'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                 

Kimdir haqlı: şəhid ailəsi, yoxsa DSMF-nin şöbə müdiri? - narazılıq var
Tarix: 20-11-2014, 15:13 | Çap et
Kimdir haqlı: şəhid ailəsi, yoxsa DSMF-nin şöbə müdiri?
Qəzetimizin 13.11.2014-cü il tarixli sayında “Dövlət Torpaq Komitəsi özü özünü məhkəmyə verib” başlıqlı yazı vermişdik. Daha doğrusu, Abcabədi rayonu Əli Talıbov küçəsi, ev 77-də yaşayan şəhid ailəsi Talıbova Xanım Muxtar qızının müraciəti əsasında hazırlanmış həmin yazıda çox sensasiya doğuran faktlar açıqlanırdı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım M.Əliyevaya, Baş prokuror cənab Z.Qaralova, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə, Dövlət Sosial Müdafiə Fondunun sədri cənab E.Mehdiyevə və surəti qəzetimizə ünvanlanmış həmin müraciətdə şəhid ailəsi X.Talıbova başına açılan müsibətlər barədə sənəd-sübutlarla ortaya faktlar qoymuşdu. Bu faktlar olduqca maraq doğururdu. Bəs əslində, söhbət nədən gedirdi?
Müraciətdən də məlum olurdu ki, X.Talıbovanın kiçik obyektinin yerləşdiyi torpaq sahəsinə Dövlət Sosial Müdafiə Fondu Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən rəsmi sənəd alıb. Bütün mübahisələr də bundan sonra başlayıb. X.Talıbovanın redaksiyamıza təqdim etdiyi sənədlər istər-istəməz insanı düşünməyə vadar edir və bu sənədlərə inanmamağa heç bir əsas görmürdük. Amma qarşı tərəfi dinləyəndə isə tamam bunun əksini gördük. Ona görə də hər iki tərəfin sənəd-sübutları ilə yerində tanış olmaq və faktı araşdırmaq üçün Ağcabədiyə, oradan da Laçın rayon İH yerləşən “Taxta körpü” deyilən ərziyə getməli oldum...

Problemin həlli yolu tapılmayanda...

İstəyirəm, əvvəlcə Xanım Talıbovanın bizə təqdim etdiyi sənədlərin bəzilərinə diqqət kəsilək. Məsələn, Azərbaycan Respublikası Əmlak Məsəsələri Dövlət Komitəsinin X.Talıbovanın müraciətinə 21.11.2013-cü il tarixdə sədr müavini Rafiq Cəlilovun imzası ilə yazılmış cavab məktubunda oxuyuruq: “Cavab məktubları ilə Mehtiyev Ramiz Bəbir oğlu tərəfindən sözügedən torpaq sahəsinin qanuni əsaslarla əldə olunmasını təsdiqləyən sənədlər təqdim edilmədiyi və A 293060 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin koordinat nöqtələri ilə faktiki koordinat nöqtələri fərqli olduğu üçün onun mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkün olmadığı barədə Sizə məlumat verilmişdir”.
Daha sonra mağazanın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Mərkəzi Koperativlər İttifaqına-”AZƏRİTTİFAQ”a məxsus olduğundan bu qurumun sədr müavini R.A.Kazımovun 03 may 2013-cü il tarixli Xanım Talıbovaya göndərdiyi məktub da maraq doğurur və şəhid ailəsinin tələbinin düzgün olduğu qeyd edilir. Məktubdan sitat: “Azərittifaqın müvafıq razılığı olmadığı üçün qeyd olunan mağaza binasının altındakı torpaq sahəsinin Ramiz Mehdiyev adlı şəxsə verilməsi qanuna ziddir.
Torpaq sahəsinin geri qaytarılması barədə tələbiniz qanuna uyğundur və bu məsələdə Azərittifaq Sizi müdafıə edir. Lakin məsələnin həlli Azərittifaqın səlahiyyəti xarıcində olduğundan torpaq sahəsinin geri qaytarılması ilə əlaqədar məhkəmə qarşısında müvafıq iddia qaldırmağınız tövsiyyə olunur”.

Torpaq Komitəsi səhvini boynuna aldı, amma...

Şok doğuran cavab isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08.09.2014-cü il tarixdə X.Talıbovaya göndərilmiş məktubda əksini tapmışdır: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, Komitənin mütəxəssisləri tərəfındən həmin ərazıyə baxış keçirilmiş və bir daha müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsı heç zaman Laçın rayon sakini Mehdiyev Ramiz Bəbir oğlunun qanuni mülkiyyətındə və ya faktiki istifadəsində olmamışdır. Onun adına A Xa 293060 saylı “Torpaq sahəsinin planı və ölçusu sənədi texniki səhv olaraq hazırlanmışdır. Yerində araşdırma nəticəsində müəyyən edılmışdır kı, həmın “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən ölçülər və koordinat nöqtələrı naturada oİan faktiki ölçü və koordinat nöqtələri ilə fərqlidir”

Torpaq Komitəsi özü-özünü məhkəməyə verdi...

Araşdırma zamanı o da məlum oldu ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz verdiyi sənədin ləğvi üçün məhkəməyə müraciət edib. Olduqca sensasiya doğuran bir faktdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 15.09.2014-cü il tarixdə özü özünü məhkəməyə verməyə məcbur olub. Hazırda bu işə Şirvan İnzibati İqtisad Məhkəməsində baxılır. Amma bizə elə gəlir ki, bu qurum özü-özünü məhkəməyə verməkdənsə, texniki səhv olaraq yazılmış həmin “Torpaq sahəsinin planı və ölçusu sənədi”nə imza atanları tapıb, məhkəməyə verməli idi.
Göründüyü kimi, təqdim olunan sənədlərdə şəhid ailəsi olaraq X.Talıbova haqlıdır. Onun obyektinin yerləşdiyi torpaq sahəsinə Torpaq və Xəritəçəkmə Komitəsinin DSMF-nin Laçın rayon şöbəsinin müdiri, Laçın rayonundan məcburi köçkün Ramiz Mehdiyevin adına verilmiş “Torpaq sahəsinin planı və ölçusu sənədi” qanunsuzdur.

Qarşı tərəf də özünü haqlı sayır...

Yuxarıda qeyd etdik ki, “KİV haqqında” Qanuna əsasən Ağcabədi rayonunda və DSMF-nin Laçın rayon şöbəsinin yerləşdiyi “Taxta körpü”də olub, hər iki tərəfi dinləmişik. Bəs əks tərəf kimi DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev nə deyir və bu texniki səhvi necə əsaslandırır?
“Taxta körpü”də görüşdüyümüz R.Mehdiyevə ərkyana ilk sualım belə oldu:
-Ramiz müəllim, bu, nə məsələdir, Laçın boyda torpağı itirib, indi 5-10 metr torpağın davasını aparırsınız?
Cavab olaraq R.Mehdiyev bildirdi:
-Həyat yoldaşım Hüseynova (Mehdiyeva) Gülbəniz Qurban qızı Ağcabədi rayon sakinidir. Özü də mən köçkün düşüb, Ağcabədiyə gələndən sonra burada ailə həyatı qurmuşam. Hazırda mən də həyat yoldaşımın qeydiyyatda olduğu ünvanda yaşayıram. Bu ev də həmin sizə şikayət yazan X.Talıbova ilə qonşuluqda yerləşir.
-Yaxşı, Ramiz müəllim, elə isə bəs niyə iki qonşu yola getmirsiniz?
-Bilirsiniz, təsəvvür edin, kimsə gəlib sizə deyir ki, illərlə yaşadığınız bu evdən çıxın, çıxarsınız? Təbii ki, heç kim çıxmaz. Mən də ona görə mübarizə aparıram ki, həmin torpaq sahəsi həyat yoldaşım Gülbəniz Qurban qızına məxsusdur. X.Talıbovanın oğlu polisdə işləyən Hüseyn Talıbov isə öz mövqeyindən və rəisi Miramil Seyidlinin dəstəyindən istifadə edərək, həmin torpaq sahəsində obyekt üçün tikinti aparıb. Mən də öz qanuni haqqımı müdafiə edirəm. Bu torpaq sahəsinə qanuni sənədimiz də var.
-Axı X.Talıbovanın bizə təqdim etdiyi sənədlərdə göstərilir ki, həmin sənəd sizə texniki səhv olaraq verilib.
-Texniki səhv 5 rəqəminin yerinə 15 yazılanda olur. Burada isə Torpaq və Xəritəçəkmə Komitəsinin 15 nəfər komissiya üzvü qol çəkib və rəsmi sənəd hazırlayıblar. Bu, necə texniki səhv ola bilər? X.Talıbova və oğlu həmin sənədin ləğvi üçün əvvəlcə Ağcabədi rayon Prokurorluğuna, sonra isə Şirvan İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər.
Söhbətimiz zamanı R.Mehdiyev qarşımıza xeyli sənədlər qoydu. Bu sənədlərlə tanışlıq isə tamam başqa bir mənzərəni üzə çıxartdı. Bu dəfə isə mulum olur ki, Ramiz Mehdiyev haqlıdır. O da maraqlıdır ki, R.Mehdiyevin adına verilmiş “Torpaq sahəsinin planı və ölçusu sənədi”nin qanunsuz olduğu iddiası ilə X.Talıbova əvvəlcə Ağcabədi rayon prokurorluğuna müraciət edib. Ağcabədi rayon prokurorunun köməkçisi Rövşən Əhmədovun icraaatında olan 68 C-13 saylı materialı hərtərəfli araşdırandan sonra belə qərar qəbul edib: “Vət.Talıbova Xanım Muxtar qızının ərizəsi əsasında toplanmış 68 C-13 saylı material üzrə DTXÇK-nin Ağcabədi rayon şöbəsinin müdiri Süleyman Abbas Qurban oğlunun və qeyrilərinin barələrində əməllərində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilsin”.
Bundan sonra X.Talıbova Şirvan İnzibati İqtisad Məhkəməsinə və Bakı Apellyasiya Məhkəmsinə müraciət edib və hər iki məhkəmədə də prosesi uduzub. Hazırda iş X.Talıbovanın iddiası əsasında iş Ali Məhkəmədədir. Bu barədə danışarkən R.Mehdiyev bildirdi ki, o, məhkəmələrin heç birinə özü getməyib və vəkili onu təmsil edib. Onun bildirdiyinə görə işi Ali Məhkəməyə veriblər, heç ora da getmək fikrində deyil:
-Çünki mən qanunun aliliyinə inanıram və özümün də haqlı olduğumu bilirəm. Qoy araşdırsınlar, hansı qərarı qəbul etsələr, ona da tabe olacağam. Onu da diqqətinizə çatdırım ki, mən yox, onlar məni məhkəməyə veriblər. Və hər iki məhkəmə instansiyasını da uduzublar. Nəyə görə hər iki məhkəmə belə qərar çıxardıb? Çünki onların həmin torpaq sahəsinə aid heç bir sənədləri yoxdur. Təbii ki, məhkəmə də bunları nəzərə alır və tam qanuni əsaslarla qərar çıxardıb. Onlar əllərində bir neçə dövlət qurumunun rəsmi sənədlərini bayraq ediblər ki, bəs mənim adıma həmin sənəd texniki səhv üzəndən verilib. Tutaq ki, belədir, bəs həmin torpaq sahəsinin onlara məxsus olmasını təsdiqləyən hansı sənəd var??? Amma bu texniki səhvi nə X.Talıbova və oğlu Hüseyn Talıbov, nə də arayışı verən qurumların nümayəndələri əsaslandıra bilmirlər. Axı texniki səhv bayaq qeyd etdiyim kimi, bir rəqəmin yerinə başqasını yazanda olur. Mənim adıma verilmiş “Torpaq sahəsinin planı və ölçusu sənədi” bir neçə şöbədən və bir neçə adamın imzasından keçib. Bu, necə texniki səhv ola bilər? Yenə də hər şeyi buraxıram məhkəmənin ixtiyarına. Məlum olduğu kimi iki məhkəmə keçirilib və verilən hər iki qərarda da mənim sənədimin düzgün olduğu qeyd olunur. Bunlar razılaşmayıb, yenidən Ali Məhkəməyə müraciət ediblər. Neynək, Ali Məhkəmə nə qərar çıxarsa, ona da tabe olacağam.
R.Mehdiyev qeyd etdi ki, X.Talıbovanın polisdə işləyən oğlu Hüseyn Tal\ıbovun rəisi Ağcabədi polis şöbəsinin rəisi Mirşamil Seyidlinin qəbuluna düşmək istəyib ki, bir Azərbaycan məmuruna qarşı haqsız tələblərinə son qoyulması üçün kömək etsin. Ancaq rəis onu qəbul etmək istəməyib. R.Mehdiyevin dedikləri:
-Məni Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də yaxşı tanıyır. Mənim işimdə indiyə qədər heç bir qüsur olmayıb. Sadəcə rəislə görüşməkdə məqsədim haqsız yerə adımın hallandırılmasına son qoymaq idi. M.Seyidli də nə səbəbdənsə məni qəbul etmək istəmədi. Ancaq başqa yerdən olunan zəngdən sonra o məni qəbul etdi. Hadisəni ona danışdım. Hər şeyi sənədlərlə ortaya qoydum. M.Seyidli bildirdi ki, indi hər şey ona aydın oldu, əgər Şirvan İnzibati İqtisad Məhkəməsi sənin xeyrinə qərar çıxartsa, surətini ona gətirim. Söz verdi ki, qərarın surətini alan kimi Hüseyn Talıbovu şəxsi heyətin qar\şısında biabır edəcək. Ancaq rəis dediyinə əməl etmədi. Mən məhkəmənin qərarını ona verdim. Lakin H.Talıbov yenə yazmağında davam edir. Özü də deyir ki, yazan o deyil, anasıdır. Mən isə deyirəm ki, əgər anası X.Talıbova kompüteri açıb, bağlaya bilsə, mənim daha heç bir sözüm olmayacaq. Hüseynin özünün elektron poçtu da var və hər yerə şikayət məktubları o ünvandan göndərir, o cümlədən sizə də.

Şikayətin daha bir ünvanı...

Bizə elə gəlir ki, hər şey aydındır. Biz “KİV haqqında” Qanuna əsaslanaraq, hər iki tərəfin mövqeyini olduğu kimi təqdim etdik. Ağcabədi şəhərində X.Talıbovanın evində də olduq. Başı bəlalı həmin torpaq sahəsini də gördük. Hər iki tərəfin qapıları və divarları yanyanadır. Çox təəssüf edirik ki, iki qonşu arasında kiçik torpaq sahəsi üstündə yaranan bu konflikt böyüyüb, genirş miqyas alıb. Şəhid ailəsi kimi X.Talıbovaya və oğlu Rauf Talıbova bildirdim ki, şəxsən mən bir Qarabağ döyüşçüsü kimi istərdim hər şey onların xeyrinə olsun. Amma mənim əlimdə heç bir imkan yoxdur. Ortada isə məhkəmə qərarları var. X.Talıbovanın polis olan oğlu Hüseyn Talıbovla isə evlərində olarkən telefonla əlaqə saxladıq. Təbii ki, H.Talıbov da özlərinin haqlı olduğunu bildirdi. Və qeyd etdi ki, haqlı olduqlarını sübut edən digər sənədləri Bakıda mənə təqdim edəcək. Dediyimiz vaxtda, H.Talıbov redaksiyamıza gəlmədi. Sonradan zəngləşib, görüşümüzü başqa bir vaxta keçirdik. Həmin gündə də H.Talıbovdan səs çıxmadı. Ancaq biz həmişə qeyd edirik ki, belə məsələlərdə jurnalist hakim, müstəntiq, prokuror deyil. Biz sadəcə informsasiya daşıyıcılarıyıq. Göründüyü kimi, hər iki tərəfin fikirlərinə və gətirdikləri arqumentlərə yer verdik. Kimin haqlı, kimin haqsız olduğunu yenə də təbii ki, məhkəmələr müəyyən edəcək. Ancaq istərdik ki, iki qonşu aralarındakı xırda bir məsələni məhkəmələr yox, el adəti ilə hər iki tərəfin ağsaqqalları, ağbirçəkləri ilə həll edəydilər. Həlli mümkün olmayan problem yoxdur. Bizim bir qəliz problemimiz var, o da Qarabağdır. Qalan problemlər isə yerindəcə həll oluna bilərdi və inanırıq ki, elə belə də olacaq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru