Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Azərbaycanda şir sahibinə çevrilmək üçün nə etməli? - 570 manata timsah balası...
Tarix: 5-11-2014, 17:22 | Çap et
Azərbaycanda şir sahibinə çevrilmək üçün nə etməli?
Bu günlərdə virtualaz.org saytı “EurasiaNet”ə istinadən Ermənistan iqtisadiyyatının bütün gəlirli sahələrini əllərində cəmləmiş oliqarxların dəbdəbəli və harın həyat tərzindən maraqlı epizod dərc etmişdi.

Məlum olurdu ki, erməni oliqarxları təkcə özləri yırtıcılıqla - Ermənistanın onsuz da kasıb olan iqtisadiyyatını yırtıb-talamaqla məşğul olmur. Onlar həm də yırtıcı heyvan həvəskarlarıdır, villalarında şir, pələng kimi yırtıcı heyvanlar saxlamaq hobbisinə yoluxublar.

Əslində zənginlərin (həm də təkcə zənginlərin deyil) yırtıcı heyvan saxlamaq həvəskarları olması təkcə Ermənistanda müşahidə edilən tendensiya deyil. İnternet mənbələrində araşdırma apardıqda belə məlum olur ki, yırtıcı və ekzotik heyvanlar saxlamaq son dövrlər dünyada tendensiya müşahidə edilir.

Bu tendensiya təbii ki, Azərbaycana da yad deyil. Mətbuatdan məlumdur ki, oliqarxlarımız və digər zənginlərimiz təkcə dəbdəbəli avtomobillər, villalar və s. həvəskarları deyillər. Onların arasında ekzotik heyvanlar və qorxulu yırtıılar saxlayanları da az deyil. Deyilənlərə görə, məmurlarımız arasında məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev, nəqliyyat naziri Ziya Məmmədov, keçmiş təhsil təhsil naziri Misir Mərdanov, sabiq deputat, Daşkəsən rayon icra başçısı Əhəd Abıyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə, AZAL prezidenti Cahangir Əsgərov, “Azərenerji” prezidenti Etibar Pirverdiyev delfin, pələng, cins itlər, ayılar, timsahlar saxlamaq həvəskarlarıdır.



Yırtıcılar restoranlara girəndə...



Hərçənd ki, azərbaycanlı zənginlərin villalarının hasarları çox hündürdür, onların həyətlərində hansı yırtıcıları saxladığını dəqiqləşdirmək, öz gözlərimizlə görmək imkanında deyilik. Bununla belə Azərbaycanda yırtıcı heyvanların bir çox istirahət məkanlarında, restoranlarda müştəriləri əyləndirmək üçün qəfəsə salınması halları faktdır. Hətta bir neçə ilə əvvəl nazirlərdən birinin oğlunun restoranlardan birində qəfəsdə saxlanan ayını kəsdirib kabab bişirtməsinə görə qalmaqal da yarandı.

Bu qalmaqal restoranların, istirahət məkanlarının həyətlərində vəhşi heyvanların xüsusi icazə olmadan saxlanılması məsələsini gündəmə gətirdi. Nəticədə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi (ETSN) tərəfindən restoranlarda və istirahət mərkəzlərində ciddi reydlər aparıldı.

Vəhşi heyvanların istirahət və əyləncə mərkəzlərindən yığışdırılması üçün müəyyən tədbirlər görüldü.

Həmin il ETSN tərəfindən keçirilən reydlər zamanı Beyləqandakı “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqurt quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxıdakı “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülmüşdü. Qanunu pozmuş şəxslər “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olundular.



Bəs indi vəziyyət necədir?!



İndi erməni oliqarxların həyətlərində nərildəyən şirlərin onların qonşularını qorxuya saldığı bir vaxtda Azərbaycanda yırtıcı heyvanların əyləncə kimi istifadə edilməsi sahəsində vəziyyət dəyişibmi?

ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, son zamanlar restoranlarda və istirahət mərkəzlərində vəhşi heyvanların olması halları müşahidə edilməyib.

“Nazirlik tərəfindən mütəmadi reydlər aparılır. Son bir neçə ildə resoranlarda, itirahət mərkəzlərində vəhşi heyvanların saxlanılması faktları aşkarlanmayıb. 2010-cu ildə daxil olan çox saylı şikayətlər əsasında keçirilən reydlər zamanı bir çox faktlar nazirlik əməkdaşları tərəfindən aşkar edilmişdi. Restoranlarda və istirahət mərkəzlərində heyvan saxlayan vəzifəli və hüquqi şəxslər cəzalandırıldı. Heyvanlar isə reabilitasiya mərkəzlərinə, dövlət qoruqlarına təhvil verildi”- deyə nazirlik rəsmisi qeyd etdi.

R.Mirzəyev belə məsələlərdə vətəndaşların da dəstəyinə ehtiyac olduğunu deyir: “Vətəndaşlar belə hallarla rastlaşdıqda nazirliyə məlumat verməlidirlər. Belə şikayətlər daxil olan kimi nazirliyin əməkdaşları tərəfindən operativ olaraq reydlər keçirilir”.

Nazirlik rəsmisi restoran və istirahət mərkəzlərində reydlər zamanı saxlanılması qadağan edilmiş heyvanların gizlədilməsi faktlarının da ola biləcəyini deyir.

R.Mirzəyevin də dediyindən bu nəticəyə gəlmək olar ki, indi də restoranlarda və istirahət mərkəzlərində gizli və ya qeyri-qanuni yollarla vəhşi heyvanların saxlanılması, onlardan istifadə olunması halları mümkündür.

Bu cür hallar daha çox rayonlarda olan istirahət mərkəzlərində müşahidə olunur.Söhbət təbii ki, ayrı-ayrı məmurlara məxsus olan, yaxud onların himayə etdiyi obyektlərdən gedə bilər.



Qanunlar nə deyir...



Bəs qanunlar buna nə deyir? Azərbaycanda fərdi şəxslər istədikləri vəhşi heyvanı, məsələn, pələngi və ya timsahı evlərində saxlamaq hüququna malikdirmi? Yaxud özəl zooparklar yaratmaq qanunla mümkündürmü?

Belə məlum olur ki, mümkündür və Azərbaycanda istənilən şəxs müvafiq qanuni prosedurlara əməl etməklə şir, pələng və ya ayı sahibi ola bilər.

Çünki Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanunu istənilən hüquqi və fiziki şəxsə təbii mühitdən götürülən heyvanı saxlamağa imkan verir.

Qanun 21-ci maddəsində deyilir: “Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir”.

Yəni istənilən hüquqi və fiziki şəxs vəhşi heyvanları həm saxlamaq, həm də öz restoran və ya istirahət mərkəzində nümayiş etdirmək məqsədi ilə (qanunda qeyd edildiyi kimi kommersiya məqsədi ilə) əldə edə bilər. Bunun üçün o, sadəcə olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara əməl etməli, qanunla tələb olunan prosedurlardan keçməlidir. Müvafiq icra hakimiyyəti orqanı isə indiki halda Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.



Qanuna görə şəxsi zoopark da yaratmaq olarmış



Qanunda o da qeyd edilir ki, ödənişlə təbii mühitdən götürülmüş və ya satın alınmış vəhşi heyvanlar fiziki və hüquqi şəxslərin mülkiyyəti hesab edilir. Qanun yalnız “Qırmızı kitab”a düşən vəhşi heyvanların saxlanılmasını qadağan edir.

“Heyvanlar aləmi haqqında” qanunun 35-ci maddəsində deyilir: “Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların...) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir”.

Müvafiq icra hakimiyyəti orqanı olan ETSN əməkdaşı R.Mirzəyev isə deyir ki, hüquqi və fiziki şəxslər təbii mühitdən heyvan götürə bilər. Onlar bunun üçün Nazirlər Kabinetinin 2000-ci il, 13 iyul tarixli, 117 saylı qərarında nəzərdə tutulan şərtləri yerinə yetirməlidirlər. Qərarda göstərilən şərtlər yerinə yetirildiyi halda nazirliyin icazəsini almaq mümkündür.



Nazirlər Kabinetinin xüsusi şərtləri



Qərara əsasən fiziki və hüquqi şəxslərə “Qırmızı kitab”a daxil olunanlardan başqa (qanunvericilikdə nəzərdə tutulan digər hallar istisna olmaqla), xüsusi icazə əsasında və müvafiq qaydada əldə edilmiş aşağıdakı vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilir: məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, dəyirmiağızlılar, molyuskalar, buğumayaqlılar, qurdlar, bağırsaqboşluqlular və ibtidai orqanizmlər.

Qərarda vəhşi heyvanların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair tələblərin siyahısında heyvanların düzgün müalicə edilməsi, xəstəliklərdən qorunması, qidasının lazımi şəkildə verilməsi, humanistlik prinsiplərinin gözlənilməsi, təbiəti mühafizə qaydalarına riayət edilməsi kimi şərtlər yer alır.

Qərarda həmçinin bildirilir ki, qeyd edilən tələblər yerinə yetirilmədiyi halda həmin fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəhşi heyvanların istifadə hüququndan məhrum edilirlər.

Nazirlər Kabinetinin bu qərarı ilə tam şəkildəburadan tanış ola bilərsiniz.

Bir məsələni də qeyd edək ki, təbii mühitdən qanunun tələbləri ilə hər hansı bir heyvanı saxlamaq və ya kommersiya məqsədi ilə götürərkən nə qədər məbləğ ödəniləcəyi qeyd edilmir.

Şiri neçə almaq olar?

Beləliklə, qanunla və Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan vətəndaşları istədikləri vəhşi heyvanı saxlamaq, bəsləmək və özəl zoopark yaratmaq hüququna malikdir. İndi qalır işin digər tərəfi.

Bəs həmin vətəndaş - məsələn, pələng və ya timsah həvəskarı olan məmur sevdiyi heyvanı necə və haradan, hansı qiymətə əldə edə bilər?

Belə məlum olur ki, bu da problem deyil. İnternetdə apardığımız araşdırmalar zamanı məlum oldu ki, çox uzaqda yox, elə qonşu ölkə Rusiyada yırtıcı və ekzotik heyvanların satışı, sifarişçiyə çatdırılması ilə məşğul olan xüsusi portallar fəaliyyət göstərir.

Məsələn, zootork.clan.su, zootorg.ru və zoo-ekzo.ru saytlarına girərək satışda olan istənilən heyvanı sifariş vermək imkanınız var. Bu saytlar ünvana çatdırma xidməti də göstərir. Satılan heyvanların saxlanması üçün xüsusi qəfəslər də təklif edirlər.

Biz də qiymətlər və çatdırılma şərtləri ilə tanış olmaq üçün zoo-ekzo.ru saytı ilə əlaqə saxladıq.

Bu saytda müştərilərə istənilən vəhşi heyvan-pələngdən tutmuş şirə, ayıdan tutmuş leoparda, hətta filə qədər vəhşi təbiətin istənilən sakinini təklif edirlər. Təbii ki, qiymətlərini göstərməklə.

Timsah balası 570 manata

Saytda müştərilərə təklif olunan Meksika timsahının qiymətini soruşduq. Bizimlə danışan sayt əməkdaşı qiymətin elə saytda göstərildiyi kimi, yəni 30 min rubl (təxminən 570 manat) olduğunu dedi.

Sayt əməkdaşı bizi əmin etdi ki, 30 sm-lik Meksika timsahını indi sifariş versək bir neçə gün ərzində bizə göndərə bilərlər. Göndərilmə şərtlərinə gəlincə isə saytdan bildirildi ki, çatdırılma ilə bağlı bütün prosedurları onlar həyat keçirir və çatdırılma haqqı olaraq da əlavə ödəniş alırlar.

Digər saytların əməkdaşları isə satışın sifarişli olduğunu və əsasən də xüsusi tanışlıqla həyata keçirdiklərini dedilər.

Araşdırmalarımız zamanı məlum olur ki, Azərbayacana əsasən Rusiya, Avstraliya və Afrikadan heyvanlar daha çox gətirilir. Ən çox sifariş verilən heyvanlar sırasında şir, pələng, ayı, piton, dəvə, poni atları, zebralar üstünlük təşkil edir.

Xarici ölkələrdən gətirilən heyvanlara nəzarətə gəlincə isə ekologiya nazirliyinin sözçüsü R.Mirzəyev dedi ki, buna Dövlət Gömrük Komitəsinin Baytarlıq Xidməti nəzarət edir: “Xarici ölkələrdən gətirilən heyvanlara nazirlik nəzarət etmir. Bu heyvanlar Gömrük Komitəsi tərəfindən yoxlanılır, xüsusi icazə verlir. Əks halda bu heyvanların ölkəyə gətirilməsi mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yalnız ölkə daxilində qoruqlardan, meşələrdən götürülən heyvanlara nəzarət edir”.

Gömrükdən şir keçirmək üçün gərək şir ürəkli adamın ola

Azərbaycanda fəaliyyət göstərən zoomağazalardan da heyvanlar sifariş vermək mümkündür. Amma bu sifarişlərin siyahısına vəhşi heyvanlar- ayı, şir, canavar, piton və.s daxil deyil. Bakıda fəaliyyət göstərən mağazalardan əsasən quş, meymun, pişik kimi heyvan növlərini sifariş vermək mümkündür.

Bakının mərkəzi küçələrindən birində çalışan və adının açıqlanmasını istəməyən zoomağaza sahibi bizimlə söhbətində deyir ki, məmurlar və oliqarxlar tərəfindən yuxarıda adlarını qeyd etdiyimiz vəhşi heyvanların sifarişi xüsusi şəxslər tərəfindən yerinə yetirilir.

Uzun illərdir Azərbaycana xarici ölkələrdən müxtəlif cür quş, pişik, meymun növləri gətirən mağaza sahibi deyir ki, ayı, şir, timsah, piton kimi heyvanları Azərbaycana gətirmək asan iş deyil. Gömrükdən bu heyvanları keçirmək üçün “şir ürəkli, pələng biləkli” adamın olmalıdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Dünən, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru