərsə də Ermənistan rəhbərliyi Ankara-Yerevan danışıqlarında Azərbaycanın maraqlarının şərt kimi qoyulmasının əleyhinə olsalar da, Bakının maraqları təmin olunmadan Türkiyə-Ermənistan münasibətlərində hər hansı irəliləyişin olacağı mümkün deyil.
Türkiyə rəsmiləri də Ankara-Yerevan münasibətlərinin Azərbaycanın maraqları nəzərə alınmadan normallaşmasının mümkünsüzlüyünü bildiriblər.
Trend-ə verdikləri açıqlamalarda Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü Məzhər Bağlı Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının mümkün olmadığını bildiriblər.
Digər tərəfdən, Dağlıq Qarabağ problemi artıq Azərbaycan üçün nədirsə, Türkiyə üçün də o mənanı kəsb edir. Dolayısı ilə bu, Ankara üçün milli məsələdir. Milli məsələnin nə olduğunu anlamaq üçün isə ən azından millət olmaq lazımdır.
Bu gün Türkiyədəki ermənipərəst qüvvələr və Ermənistan rəhbərliyinin ciddi cəhdlərinə baxmayaraq, Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bərpa edilməsi əsla mümkün deyil. Ən azından ona görə ki, Türkiyə hakimiyyətində kimin olmasından asılı olmayaraq, belə bir addımın atılması siyasi intihardan başqa bir şey deyil.
Digər tərəfdən isə, Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən önəmli enerji layihələri nəzərə alınsa, çətin ki, Ankara bu layihələri iqtisadi böhran içində boğulan Ermənistanla münasibətlərinə dəyişsin.
Bu gün Türkiyə ilə Ermənistan arasından əlaqələrin normallaşmasının labüdlüyündən ağız dolusu danışılsa da, bu istiqamətdə addımlar atılsa da, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Ermənistan rəhbərliyinin Türkiyəyə qarşı “soyqırım” və ərazi iddiaları yaddaşlardan silinmədikcə, tərəflər arasındakı münasibət zülmətə açılan qapıdan başqa bir şey olmayacaq. Rufiz Hafizoğlu - Trend


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15 |
|
|
|
| • 'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58 |
|
|
|
| • İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52 |
|
|
|
| • "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34 |
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
|