Zığda vərəm epidemiyası ilə bağlı təhlükə... - FOTOLAR
Tarix: 19-11-2014, 14:08 | Çap et
 Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri şikayət edirlər.
Sakinlər musavat.com-a müraciət edərək bildiriblər ki, qəsəbənin yolları, kommunal durumu və marşrut sistemi bərbaddır. Bundan əlavə qəsəbədə hər an kütləvi şəkildə vərəm xəstəliyi yayıla bilər.
Məsələni daha dəqiq öyrənmək üçün Zığ qəsəbəsinə yollandıq. Öyrəndik ki, qəsəbəyə metronun Əhmədli stansiyasının yaxınlığından 44 nömrəli marşrut avtobusu gedir. 1 saat marşrut gözləsək də, istəyimizə çata bilmədik.
Çünki 1 saat ərzində marşrut avtobusu cəmisi 2 dəfə dayanacağa yaxınlaşdı. Və hər dəfəsində dayanmadı. Çünki avtobusda həddindən artıq çox sərnişin vardı. Bununla da sakinlərin marşrut problemlərini anlamış olduq.
Məcbur taksidən istifadə edərək qəsəbəyə yollandıq. Qəsəbədə bizi ilk olaraq çala-çuxurlu, gölməçəli yollar qarşıladı. Qəsəbənin bələdiyyə binasının önündə taksidən endik. Bələdiyyə binasına gedərək, sakinlərin problemlərinin nə zaman həll ediləcəyini öyrənmək istədik, amma bu fikrimizdən vaz keçdik.
Çünki bələdiyyə binasının önündə kanalizasiyadan axan suların sayəsində göl yaranmışdı. Bu yerdə bir atalar sözü tam yerinə düşər: “Keçəlin əli, yağlı olsa, ilk öz başına çəkər”.
Xülasə... Yolumuza davam etdik. Öyrəndik ki, qəsəbə iki hissəyə bölünüb. Sol tərəfdə yerli sakinlər, sağ tərəfdə isə əsasən Laçın və Cəbrayıldan olan qaçqınlar məskunlaşıb. Əsas şikayətçilər də, qaçqınlardır.
Sakinlərin sözlərinə görə, onların ən böyük problemi, qəsəbədə olan vərəm dispanseridir.
“Harada görülüb ki, camaatın evinin yanında vərəm dispanseri olsun? Dispanserdə ağır xəstələr var. Düşünün ki, eyni marketdən alış-veriş edirik. Eyni marşrutla yol gedirik. Belə olmaz, axı... Biz hər an kütləvi şəkildə vərəmə yoluxa bilərik.
Mənim 65 yaşım var. 1-ci qrup gözdən əliləm. Qaçqınam. Yaşayış tərzim də göz qabağındadır. Taxtadan bir daxma tikib, onun içində yaşayırıq. Ayda 207 manat pensiya alıram. O pul nəinki dolanmağıma, heç gözümün dərmanlarına çatmır. Neçə dəfə müraciət etmişəm. Hələ bir cavab verən yoxdur. Gözüm görmədiyi üçün ağacla yeriyirəm”. Bu sözləri şikayətçilərdən biri olan Məzahir Mehdiyev deyir.
Digər şikayətçi Məhərrəm Babaşov deyir ki, qəsəbənin kommunal problemləri hər kəsi bezdirib: “Zığ qəsəbəsi sahibsiz qalıb. Hər yerə müraciət etmişik. Baxan yoxdur. Yay aylarında suyumuz ümumiyyətlə, gəlmirdi. Bütün ağaclarımız qurudu. İndi də su problemi yaşayırıq. Son 4-5 gün ərzində su gəlməyə başlayıb. Pulla su gətirdirik. Hər dəfə də 20, 30, 40 manat civarında pul ödəyirik. Biz milyoner deyilik, axı... Milyoner olsaydıq, onlar kimi evimizə xüsusi su çəkdirərdik.
Qaz ya gəlmir, ya da həddindən artıq zəif gəlir. Bəzən qaz verilir, evdə xanımlarımız yemək bişirirlər. Birdən qazı kəsirlər. Sonra yenə qaz gəlməyə davam edir. Həmin anlarda evdə heç kim olmasa, ya fikir verməsək, yanğın, partlayış və dolayısı yolla ölümhalları ola bilər. Qaz idarəsinə dəfələrlə şikayət etmişik, heç bir faydası yoxdur. Deyirlər ki, bu evlər söküləcək. Ona görə də, belə problemlər var. Lap elə nə vaxtsa sökülsün. Amma faktiki olaraq, burada insanlar yaşayır, ya yox..? Biz ölməliyik?”
Sakinlər deyirlər ki, marşrut avtobusları gec-gec gəlirlər. Və ona görə də, avtobuslarda dəhşətli sıxlıq yaranır: “Buraya əsasən 44 nömrəli marşrut avtobusu işləyir. O da 25-30 dəqiqə intervalla hərəkət edir. Çünki məsafə uzundur, avtobusların sayı isə azdır. Avtobusların sayını artırsalar, belə problemlərlə qarşılaşmarıq”.
Sakinlərlə danışdığımız zaman onu da öyrəndik ki, bizi ilk qarşılayan və 1-ci qrup gözdən əlil olan 65 yaşlı Məzahir kişinin gözəl səsi varmış. Əvvəllər bir müddət xanəndəlik də edən Məzahir kişi gözlərinin işığı çəkildikdən sonra bu sənətə davam etməyib: “Gözlərim işıqsız qaldıqdan sonra divarlar, bir də nəvələrimin mənim üçün çəkdikləri ip mənim göz əvəzimdir. Dəyənəyimi onlara vura-vura gəzirəm. Mən Laçın qaçqınıyam. Torpağımdan uzaqda qalmaq mənim üçün ağırdır. Həm də bu yaşda... Üstəlik gözlərimin görməməyi, kiməsə möhtac olmağım, mənim üçün asan deyil”.
Məzahir kişidən xahiş etdik ki, bizim üçün bir balaca ifa etsin. O da xahişimizi yerə salmadı və kiçik bir muğam ifa etdi. İfa edərkən dediyi sözlərdə isə çox mənalar tapmaq olardı. Bir cümləsi isə belə idi: “Qocalıb, cavanlara möhtac olan canım...”
     


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09 |
|
|
|
| • "Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02 |
|
|
|
| • Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40 |
|
|
|
| • Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36 |
|
|
|
| • Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25 |
|
|
|
| • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24 |
|
|
|
| • Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16 |
|
|
|
| • "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12 |
|
|
|
| • Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10 |
|
|
|
| • Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00 |
|
|
|
| • Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59 |
|
|
|
| • ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57 |
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59 |
|
|
|
|