Anar Məmmədov Trumpun milyarder qızı ilə...
Tarix: 7-11-2014, 09:45 | Çap et
 “The Daily Mail” qəzeti Azərbaycanla bağlı məqalə təqdim edib. Yazıda Bakida tikiləcək 33 mərtəbəli hoteldən söhbət açılır. İlk baxışda adi görünən bu yazıda xeyli maraqlı məqam var. Birinci məqam ondan ibarətdir ki, bu hoteli ABŞ-ın ən nüfuzlu biznes xanımlarından biri inşa etdirir. İkinci diqqət çəkən məqam odur ki, 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Üçüncü diqqət çəkən məqam isə odur ki, bu hotelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirir. Əlbəttə, bu ad daha çox Ziya Məmmədovun oğlu ilə assosiasiya olunur. Bu ehtimalı gücləndirən digər amil isə odur ki, Anar Məmmədovun ABŞ-ın siyasi və biznes elitası ilə müəyyən əlaqələri var. Həm də yazıda qeyd olunan şirkətin onla məxsus olması şübhə doğurmur.
Donald Trump bu gün elan edib ki, yeni tikilən hotel 2015-ci ilin iyun ayında istifadəyə veriləcək. Nəsimi rayonu ərazisində tikilən hoteldən Xəzər dənizinin və Bakının ecazkar mənzərələri aydın görünür.
Daha sonra “The Daily Mail” maqnat qızı olan və “The Trump Organization”in vitse-prezidenti İvanka Trump-un iki həftə əvvəl Bakıda olduğunu və tikinti meydançasına şəxsən baş çəkdiyini qeyd edir.
Bu mötəbər xanım isə hotel haqqında belə deyib: “Bu ağlasığmaz bina dəbdəbənin ən yüksək səviyyəsini təqdim edəcək, zəriflik qeyri-adi arxitektura ilə qarışacaq. Sanki Xəzərdən ilham alacaq binanın daxili axıcı şəkildə müasir stillə uzlaşacaq və tikili əbədi olaraq cazibədarlığını qoruyub saxlayacaq. Biz can atırıq ki, bizim anoloqu olmayan Trump xidmətini və lətafəti Azərbaycana gətirək”.
Qəzet qeyd edir ki, Bakıda Şərqi Avropa ilə Qərbi Asiya bir-birinə qovuşur.

Bu binanı Londonda fəaliyyət göstərən “Mixity Design” şirkəti həyata keçirib. Bina "Ərəblərin Qülləsi" anlamını verən “Bürc əl-Ərəb”ı xatırladır. Həmin hotel isə dünyanın ən lüks otellərindən biri sayılır.
Tikilini yerli şirkət olan “Garant Holding” həyata keçirir.(Yeri gəlmişkən bu şirkətin Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması bəlli faktdır. E.H) Səhimdar Anar Məmmədov qəzetə deyib: “Biz “The Trump Organization”lə bir yerdə çalışmaqdan güclü həyəcan hissi keçiririk. Dəbdəbəli hotelləri ilə dünyada məşhur olan bu təşkilatın köməyi ilə Bakının sakinləri və qonaqları dünya səviyyəsində xidmət görəcəklər. Yeni nəslin stilini, eksklüziv rahatlığını və predtijini duyacaqlar”.
Qəzet qeyd edir ki, Bakıda açılacaq bu hotel “Trump Hotel Collection”a məxsus hotellər zəncirinə 2016-cı ildən qoşilacaq. Vaşinqton və Vankoverdə, eyni zamanda Rio de Janerio-da bu zəncirdən olan hotellərdə hazırda tikinti işləri gedir.
Britaniya media orqanı yazır ki, Azərbaycan dünyanın qədim ölkələrindən biridir. Bakının qədim hissəsi (İçəri şəhər) YUNESKO-nun qoruması altındadır. Yeni tikiləcək hotel isə müasir Bakının göydələnlərinə qoşulacaq.
Əgər vikir verdinizsə, İvanka Trump Bakıda tikiləcək hotel haqqında son dərəcə poetik ifadələr işlətmişdi. Bir qədər araşdırdıqdan sonra onu da öyrəndik ki, bu təsadüfi deyilmiş. Belə ki, 1981-inci ildə doğulmuş bu amerikalı xanım biznesmen olmaqla yanaşı yazıçıdır, böyük bir var-dövlətin varisidir, üstəlik, keçmiş modeldir.
Bu mötəbər xanım 2009-cu ildə xristianlıqdan imtina edərək musəvi dinini qəbul edib. İndi onun əsl adı Yealdır. Həmin ilin oktyabrında o, iş adamı Cared Kuşnerlə evlənib. Bu evlilikdən onun bir qızı və bir oğlu var. 2012-ci ildə iş adamı kimi nüfuzlu “Top Choice Awards” mükafatına layiq görülüb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41 |
|
|
|
| • Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38 |
|
|
|
| • Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34 |
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57 |
|
|
|
|