Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                 

Deputatın biznesində şok maxinasiya: “Əsabil dedi ki, qardaşını həbsdə çürüdəcəm...”
Tarix: 21-10-2014, 15:40 | Çap et
Deputatın biznesində şok maxinasiya:
“İmişli rayonundan deputat Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur, günahsız insanları tutdurur”.

Bu sözləri hazırda həbsdə olan Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva virtualaz.org saytına ünvanladığı şikayətində deyib.

G.Hacıyevanın sözlərinə görə, Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı onların ailəsi olub: “Bu deputatın qanunsuz fəaliyyəti barədə mətbuatda dəfələrlə materiallar dərc edilsə də onun bu hərəkətlərinə göz yumulduğu üçün daha da qəddarlaşıb. Növbəti qurban isə bizim ailə olub. Hansı ki, hər zaman Azərbaycanın bütövlüyü uğrunda çalışmışıq. Qardaşım Rövşən Qarabağ döyüşlərində vətənin müdafiəsi zamanı yaralanıb, əlilə çevrilib”.

Deputatın biznesində şok maxinasiya:

Onun dediklərindən belə məlum olub ki, qardaşı Rövşən Hacızadə barəsində Əsabil Qasımovun göstərişi ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb. Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar çöldə sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə istintaqa cəlb edərək həbsə atıblar”.

G.Hacıyevanın sözlərinə görə, Ə.Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün də onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən o, xəstə olmasına baxmayaraq ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qaravul işləyib. Bir müddət sonra həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlayıb.

Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki bunlar əvvəlcədən planlaşdırılı ki, məsuliyyət qardaşımın üzərində qalsın”.

G.Hacıyeva deputatın sahib olduğu saysız-hesabsız şirkətlərin adını sadaladı. Onun bildirdiyinə görə, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb.

Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam və Qərib həyata keçirsə də faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib.

Şikayətçinin bildirdiyinə görə, "Karat Holdinq”in tərkibinə aşağıdakı bir çox şirkətlər daxildir: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.

“Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyil və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olduğu müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxarılacağı aşkardır” - deyə G.Hacıyeva bildirir.

Güllü Hacıyevanın dediklərindən belə məlum olub ki, qardaşı R.Hacızadə ona qarşı oynanılan bu oyundan xəbər tutduqdan sonra dərhal deputat Ə.Qasımovun yanına gedərək baş verənləri hüquq-mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini deyib: “Bunu deyib çıxan kimi Əsabil Qasımovun oğlu Taleh qardaşıma zor göstərərək ona hədə-qorxu gəlib. Qardaşımın hüquq-mühafizə orqanlarına şikayət etməkdə israrlı olduğunu görəndə isə özləri onu qabaqlayıblar. Öz cinayət əməllərini ört-basdır etmək üçün onlara bu işdə birbaşa köməklik etmiş Məhərrəm və Emin adlı saxta şahidləri də öyrədərək qardaşımın əleyhinə ifadə verdiriblər. Şikayətdən sonra qardaşım dərhal həbs olunub. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi.

Bütün bunlardan sonra mən özüm onun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə də müraciətimizin əbəs olduğunu dedi. O, açıq-aydın şəkildə “qardaşını içəridə çürüdəcəyəm, sizi də bu mənzərəyə tamaşa etdirəcəyəm” deyərək məni hədələdi”.

G.Hacıyeva sonda ölkə başçısına müraciət edərək ondan kömək istəyib. Onun dediyinə görə, deputatın qanunsuz hərəkətləri bununla bitmir. Yuxarıda qeyd olunan binalarda alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş mənzilin sahəsi ilə faktiki sahə üst-üstə düşmür, müştərilərin hər biri hər mənzildə 10-15 kv.m aldadılır. Müştərilərə satılan qarajlar da sonradan qanunsuz olaraq onların əllərindən alınır, yenidən daha yüksək qiymətlər təklif olunur. Bununla bağlı müştərilərin bəziləri məhkəmələrə müraciət etsə də Ə.Qasımov yenə də öz gücündən istifadə edərək məhkəmlərə təsir göstərməyi bacarıb.

Daha sonra prezident İlham Əliyevə müraciət edən G.Hacıyeva bildirir: “Mənim göstərdiyim bu faktlar obyektiv, ədalətli və qanuni şəkildə araşdırılarsa qardaşımın günahsız olduğu, əsl cinayətkarın Əsabil və onun yaxın ətrafının olduğu sübuta yetirilər.

Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik. Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.

Qeyd edək ki, deputat Ə.Qasımovun əməllərindən şikayətçi olan G.Hacıyeva və onun maraqlarını müdafiə edən vəkil Ceyhun Yusifov bu gün mətbuat konfransı keçirərək bu faktları ictimaiyyətə təqdim etməyə hazırlaşırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru