Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Sabirabad təzadları: inkişafla səfalət bir yerdə olanda...
Tarix: 28-10-2014, 13:34 | Çap et
Sabirabad təzadları: inkişafla səfalət bir yerdə olanda...
Geniş prospekt, asfalt yol, səliqəli bardürlər, dam örtüyü təzələnmiş, fasadları bəzəkli daşlarla üzlənmiş çoxmərtəbəli binalar, vitrinləri bərq vuran marketlər, oyun meydançası...

Sabirabad şəhərinə В«Bakı dairəsiВ»ndən daxil olanda gözə görünənlər bu əyalət mərkəzi barədə adamda xoş təəssürat yaradır. Amma yaraşıqlı prospektlə azacıq irəliləmək və ətrafa ötəri nəzər salmaq bəs edir ki, iqtisadi inkişaf, əhalinin həyat səhiyyəsinin yüksəlməsi barədə təsəvvürlər alt-üst olsun...

DƏRDİ DAŞIDIĞI YÜKDƏN AĞIR OLAN QADIN

В«Ay ələk alan! Ələk, xəlbir, oxlov, xəmir taxtası!..В»

Səs gələn tərəfə boylanırıq. Yaşayış binalarının arasından çıxan bir qadın əlində və çiynində ağır В«aeroportВ» zənbilləri olmağı az deyilmiş kimi, jurnal stolunu da qoltuğuna vuraraq gedir. Yanındakı azyaşlı uşağın da əlində taxtadan hazırlanmış əşyalar var.

Gəlin tanış olaq. Sabirabad şəhərindəki Xəqani küçəsi, 24 saylı evdə yaşayan Şəfazər Quliyeva dərdinin, daşıdığı yükdən də ağır olduğunu deyir:

-Həyat yoldaşım əsəb xəstəsidir. 5 övladımız var. Onlardan 3-ü məktəb, 2-si isə bağça yaşındadır. İllərdir ki, çörəyimiz elə bu taxta əşyaların satışından çıxır. Get-gedə ailənin ehtiyacı artır, qazanc isə azalır. Bilmirəm axırımız necə olacaq.

O, daim yollarda olur. Yazın yağışlı, yayın qızmar, payızın küləkli, qışın soyuq günlərində harada insan yaşayır, ev var, ora üz tutur. Bir gündə bəlkə yüz yerdə satlıq əşyaları çıxarıb səyyar bazar açır. Amma deyir daha evdə çörək, xəmir xörəyi bişirənlər, yuxa salanlar azaldığından mallarının az bir qismini sata bilir:

ƏLƏKDƏN, OXLOVDAN ÇIXAN ÇÖRƏK

-Məhsulları sexdən götürürəm. Əsasən şəhərdə satırıq. Amma aradabir Saatlının kəndlərinə də çıxırıq. Malın alış qiymətinin üzərinə cüzi əlavəm olur ki, bununla da çörək pulumuz çıxır. Məsələn, ələkdən 30-35, xəlbirdən 50-60 qəpik xeyrim olur. İndi bu mallar az işə gedir. Dünən cəmi 7 manat qazancımız olmuşdu. Bəzən bir neçə əşya sata bilirəm ki, bu da yol puluna gedir. Mallar satılsın deyə nisyə də verirəm.

-Həmin sexdə işləməyiniz və yüksək əmək haqqı almağınız mümkün deyilmi?

-Orada əsasən taxtadan qapı və pəncərə hazırlanır. Məişət əşyaları qalıq materiallardan düzəldilir. Dəzgahları işlədə bilən adamlar işə götürülüb, hamısı da kişidir. Sexdə qadın üçün uyğun iş yoxdur. Yenə sağ olsunlar ki, mənə sərbəst satışdan bir qədər aşağı qiymətə mal buraxırlar.

-Rayonda özünüzə iş axtarmısınızmı?

-Xeyr, axtarmamışam.

-Əgər axtarsanız, iş tapa bilərsiniz?

-Axtarmağın mənası yoxdur- hardadı yüksək əmək haqqı ödənilən iş yeri? Az məvacibli işlər var, özü də ayda bir dəfə haqq ödəyirlər. Məsələn, dükan yumağa ayda 15 manat təklif olunur. Bu, mənə sərf etmir. Yenə bundan gündəlik xərclərimiz çıxır- qəndimizi, çayımızı alırıq, xəstənin dərmanı, məktəbdə oxuyan uşaqların xərcliyi olur...

В«QUL BAZARIВ»

Səhərin gözü açılan kimi şəhər avtovağzalının yaxınlığında, köhnə dəmir yolu relsləri üstündə qələbəlik olur. Bura fərdi əməklə məşğul olanların toplantı yeridir. Aralarında tək-tək ustalar var, qalan adamlar öz ifadələri ilə desək buyruq qullarıdır. Sonunculara əsasən əllə tikinti daşı daşımaq, yük boşaltmaq, ot biçmək, quyu qazmaq, beton tökmək kimi işlər təklif olunur. Məhz elə buna görə muzdla iş axtaranların toplantı yeri В«Qul bazarıВ» adlandırılır.

Yerin adı heç də yaxşı səslənmir. Bəziləri utana-utana, sıxıla-sıxıla burada dayanır. Kameramı görən kimi iş axtaran adamlar pərən-pərən düşür. Amma aralarında bəziləri danışmağa razılıq verir.

- İnanın ki, cibimizdə heç 10 qəpiyimiz də yoxdur. Gözləyirik ki, görək kim gəlib bizi aparacaq, işlədib pul verəcək.

Sabirabad rayonunda son vaxtlar xeyli sayda iş yeri açılmağı barədə deyilənləri xatırladır və soruşuruq:

NİYƏ YENİ AÇILAN İŞ YERLƏRİNDƏ İŞLƏMƏK İSTƏMİRSİNİZ?

В«Qul bazarıВ»nda dayananlar təəccüblə üzümüzə baxır:

-Hardadır dediyiniz o iş yerləri? Varsa, niyə bizim xəbərimiz yoxdur?!

-Bəzi yerlərdə iş var. Amma gününə 10 manat hesablayıb, adamı eşşək kimi işlədirlər. Sonra da aylarla üst-üstə yığılan haqqını almaq çətin olur. Fərdi əməyin üstün cəhəti budur ki, işin həcmi və haqqı əvvəlcədən razılaşdırılır, bir neçə saata, ya günə yerinə yetirib pulunu alırsan.

-Buradakıların əksəriyyətinin ailəsi böyükdür, evində xəstələri var. 200-300 manat əmək haqqı ehtiyacı ödəmir.

В«FƏHLƏLİKLƏ QAZANDIĞIM PUL DAVA-DƏRMANA, SƏLƏMƏ GEDİRВ»

Sabirabad rayonunun Qalağayın kənd sakini Ədalət Əliyev ailə vəziyyətinin ağır olduğunu deyir:

-12 il şirə zavodunda, 3 il neft bazasında işləmişəm. İndi o müəssisələr bağlanıb, mən də gəlib dayanmışam burada. Hərbi xidmətdə olarkən oğlumun başında göbələk xəstəliyi əmələ gəlib. O, həm də əsəbdən əziyyət çəkir. İki ildir ki, bu uşağın əsir-yesiriyik. Həyat yoldaşım ödündən əməliyyat olunub. Qızım da xəstədir. Qazancımın çox hissəsi dava-dərmana gedir. Vallah heç özüm də sağlam deyiləm, müalicə olunmağıma imkan yoxdur. Neçə vaxtdır ki, özümə heç ayaqqabı da ala bilmirəm.

Ədalət Əliyev bildirir ki, ailə üzvlərinin xəstə olmağı onları torpaqdan, əkin-biçindən də ayırıb:

-Pay torpağını satmışıq, mal-qara saxlaya bilmirik. Bizə sosial yardım verilmir, xəstələrimə pensiya kəsilməyib. Bu yaxında məcbur olub bankdan kredit götürmüşəm, fəhləlik pulundan hər ay sələm də ödəyirəm...

SABİRABADDA HƏR GÜN ORTA HESABLA 3 YENİ İŞ YERİ AÇILDIĞI DEYİLİR

Sabirabad rayon statistika idarəsindən AzadlıqRadiosuna verilən məlumata görə 2014-cü ilin yanvarın 1-də rayon əhalisinin sayı 161 min 900 nəfər olub (hazırda 167 min nəfərə yaxındır). Əmək qabiliyyətli 87 min 500 nəfərdən 83 min 100-ünün (95%-inin) işlə təmin olunduğu deyilir. Məşğullardan 14 min 300 nəfər muzdla, 61 min 300 nəfər isə kənd təsərrüfatı sahəsində çalışır. Fərdi əməklə məşğul olanlar 7400 nəfərdir. Ötən il bu rayonda 475 nəfərə В«işsizВ» statusu verilib, cəmi 5 nəfər işsizliyə görə müavinət alıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yayılan məlumata görə, cari ilin 9 ayında rayonda 51 yeni müəssisə yaradılıb, 699-u daimi, 81-i isə müvəqqəti olmaqla 780 yeni iş yeri açılıb.

Amma bu il rayonda təşkil olunan В«Əmək yarmarkasıВ»nda cəmi 20 müəssisə iştirak edib ki, onlardan 14-ü dövlət sektorundan olub. Elə təklif edilən 264 yerin 207-si də dövlət idarə və müəssisələrindəki vakant yerlər olub.

Sabirabad Rayon İcra Hakimiyyəti yeni açıldığı deyilən müəssisələrin siyahısını təqdim etməkdən imtina etdi. Rayon Məşğulluq Mərkəzinin direktoru Cavid Cavadov isə məşğulluqla bağlı sorğumuzu cavablandırmadı.

В«HÖKUMƏTİN MƏŞĞUL HESAB ETDİYİ ON MİNLƏRLƏ ADAM BU İL FƏALİYYƏTSİZ VƏ QAZANCSIZ OLUBВ»

Sabirabadda yaşayan hüquq müdafiəçisi Zaur Ağayev isə iddia edir ki, əhalinin məşğulluğu, rayonda yeni iş yerlərinin açılmağı ilə bağlı elan olunan rəqəmlər həqiqəti əks etdirmir:

-Ünvanlı sosial yardım almaqdan ötrü adamlar fərdi sahibkar kimi vergi orqanında uçota dayanır, məcburi sosial sığorta haqqı ödəyir. Guya onlar bərbər, dərzi, satıcı, rəngsaz, ya fəhlə işləyir. Beləcə düşürlər hökumətin В«işlə təmin olunmuşlarВ» statistikasına.

Kənd yerində yaşayan və pay torpağı alanların hamısı ucdantutma məşğul hesab edilir. Bu il Aran bölgəsində quraqlıq olub, içməli su olmadığına görə fermerlər məhsul yetişdirə bilməyib. Belə çıxır ki, hökumətin məşğul hesab etdiyi on minlərlə adam fəaliyyətsiz və qazancsız qalıb, hətta ziyana düşüb.

Zaur Ağayev əhalinin məşğulluğunun təmin olunması üçün hökumətə təkliflər də verir:

-Vaxtilə Sabirabaddakı zavod və fabriklərdə 10 min nəfərədək adam işləyib. 15 ildir ki, bu müəssisələr dayanıb. Əgər hökumət doğrudan da əhalini işlə təmin etmək istəyirsə, onları işə salsın. Güzəştli şərtlərlə verilən krediti hər kəsin almaq imkanı olsun. Kənd təsərrüfatında ciddi islahatlar aparılmasına ehtiyac var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru