“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                 

İcra hakimiyyəti problemli adamlara musiqi qulaq asdırır – ARAŞDIRMA
Tarix: 7-11-2014, 13:22 | Çap et
İcra hakimiyyəti problemli adamlara musiqi qulaq asdırır
Son vaxtlar əhalinin şikayətinə operativ surətdə baxmaq və problemlərini həll etmək üçün əksər dövlət qurumlarında “qaynar xətt“ fəaliyyət göstərir. Həmin qurumlar mütəmadi olaraq əlaqə telefonlarını vətəndaşların diqqətinə çatdırır və bildirilir ki, istənilən şəxs həmin xidmətə müraciət edərək problemlərinin həllinə nail ola bilərlər. Bakı şəhərinin 12 rayonunda necə, görəsən “qaynar xətt” lər varmı? Nəzərə alsaq ki, qarşıdan qış mövsümü gəlir, bu xidmətlərə edilən müraciətlərin sayının da artacağı şübhəsizdir. Bəs görəsən, xidmətin işi necə qurulub, əhalini hansı problemlər narahat edir və ümumiyyətlə, adıçəkilən xidmətə müraciət edənlər varmı? Bununla bağlı “Qaynar xətt“lərlə əlaqə saxladıq.

İlk olaraq Bakı şəhər icra hakimiyyətindən başladıq. İcra hakimiyyətinin saytında “Qaynar xətt”lə bağlı heç bir məlumat əldə etmədiyimizdən, qurumun növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən icra hakimiyyətinin 492-63-11 nömrəli telefonunun “Qaynar xətt” kimi fəaliyyət göstərdiyini bildirdilər və 492-64-19 nömrəsinə zəng vurmağımızı məsləhət gördülər. Oradan isə bizə bildirdilər ki, “Qaynar xətt” xidməti 24 saat vətəndaşların ixtiyarındadır. Əsasən su, elektrik enerjisi və qaz təchizatıyla bağlı olaraq vətəndaşlar xidmətə müraciət edirlər: “Əsasən kommunal məsələrlə bağlı gün ərzində zənglər olur. Amma zənglərin statistikası ilə bağlı məlumat verə bilməyəcəyik. Problemlərin yarandığı rayon icra hakimiyyətlərinə məlumat verilir və problem həll edilir.”

Növbəti ünvanımız isə Abşeron rayon icra hakimiyyəti oldu. İcra hakimiyyətinin internet səhifəsində “Qaynar xətt” göstərilmədiyindən, qurumun 342-11-15 nömrəsinə zəng etdik. Oradan bizə dedilər ki, 341-02-03 nömrəli telefon “Qaynar xətt” kimi fəaliyyət göstərir. Həmin nömrəyə zəng etdik. Bir müddət çağırışdan sonra zəngimizə cavab verən nəhayət ki, tapıldı. Xidmətin xanım əməkdaşı “Qaynar xətt”in saat 09:00-dan 18:00-dək fəaliyyət göstərdiyini bildirdi. Xəttə daxil olan zənglərin məzmunu ilə bağlı isə bizə məlumat verə bilməyəcəyini dedi: “Bu barədə sizə məlumat verə bilmərəm. Siz İradə xanımla(söhbət başçısının birinci müavini İradə Gülməmmədovadan gedir), 342-11-03 nömrəsi ilə əlaqə saxlayın.” Bu nömrəyə dəfələrlə zəng etsək də, telefonumuza cavab verən olmadı.

Binəqədi rayon icra hakimiyyətinin saytında isə “1646- Sakinlərin Müraciət Xidməti”nin fəaliyyət göstərməsi ilə bağlı məlumat yerləşdirilib. Həmin nömrə ilə əlaqə saxladıq. Kaş ki, heç əlaqə saxlamayaydıq. Avtomatik rejimdə çalışan xidmətdə müraciətlərin məzmunundan asılı olaraq 1,2,3,4 düyməsinin sıxılması xahiş olunur. Bizə isə operatorla əlaqə yaratmaq lazım olduğundan 0 düyməsini sıxdıq. Bundan sonra isə Bakıda 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi ilə bağlı məlumatı, eləcə də Bunəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinin həyata keçiriləcəyi ilə bağlı şüarları eşitdik. Nəhayət ki, operatorla danışmaq bizə müəssər oldu. Xanım operator xidmətin 24 saat ərzində fəaliyyət göstərdiyini qeyd etdi. Digər məlumatlarla bağlı isə ictimai-siyasi və humanitar şöbə ilə əlaqə saxlamağımızı tövsiyə etdi. Şöbənin baş məsləhətçisi Rəvan Abdullayeva Analitik.az-a bildirdi ki, “1646- Sakinlərin Müraciət Xidməti”nin Bineqedi-1646.az ünvanlı internet saytı vətəndaşların xidmətindədir və istənilən məlumatla oradan da tanış olmaq olar. R. Abdullayeva 2014-cü ilin oktyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olan zənglərin statistikasıyla bağlı məlumat verdi: “Oktyabr ayı ərzində xidmətə 3850 zəng daxil olub. Bunlardan şikayət xarakterli müraciətlərin sayı 911 olub. Bu şikayətlərin də 98,5 %-nin icrası təmin edilib, o cümlədən 848-i tam həll olunub, 12-si qismən həll edilib, 51-i müvafiq izahat verilərək həll edilib, 13-nün həlli icraatdadır.” Baş məsləhətçi oktyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə qeyd etdi ki, müraciətlər əsasən qaz təchizatıyla bağlı olub: “Müraciətlərin 447-si qaz təchizatı, 334-ü su-kanalizasiya,45-i lift problemləri, 14-ü yolların yararsız olması ilə əlaqədar, 33-ü sakinləri narahat edən digər məsələlər, 30-u elektrik təchizatı, 11-i zibil və tullantıları, 11-i isə küçələrin işıqlandırılması ilə əlaqədar olub.” R. Abdullayeva ay ərzində 25 təşəkkür müraciətinin də daxil olduğunu sözlərinə əlavə etdi.

Nizami rayon icra hakimiyyətinin saytında isə “Qaynar xətt” barəsində məlumat əldə edə bilmədik. İcra Hakimiyyətindən bildirdilər ki, 422-10-28 nömrəli telefon vətəndaşların şikayət və təkliflərini dinləmək üçün “Qaynar xətt” kimi fəaliyyət göstərir. İcra Hakimiyyətinin əməkdaşı “Qaynar xətt”in 24 saat aktiv olduğunu desə də, daxil olan şikayətlərin məzmunu barəsində məlumat verə bilməyəcəyini qeyd etdi. Bununla bağlı 422-10-01 nömrəsinə zəng vurmağımızı məsləhət gördü. Oradan isə dedilər ki, 422-10-36 nömrəsi ilə Cavid müəllimlə əlaqə saxlayaq. Cavid müəllimin xidməti telefonuna nə qədər zəng etsək də dəstəyi qaldıran olmadı.

Pirallahı rayon icra hakimiyyətinin internet səhifəsində Qaynar xətt kimi göstərilən 556-59-42 nömrəsi ilə əlaqə saxladıq. Bildirdilər ki, xidmətin fəaliyyətilə bağlı Namiq müəllimdən məlumat ala bilərik: “Amma təəssüf ki, o da səhhəti səbəbindən işdə yoxdur.” Əvəzində isə Pirallahı rayon icra hakimiyyəti başçısı aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayevlə əlaqə saxladıq. Sektor müdiri Qaynar xəttin 24 saat fəaliyyət göstərdiyini bildirdi: “ İş vaxtı müddətində xidmətin fəaliyyətinə icra hakimiyyətinin işçiləri nəzarət edirlər. İş vaxtı bitdikdən sonra isə rayon icra hakimiyyəti üzrə növbətçi olan şəxs “Qaynar xətt”ə gələn zəngləri qəbul edir və lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanları məlumatlandırır.” V. Babayev daxil olan zənglərin əsasən sosial qayğılarla, eləcə də ərazidə baş verən hər hansı bir qəza və kommunal məsələlərlə bağlı olduğunu vurğuladı: “ Əsasən sosial məsələlərlə bağlı zəng vururlar. Problemlə bağlı məlumat daxil olan kimi lazımi tədbirlər görülür. Elə də olur ki, vətəndaşlar təşəkkür zəngləri də edirlər.” Pirallahı rayon İcra Hakimiyyətinin rəsmisi orta hesabla ay ərzində Qaynar xəttə 15-20 zəngin olduğunu da sözlərinə əlavə etdi.

Sabunçu rayon icra hakimiyyətinin internet səhifəsində də “Qaynar xətt” barəsində məlumat var. İcra hakimiyyətinin 428-23-00 nömrəli “Qaynar xətti” ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, ay ərzində 10-15 zəng olur ki, bu da əsasən ərazidə suyun gec verilməsi, qış mövsümünə keçidlə əlaqədar olaraq qazın təzyiqinin aşağı olması ilə bağlı olur. İcra hakimiyyətinin əməkdaşı qeyd etdi ki, “Qaynar xətt” 24 saat fəaliyyət göstərir, saat 09:00-dan saat 18:00-dək iş vaxtı müddətində işçilər nəzarət edir. Bu müddətdən sonra isə icra hakimiyyəti üzrə təyin olunmuş növbətçilər “Qaynar xətt”ə daxil olan zənglərə cavab verirlər. İcra hakimiyyətinin rəsmisi son illər şikayətlərin azaldığını da bildirdi: “Son illər vətəndaşların şikayətləri azalıb. Ümumiyyətlə, rayon ərazisində yaşayan sakinlər bizim internet səhifəmizdən daha çox yararlanırlar. Orada olan nömrələrə zəng vururlar, eləcə də saytda olan “Elektron müraciət” formasından istifadə edərək icra hakimiyyətinə onlayn məktub göndərirlər. Bir məsələni də qeyd edim ki, Sabunçu rayonu icra hakimiyyətinin başçısı Adil Vəliyev mütəmadi olaraq yerlərdə görüşlər keçirir, açıq qapı həyata keçirir. Vətəndaşlar öz şikayətlərini birbaşa icra hakimiyyətinin başçısına çatdırırlar və problemlər yerində də həll edilir. Dünən də icra başçısı Pirşağı kəndinin sakinləri ilə görüşüb. Vətəndaşların şikayətləri dinlənilib və müvafiq qurumlara problemlərin həlli üçün tapşırıqlar verilib.”

Suraxanı rayon icra hakimiyyətinin isə “Qaynar xətti” saytda göstərilən ümumu əlaqə nömrəsidir. Bu nömrə ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirdilər ki, xüsusi olaraq “Qaynar xətt” fəaliyyət göstərmir. İcra hakimiyyətinin əməkdaşı saat 09:00-dan 18:00-dək zənglərə qurumun işçilərinin cavab verdiyini, bu müddətdən sonra isə rayon üzrə təyin olunmuş növbətçilərin gələn zəngləri cavablandırdığını bildirdi. Zənglərin statistikasına və məzmununa gəldikdə isə əməkdaş bununla bağlı məlumat verə bilməyəcəyini qeyd etdi: “ Bu barədə sizə məlumat verə bilməyəcəm. Bu məsələlərə Bərxudar müəllim (söhbət ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bərxudar Bərxudarovdan gedir) baxır. Hazırda isə məzuniyyətdədir. Gələn həftə işə çıxacaq. Yaxşı olardı ki, gələn həftə zəng vurasınız.”

Nəsimi rayon icra hakimiyyətinin isə 440-71-78 nömrəli telefonu “Qaynar xətt” xidmətidir. Qurumdan bildirdilər ki, xidmət iş saatlarında, 09:00-dan 18:00-dək sakinlərin ixtiyarındadır. Şənbə günləri isə günün birinci yarsıına kimi fəaliyyət göstərir. İcra hakimiyyətinin sənədlərlə və vətəndР°şlР°rın mürР°ciətləri ilə iş şöbəsinin müdiri Nazim Quliyev bildirdi ki, müraciətlər əsasən su, kanalizasiya xətləri ilə bağlı olur. Şöbə müdirinin sözlərinə görə sakinlərin şikayətləri ilə bağlı qeydlər aparılır, rəhbərliyə məruzə edilir və müvafiq orqanlara çatışmazlığın aradan qaldırılması istiqamətində tapşırıqlar verilir.

Səbail rayon icra hakimiyyətindən isə bildirdilər ki, qurumda xüsusi olaraq “Qaynar xətt” xidməti mövcud deyil. Amma vətəndaşlar problemləri ilə bağlı 493-10-15 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qurumdan onu da dedilər ki, bu məsələyə icra hakimiyyətinin ictimai-siyasi və humР°nitР°r məsələlər şöbəsi nəzarət edir və oranın müdiri İsrafil müəllimin 493-34-62 nömrəli xidməti telefonununa zəng vuraq. Bu nömrəyə dəfələrlə zəng etsək də, cavab verən tapılmadı.

Nərimanov rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Vəfadar Zeynalov Analitik.az-a bildirdi ki, qurumda 1643 nömrəli Cağrı Mərkəzi fəaliyyət göstərir: “Vətəndaşlar Çağrı mərkəzinin xidmətlərindən həftənin 5 günü istifadə edə bilərlər. Digər günlərdə isə icra hakimiyyətinin növbətçi hissəsi ilə əlaqə saxlayıb, problemlərini çatdıra bilərlər. Statistika aparmadığmızdan gün ərzində nə qədər müraciətlərin olduğu barədə məlumat verə bilməyəcəm. Amma edilən hər bir müraciət qeydə alınır, yaranan problem dərhal müvafiq qurumların diqqətinə çatdırılır və çatışmazlıq aradan qalıdırlır. Müracitələr isə müxtəlif məsələlərə bağlı olur.”

Yasamal rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Ədalət Xəlilov isə qeyd etdi ki, 533-05-23 nömrəli telefon qurumun “Qaynar xətti”dir. Sektor müdiri gün ərzində əsasən sosial qayğılarla bağlı müraciətlərin olduğunu dedi: “Edilən müraciətlər araşdırlır və problem operativ olaraq həll edilir”

Qaradağ rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Eldar Sadıqov isə deyir ki, icra hakimiyyətinin “Qaynar xətti” növbətçi hissənin 445-30-15 nömrəsidir ki, bu da əhalinin 24 saat xidmətindədir. E. Sadıqov müxtəli sahələri əhatə edən məsələlərlə bağlı müraciətlərin olduğunu bildirdi.

Sonuncu əlaqə saxladığımız ünvan isə Xəzər rayon icra hakimiyyəti oldu. Qurumun informasiya təminatı və analitik təhlil sektorunun müdiri Babək Mehdiyevi yerində tapa bilmədik. İcra hakimiyyətinin saytında isə vətəndaşların müracitələri üçün “Qaynar xətt” xidməti ilə bağlı məlumata rast gəlmədik.

Göründüyü kimi Bakının rayonlarının icra hakimiyyətlərinin əksəriyyətində “Qaynar xətt” xidməti ya yoxdur, ya da lazım olan səviyyədə deyil. Necə deyərlər, bu telefonların əksəriyyəti gözdən pərdə asmaq üçündür. Belə olan halda isə bir neçə icra hakimiyyətini çıxmaq şərtilə digərlərinin sakinlərin problemlərinə əlac etmələri heç inandırıcı görünmür. Çünki problemi həll etmək üçün əvvəla ondan xəbərdar olmaq lazımdır. İcra hakimiyyətlərinin telefonuna cavab verən yoxdursa, o zaman xəbərin olmayan problemin həllindən söhbət gedə bilərmi?!. Onda yaxşı olardı ki, heç olmasa, əhalinin əsəbləri ilə oynayıb, cavab verməyəcəkləri telefon nömrələri ilə sakinlərin vaxtlarını almasınlar...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru