Erməni tərəfi Paris danışıqlarının məzmununu niyə açır? - “Deməli, nəsə var...”
Tarix: 29-10-2014, 13:59 | Çap et
Parisdə oktyabrın 27-də Fransa prezidentinin vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan danışıqları haqda erməni tərəfi bəzi məqamları açıb.
Virtualaz.org saytı xəbər verir ki, xarici işlər naziri Edvard Nalbəndyan jurnalistlərlə söhbətində prezidentlərin görüşünün “faydalı, səmimi və konstruktiv” keçdiyini deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair çoxsaylı məsələlər müzakirə olundu. Bizim mövqeyimiz həmsədrlərin mövqeyi ilə bu məsələdə üst-üstə düşür ki, həmin yanaşmaların tətbiqi danışıqlar prosesində irəliləyiş əldə olunması baxımından münbit şərait yarada bilər. Azərbaycanın yanaşması başqadır. Onlar məsələyə digər tərəfindən yanaşırlar, hesab edirlər ki, əgər danışıqlar prosesində irəliləyiş əldə olunsa, o zaman bu, həmin tədirlərin həyata keçirilməsində etimadın möhkəmlənməsinə şərait yaradacaq. Bu, Azərbaycanın məlum yanaşmasıdır, əvvəllər də olub” - deyə Nalbəndyan bildirib.
Erməni KİV-lərinin məlumatına görə, Nalbəndyan onu da deyib ki, bütün fikir ayrılıqlarına baxmayaraq Paris danışıqları kifayət qədər maraqlı keçdi.
“Prezidentlərin görüşündə həmçinin bir sıra regional və beynəlxalq məsələlərə toxunmaq imkanı da yaradıldı, bu müzakirələr göstərdi ki, bəzi məsələlərdə Azərbaycanın və Ermənistanın mövqləri bir-birinə yaxın ola bilər” - erməni nazir deyib.
Nalbəndyan danışıqlarda konkret irəliləyiş olduğunu da deyib: “Mənim nitqimdə müəyyən müsbət notlar var. Bu da təsadüfi deyil. Biz danışıqların səmimi, faydalı, konstruktiv və maraqlı keçdiyini deyiriksə deməli nəsə var. Paris görüşündə tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində addım atılıb. Soçi görüşündən Paris görüşünə qədər tərəflərin əhval-ruhiyyəsində müsbət irəliləyiş olub.
Əlbəttə, bu, mürəkkəb prosesdir. Bir və ya bir neçə görüşlə dönüş əldə etmək olmaz”.
Nalbəndyanın dediyinə görə, görüşdə Fransa prezidenti tərəfləri snayperləri təmas xəttindən geri çəkməyə və atəşkəsin pozulması insidentlərini araşdırmaq üçün birgə mexanizm yaratmağa, habelə digər etimad tədbirlərinə çağırıb. Azərbaycan isə bu təklifə müsbət yanaşmayıb.
“Mən deyərdim ki, Azərbaycan buna o qədər də hazır deyil, hesab edirlər ki, danışıqlarda irəliləyiş olsa, bu cür tədbirlərin də faydası olacaq. Lakin danışıqlarda irəliləyiş olsaydı heç etimad tədbirlərinə də ehtiyac qalmazdı” - Nalbəndyan deyib.
Qeyd edək ki, rəsmi Bakı hələlik Paris danışıqlarına dair şərh verməyib. Bu baxımdan danışıqların “səmimi, konstruktiv və faydalı keçdiyinə” dair erməni tərəfin qiymətləndirmələrini Azərbaycan tərəfin də bölüşüb-bölüşmədiyi məlum deyil.
Bununla belə Yelisey sarayındakı mənbə də “Frans Press” agentliyinə danışıqların sonuna doğru “prezidentlərin arasında əla atmosferin hökm sürdüyünü” demişdi.
Bu il iyulun sonları-avqustun əvvəllərində təmas xəttində gedən şiddətli döyüşlərdən sonra Soçidə keçirilən danışıqlar sonrası atmosferə baxanda indi doğrudan da “irəliləyiş” müşahidə etmək olar. Çünki o vaxt Serj Sərkisyan Soçidən dönən kimi Ermənistan televiziyasının kameraları qarşısına keçib Azərbaycanı hədələyən, prezidentlərin görüşündə aparılan müzakirələrin bəzi detallarını təhrif olunmuş formada çatdıran açıqlamalar vermişdi.
Təbii ki, Sərkisyanın həmin açıqlamalarına Azərbaycanın Prezident Administrasiyası sərt cavab verdi. Ancaq indi tərəflər, ən azından erməni tərəfi müsbət notlarla danışır, ittihamedici ifadələrdən çəkinir və hətta konkret irəliləyiş haqda danışır. Deməli, tərəflər ən azından bir məsələdə razılaşıblar ki, dünyada, regionda vəziyyətin onsuz da kritik olduğu bir vaxtda Qarabağ münaqişəsi ətrafında gərginliyin artması heç kimə sərf etməz.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
|