Sabirabadda gürcü soyadlı Axıska ailəsinin yaşam mücadiləsi...
Tarix: 22-10-2014, 14:09 | Çap et
 Bir insan nə qədər ağrı-acı çəkər, nə qədər əzab-əziyyətə qatlaşmalı olarmış. Demə ömür elə qan-qada, sürgünlük, qaçqınlıq, evsizlik və vətənsizliklə də yaşanarmış
Abuzər İzahar oğlu Kaxidzenin həyat hekayəsini həyəcansız dinləmək mümkün deyil. Onunla Sabirabad şəhər avtovağzalının yaxınlığında yerləşən, yerli əhalinin В«Qul bazarıВ» adlandırdığı yerdə tanış oluruq. Yaşayış şəraitlərini öz gözlərimizlə görməyim üçün bizi təkidlə evinə dəvət edir.
В«EvВ» dedim, əslində onun evi yoxdur - Pambıq Zavodunun sovetlər dönəmində tikdirdiyi, hazırda uçub-dağılmaqda olan klubda ailəsi üçün sığınacaq tapıb...
В«FƏRQANƏDƏN ÇIXIB XOCALIYA DÜŞDÜKВ»
Abuzərin ata-babası 70 il əvvəl Axıskadan Orta Asiyaya sürgün edilib. 1989-cu ildə baş verən Fərqanə hadisəsindən sonra onlar Azərbaycana pənah gətiriblər. Bir müddət Sabirabadda yaşayan qohumlarında qalandan sonra hökumət onları müvəqqəti olaraq Şuşadakı 1 saylı internat məktəbində yerləşdirib. Az sonra ailə Xocalı şəhərindəki В«fin evləriВ»nə köçürülüb.

1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərini işğal etdikdən sonra bu ailə yenidən isti ocağından dərbədər düşür. Bu dəfə onlar baş götürüb Şəki kəndlərinin birində yerləşən maldarlıq fermasına sığınırlar. 1994-cü ildə Abuzərin ailəsi yenidən Sabirabada gəlir. Elə o vaxtdan da burada qalmalı olurlar:
В«Mənim toyum olmayıb. Həyat yoldaşımla elə ailə üzvlərimizin, ağsaqqalların xeyir-duası ilə birgə yaşamağa başlamışıq. Bir müddət Sabirabadın Axıska kəndində babamgildə qaldıq. Uşaqlar dünyaya gələndən sonra, bir evdə bir neçə ailənin qalmağı mümkün olmadı. Yerli icra hakimiyyətinə müraciət etdim, bizi bu kluba yerləşdirdilərВ».
SABAH KLUBDAN ƏSGƏR GEDƏCƏK, GƏLİN KÖÇƏCƏK...
Abuzərin ailəsi 6 nəfərdən ibarətdir. Oğlu orta məktəbi bitirib, qızları 7, 8 və 10-cu siniflərdə oxuyur. Uşaqların oyun meydançaları və əyləncə yerləri olmasa da, mütaliə üçün yaşıdlarından daha yaxşı imkanı var - klub binasının başqa bir otağında şəhər kitabxanası yerləşir.
Uşaqların yetkinlik yaşına çatması atanı daha da qayğılandırıb:

В«İki aydan sonra oğlum əsgər gedəcək. Amma qızlarımıza görə anası da, mən də sıxıntı keçiririk. Xocalı faciəsinin sarsıntısı əsəblərimi pozdu. Baxıram ki, yaşayış yerimizin rütubətli olmağı, siçan, siçovul civiltisi uşaqların sağlamlığına zərər vurur. В«QaçqınkomВ»un В«çörək puluВ» kimi hər ay verdiyi 90 manat bir uşağın ehtiyacını ödəmir. Biz bir ömür yaşamadıq, barı bu uşaqlar xoş gün görəydi...В»
SONU GÖRÜNMƏYƏN В«SERİALВ»
Pambıq Zavodunun klubunda konsert və ya kino verilməyi sovet hakimiyyəti illərində qalıb. Qorxunc görkəminə kənardan baxanda adamın inanmağı gəlmir ki, bura vaxtilə şəhər əhalisinin hər axşam üz tutduğu, həyətində qələbəlik yaşanan mədəniyyət ocağı olub. Amma içəridə bəzi nişanələr var: arxa otaqda quraşdırılan kino projektorundan şüa axınını təmin etmək üçün geniş zalın divarından açılmış dəliklər, uçan divarların altında qalan oturacaqlar dəstinin ayaqları, bir də lentlərin dolandığı paslı dəmir həlqələr.
Dam örtüyünün zədələnməsi binada aşınma prosesini bir az da sürətləndirir. Kitabxanaçı xanım da elə bundan narahatdır. Onun vaxtının xeyli hissəsi tavandan yağan, kitablar üzərinə örtük çəkən tozu təmizləməyə gedir. Qəzalı vəziyyətdə yerləşməyinə baxmayaraq, kitabxana son vaxtlar latın qrafikalı əlifba ilə çap olunmuş ədəbiyyatla zənginləşdirilib.
Abuzər zarafatla deyir ki, tikiləndən bəri bu yer qəmxanə olub:
В«Hind filmlərini izləməkdən ötrü bura nə qədər adam gəlib və göz yaşı töküb. O filmlərin sonu olurdu. Nə qədər zülm, sitəm görsə də, axırda xeyir şərə qalib gəlirdi. Amma bizim qəmli serialımızın sonu görünmür...В»

Abuzər Kaxidzenin prezidentə, Milli Məclisə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətlərə В«baxılması və vətəndaşa cavab verilməsiВ» Sabirabad Rayon İcra Hakimiyyətinə həvalə edilir. Sonuncu isə ona bu cavabı verir:
В«Rayonda boş kommunal mənzil olmadığından xahişinizi yerinə yetirmək mümkün deyilВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
| • BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25 |
|
|
|
| • Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
| • Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14 |
|
|
|
|