“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                 

Elxan Süleymanov beynəlxalq quruma ağır sözlər: “Avropa İttifaqı riyakar təşkilatdır”
Tarix: 7-11-2014, 12:31 | Çap et
Elxan Süleymanov beynəlxalq quruma ağır sözlər:
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun APA-ya müsahibəsi

- Avronest Parlament Assambleyasının növbəti iclasında iştirak etmisiniz. Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iclası necə qiymətləndirərdiniz?

- Avronest Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin iclası 4 noyabr tarixində Belçikanın paytaxtı Brüsseldə keçirilib. Avropa Xarici Fəaliyyət Xidmətinin “Şərq Tərəfdaşlığı” üzrə bölməsinin rəhbəri cənab Tibbels, Avropa Siyasi Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı cənab Blokmans və ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Dr. Beata Martin-Rozumiloviçin dəvət edildiyi bu iclasda bir sıra məsələlər müzakirə edildi. İclasda müzakirə edilən məsələlərin vacibliyini və müzakirələrin çox gərgin bir şəraitdə keçməsini nəzərə alaraq, bir sıra məqamları diqqətə çatdırmaq istərdim.

Bu məsələlər sırasında Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) “Şərq Tərəfdaşlığı”, Regional Əməkdaşlıq və ATƏT üzrə bölməsinin rəhbəri Tibbelsin 2014-17-ci illərdə “Şərq Tərəfdaşlığı”nın inkişafına dair təqdimatı qeyd etmək istərdim. AXFX-nin bölmə rəhbəri Tibbels öz təqdimatında Azərbaycanın assosiasiya sazişinə qoşulması üçün nə edilməli olduğunu soruşdu. Mən söz alaraq bildirdim ki, Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdır və bunun üçün bütün imkanlardan istifadə etməyə çalışır. Azərbaycan Aİ ilə əməkdaşlığın ikitərəfli tərəfdaşlıq formasında olmasının tərəfdarıdır. Lakin Azərbaycanın bunun üçün Avropa İttifaqından müəyyən gözləntiləri var və hesab edir ki, bunun üçün Avropa İttifaqı müəyyən səylər göstərməlidir, müxtəlif bəhanələrlə, o cümlədən insan hüquqları bəhanəsi ilə Azərbaycana təzyiq göstərməkdən çəkinməlidir. Aİ Azərbaycana daha çox hörmət edərək, ona daha çox bərabərhüquqlu tərəfdaş münasibəti göstərsə, Moldova, Gürcüstan və xüsusilə Ukrayna ilə olduğu kimi, onun təhlükəsizliyini daha yaxşı təmin etsə, Azərbaycan Aİ ilə daha geniş əməkdaşlıq etmək, ola bilsin ki, yeni saziş imzalamaq istəyər.

Fürsətdən istifadə edərək mən də AXFX-nin bölmə rəhbərinə bir sıra suallarla müraciət etdim. Məsələn, mən Azərbaycan torpaqlarının Ermənistanın hərbi işğalından azad edilməsi yollarını tapmaqda Aİ-nin necə kömək edə biləcəyi ilə maraqlandım. Həmçinin, Ermənistanın Rusiya ilə imzaladığı Gömrük İttifaqı sazişinin Aİ ilə gələcək əməkdaşlıq ilə uzlaşmadığını diqqətə çatdıraraq, bu ölkənin Avropa İttifaqı ilə əlaqələri necə davam etdirəcəyi barədə fikirlərini soruşdum. Cənab Tibbelsə belə bir təkliflə də müraciət etdim ki, Avropa Qonşuluq Alətinin ayırdığı maliyyənin Ermənistan əvəzinə, Aİ və tərəfdaşlıq etmək istəyən ölkələr arasındakı əməkdaşlığı gücləndirməyə kömək üçün xərclənməsi daha müvafiq olmazdımı?

Qısa çıxışımda onu da qeyd etdim ki, Ermənistan istisna olmaqla, şərq tərəfdaşı ölkələrinin hamısının – Azərbaycanın, Ukraynanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü pozulub və bu, Avropa təhlükəsizlik sisteminə birbaşa təhdiddir. Avronest PA-da dəfələrlə bildirilib ki, bu qurum münaqişələrin həlli ilə məşğul olmur və bu səbəbdən də onları müzakirə etmir. Əgər bu qurum üzv ölkələrin qarşılaşdığı ən vacib problemləri müzakirə etmirsə, onların həlli üçün yardımçı səylər göstərmirsə, onda bu qurumun perspektivləri qaranlıqdır.

- İclasın gündəliyində Avropa İttifaqının Rusiyaya qarşı irəli sürdüyü sanksiyalar barədə təqdimat nəzərdə tutulmuşdu...

- Bəli, iclasın gündəliyinə uyğun olaraq Avropa Siyasi Araşdırmalar Mərkəzinin baş tədqiqatçı əməkdaşı Stiven Blokmans təqdimatla çıxış edərək Aİ tərəfindən qoyulmuş sanksiyalar və Rusiya, şərqi Ukraynada münaqişə və Avropada təhlükəsizliyə təhdidlər müstəvisində “Şərq Tərəfdaşlığı”nın qarşılaşdığı çətinliklər barədə məlumat verdi. Mən söz alaraq cənab Blokmansdan Avropa İttifaqının Ukraynaya göstərdiyi dəstək fonunda 23 ildən artıq bir müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsinin səbəbini və ümumiyyətlə, işğalın aradan qaldırılmasında Aİ-nin rolunun nədən ibarət olduğunu soruşdum. Avropa Siyasi Araşdırmalar Mərkəzinin baş tədqiqatçı əməkdaşı sual qarşısında aciz qaldığını istehza ilə büruzə verdi və “biz burda Qarabağ məsələsini müzakirə etmirik” deməklə sualımı cavablandırmaqdan birmənalı şəkildə imtina etdi.

- Azərbaycan üçün maraqlı məsələlərdən biri də yəqin ki, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbərinin təqdimatı olub.

- ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Dr. Beata Martin-Rozumiloviçin təqdimatı Şərqi Avropa tərəfdaşı ölkələrində 2014-cü ildə seçki müşahidəsi fəaliyyətinə həsr edilib. Bu il ərzində Azərbaycanda hər hansı seçkilərin keçirilmədiyini nəzərə alsaq, ölkəmizin adının bu təqdimatda səslənməsi məni təəccübləndirdi. Beata Martin-Rozumiloviç “Şərq Tərəfdaşlığı” ölkələrində seçkilərlə bağlı verdiyi icmalda Azərbaycana qarşı ciddi tənqidi fikirlər səsləndirdi. Mən söz alaraq Azərbaycanda seçkilərin 2013-cü ildə keçirildiyini və Avropa Şurası, Avropa Parlamenti və ATƏT PA seçki missiyalarının bu seçkiləri azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilmiş seçkilər kimi qiymətləndirdiklərini iclas iştirakçılarının nəzərinə çatdırdım. Bununla bərabər qeyd etdim ki, ATƏT/DTİHB seçki müşahidə missiyası üzv ölkələrin kiçik ranqlı və müxtəlif təzyiqlərə asanlıqla məruz qalan məmurlarından təşkil edilir. Bu məmurlar isə hesabat hazırlayarkən gördüklərini deyil, rəhbərlərinin sifarişlərini əsas tuturlar. Odur ki, son bir neçə seçkidə bu missiyanın hazırladığı hesabatlar qərəzli xarakter daşıyıb və bu səbəbdən ATƏT/DTİHB seçki müşahidə missiyasına etibar qalmayıb.

- Elxan müəllim, ümumiyyətlə, Avropa İttifaqı və Şərqi Avropa ölkələri arasında tərəfdaşlığın perspektivlərini necə görürsünüz? Bu əməkdaşlığın perspektivləri varmı?

- Komitə iclasında əsas məsələlərdən biri də Avropa Parlamenti komponenti təmsilçisi deputat Mişal Boni və Gürcüstan parlamentinin üzvü Viktor Dolidzenin həmməruzəçiliyi ilə “2014-2020-ci illərdə Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi” mövzusunda məruzə layihəsinin təqdimatı və müzakirəsi idi. Müzakirələr zamanı çıxış edərək, ŞT ölkələri üçün belə bir vacib məsələ ilə bağlı məruzənin hazırlanmasını təqdirəlayiq olduğunu vurğuladım və qeyd etdim ki, məruzədə Azərbaycanın Assosiasiya Sazişini imzalamaqdan çəkinməsinin “Şərq Tərəfdaşlığı”na kölgə salması iddiaları qəbuledilməzdir. Azərbaycan bu təşəbbüsə sadiqdir, lakin Aİ tərəfdən də əhəmiyyətli irəliləyişlər görmək istəyir. İmzalanacaq sazişlər hər iki tərəfin xeyrinə olmalıdır və “Şərq Tərəfdaşlığı”nı yalnız bu yolla təkmilləşdirmək olar. Çıxışım zamanı toxunduğum növbəti məsələ Ermənistanın Rusiya ilə Gömrük İttifaqına üzvlük haqqında müqavilə imzalaması ilə faktiki olaraq “Şərq Tərəfdaşlığı”ndan imtina etməsi oldu. Ermənistan bu addımıyla əməkdaşlığı təhlükəyə atmasına baxmayaraq, məruzədə bu məsələyə yer ayrılmamasının və onun adının çəkilməməsindən ciddi narahatlığımı ifadə edib, məruzəçilərin nəzərinə bu faktın məruzədə daha yaxşı əks etdirilməsinin vacibliyini çatdırdım.

Çıxışımda bizi narahat edən daha bir məsələylə bağlı sorğu ilə müraciət etdim: məruzədə Ukrayna və Gürcüstandakı hərəkətlərinə görə Rusiya açıq-aydın qınandığı halda, nə üçün Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Ermənistan qınanmır? Çıxışımı davam etdirərək Dağlıq Qarabağda baş verənlərin münaqişə kimi təqdim edilməsinin səhv olduğunu və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədinə xidmət etdiyini qeyd etdim: “Azərbaycanın əraziləri Ermənistan tərəfindən silah gücü ilə işğal olunduğu halda bunu necə münaqişə adlandırmaq olar?” Odur ki, məruzə layihəsində “münaqişə” ifadəsinin əvəzinə “işğal” ifadəsinin işlədilməsinin vacib olduğunu məruzəçilərin diqqətinə çatdırdım.

- Sizin çıxış və təkliflərinizə Ermənistandan olan deputatların münasibəti necə oldu? Ümumiyyətlə, iclas iştirakçıları Azərbaycan nümayəndə heyəti rəhbərinin təkliflərini necə qarşıladı?

- Müzakirələr zamanı diqqəti çəkən əsas məqamlardan biri ondan ibarət idi ki, Komitənin iclasında erməni deputatlar bütün digər nümayəndə heyətlərindən sayca üstün idi. Ermənistan nümayəndə heyəti 3 nəfər əsas, 3 deputat isə əvəzedici olmaqla 6 nəfərlə təmsil olunurdu. Bundan əlavə, iclasda Ermənistan səfirliyinin 2 əməkdaşı və bir neçə Ermənistan QHT-ləri də iştirak edirdilər. Bu fakt bir daha ermənilərin mütəşəkkil, fədakar və vətənpərvər olduqlarını sübut etdi. Bizin Ermənistanı beynəlxalq aləmdə təcavüzkar kimi təqdim etmək cəhdlərimiz onları çox narahat edir, bu isə onları daha da mübariz edir və birləşdirir. Biz isə məkrli işğalçıyla mübarizədə tək qalmamalıyıq.

Komitə iclasına sədr müavini, Ermənistanlı deputat Nairi Zöhrabyan sədrlik edirdi. Onu da təəssüflə qeyd edim ki, bu iclasda Azərbaycan nümayəndə heyətini yalnız mən təmsil edirdim və əlbəttə ki, iclas əsasən mənimlə Ermənistan nümayəndə heyətinin 6 üzvü arasında gərgin məqamlarla yadda qaldı. Belə ki, onlar mənim sözümü yarımçıq kəsməyə və müzakirəni ələ almağa, mənim avropalı çıxışçılardan başlıca mövzulara dair aydın cavablar almaq səylərimə davamlı surətdə mane olmağa çalışırdılar. Hətta iclasa sədrlik edən Zöhrabyan “siz yalnız Dağlıq Qarabağı müzakirə etmək istəyirsiniz” sözləri ilə dəfələrlə mənim sözlərimi yarımçıq kəsməyə cəhdlər göstərdi. Digər erməni deputat Arzumanyan isə Leyla Yunusa qarşı saxta ittiham irəli sürüldüyünü bildirərək “xanım Yunus mənim uzun illərdir əməkdaşlıq etdiyim çox yaxın dostum və bacımdır” dedi. Mən dərhal bildirdim ki, Leyla Yunus vətənə xəyanət maddəsi ilə ittiham edilir, Azərbaycanın dövlət sirlərini Ermənistana sızdırmağa kömək etdiyinə görə istintaqa cəlb olunub və “Arzumanyanın dedikləri sübut edir ki, bu həqiqətən də belə olub”. Mən həqiqətən də düşünürəm ki, hər hansı bir azərbaycanlı xalqına qarşı soyqırımlar törədən və törətməkdə davam edən, torpaqlarını 23 ildən artıq müddətdir işğal altında saxlayan erməni ilə dostluq edə bilməz.

Ümumiliklə, Ermənistan nümayəndə heyətinin üzvləri çıxışçılara mövzu barədə öz fikirlərini ifadə etməyə açıq-aşkar maneə törədirdilər, sanki Ermənistan parlamentində Dağlıq Qarabağın işğalı müzakirə edilirdi. Bu iclas Azərbaycan ərazilərini işğal etməsini əsaslandırmağa cəhd göstərmək üçün istifadə etdikləri eyni zəif arqumentləri dəfələrlə təkrar edərək, öz fikirlərini ifadə edən ermənilər yaxud erməniyönümlü ekspertlər və AP deputatlarının iştirakı ilə keçirilən Ermənistan parlamentinin iclasını xatırladırdı. Demək olar ki, Avronestin Brüsseldə keçirilən bu iclası mart ayında Ermənistanda keçiriləcək iclasa hazırlıq idi. Meydan başqa ölkənin ərazisini açıq-aydın işğal etmiş, gömrük ittifaqına qoşulan, lakin hazırlanan məruzədə adları hallanmayan ermənilərin əlində idi. Aİ riyakar bir təşkilatdır, və bu təşkilatda ermənilər həmişə istədiklərini ediblər və edəcəklər də. Bütün beynəlxalq təşkilatlarda olduğu kimi, burda da onlar “çətir” altındadırlar.

Nəhayət, bildirməliyəm ki, Komitə iclasında Avropa Parlamenti komponenti yeni tərkiblə iştirak edirdi, yeni üzvlərin bu və ya digər məsələlərə dair münasibətləri göstərir ki, Avronest PA-nın AP komponenti Ermənistanı öz çətiri altına alaraq, bu və ya digər təzyiqlərdən, işğalçılıq fəaliyyətinə görə sanksiyalardan sığortalamaq siyasəti həyata keçirəcək.

- Necə oldu ki, iclasda 6 erməni nümayəndə iştirak etdiyi halda Azərbaycanı tək siz təmsil etdiniz?

- Azərbaycan Avronest PA-nın bu iclasına hər komitədən bir nəfər göndərdiyindən belə halla üzləşdik. Buna səbəb yəqin ki, bu iclasın Azərbaycan üçün elə də vacib olmadığı barədə yaranan fikirlər olub. Mən yuxarıda qeyd etmişdim, ermənilər belə məsələlərdə daha mütəşəkkil, daha məsuliyyətlidirlər. Biz isə həmişə olduğu kimi, düşmənlərimizi lazımınca qiymətləndirməyi hələ də öyrənməmişik, bizə qarşı olan hücumlara hücumla yox, müdafiə ilə cavab verməyə çalışırıq. Sizə bir misal çəkim. Bu yaxınlarda avropalı həmkarlarımdan biri mənə belə bir sual verdi: “2014-cü ildə Azərbaycanın AŞPA-da sədrlik etdiyi il idi. Lakin buna baxmayaraq, bu il AŞPA tribunasından sizin ölkəyə qarşı sərt hücumlar və arası kəsilməyən təzyiqlərlə yadda qaldı. Ölkənizin imicinə ciddi zərbə vura biləcək “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?” məruzəsinin təqdimatı oldu və bu məruzə dünyaya səs saldı. Niyə görə, Azərbaycan sədrlikdən istifadə edib torpaqlarının işğalı, yüz minlərlə hüquqları kütləvi şəkildə pozulmuş Azərbaycan vətəndaşları ilə bağlı bircə dəfə də olsa iclas çağırmadı?”. Həmkarım onu demək istəyirdi ki, Azərbaycan tərəfi bu ədalətsizliyə qarşı daha aktiv mübarizə aparmalıdır. Mən də onunla tamamilə razıyam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru