Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                 

İlham Əliyev Qarabağı qaytarır. Bir güllə də atmadan...
Tarix: 11-10-2014, 16:20 | Çap et
İlham Əliyev Qarabağı qaytarır. Bir güllə də atmadan...
Azərbaycan hökmdarlarından - Rəsulzadədən Nərimanova, Bağırovdan ata Əliyevə qədər heç kimə nəsib olmayan bir işi görmək belə görünür ki, İlham Əliyevə nəsib olacaq.

Bəli, söhbət məhz hökmdarlardan gedir. Çünki Azərbaycanın istər inqilabaqədərki, istərsə də sovet və postsovet dövrlər tarixində dövləti kollektiv şəkildə idarə etmək nümunəsi yoxdur. Bizim ölkəmizdə siyasi hakimiyyət istisnasız olaraq yalnız şəxsləşdirilib, həmişə fərdi xarakterə malik olub.

Lakin biz bu gün hakimiyyətin formalaşması prosesinin xarakterindən və təbiətindən söz açmayacağıq. Söhbət işğaldakı torpaqların qaytarılmasına dair heç bir aydın perspektivin olmadığı şəraitdə kasıb bir ölkəni dağılmış iqtisadiyyatı və siyasi xaosu ilə birgə təhvil almış 40 yaşlı gənc siyasətçinin nəinki dolaşıq geosiyasi labirintdən necə çıxmasından, nəinki milli iqtisadiyyatı dirçəltməsindən, həm də 25 il qabaq işğal olunmuş Qarabağı qaytarmasından gedir. Özü də bircə güllə belə atmadan qaytarmasından...

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən - oktyabrın 10-da axşam sensasion bir bəyanatla çıxış etdi. Ermənistanı Putinin Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul etdilər. Bəs bu nə deməkdir? Bu, o deməkdir ki, Ermənistanla işğal olunmuş Qarabağ arasındakı sərhəddə gömrük postları qoyulacaq.

Bu qərarın çarəsizlikdən və kasıblıqdan batıb gedən Qarabağa hansı ağır iqtisadi nəticələr, hətta sosial partlayış ehtimalı vəd etməsi məsələsini hələ bir kənara qoyaq. Azərbaycanın bu nəhəng geosiyasi uğurunun iqtisadi yöndən təhlilinə hələ sonra qayıdarıq. İndilik isə söhbət Azərbaycanın nəhəng siyasi-diplomatik uğurundan gedir.

Azərbaycan “Putin ittifaqı”na hər halda daxil olmadı. Bununla da öz suverenliyini bir daha isbatlamış, bloklara qoşulmamaq və bitərəflik siyasətinə sədaqətini bir daha ortaya qoymuş oldu. Ermənistan isə öz siyasi azadlığının və iqtisadi müstəqilliyinin sonuncu qalıqlarını da itirərək müstəmləkə asılılığı bataqlığına, boyunduruğa girdi.

Eyni zamanda İrəvan bununla Qarabağ üzərində nəzarət imkanlarını da itirdi. Özü də həm siyasi, həm də iqtisadi cəhətdən. Tam paradoksal vəziyyətdir!

Bir anlığa təsəvvür edin ki, Qarabağın İrəvandan kartof-soğan daşıyan ac-yalavac sakinləri indən belə Ermənistanla sərhəddə buna görə üstəlik hələ gömrük rüsumları da ödəməli olacaqlar. Heç də təsadüfi deyil ki, Sərkisyan rəsmi İrəvan üçün sadəcə rüsvayçılıq demək olan bu sənədi tərəddüd içində imzalayar-imzalamaz Ermənistan paytaxtını etiraz aksiyaları bürüdü. Ermənilər Sərkisyanı müstəqil erməni dövlətini məhv edib axırına çıxmaqda ittiham edirlər.

Bu minvalla Sərkisyanın ermənilərin milli maraqlarını satmaqda ittiham olunacağı gün də elə də uzaqda deyil. Sıralarında indiki prezidentin də olduğu “miatsum hərəkatı” elə bu cür ittihamlardan, Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələblərindən başlamamışdımı? Biz Qarabağı Azərbaycanı özləri qarışıq böyük dəlixanaya çevirmiş elçibəyçi “milli-demokratlar”ın ötürməsi və Moskvanın ermənilərə mütləq dəstəyi sayəsində itirmişdik. Özü də uzun müddətə. İndi isə Qarabağı Ermənistandan ayırdılar. Gömrük divarları ilə ayırdılar!

Beləliklə, İlham Əliyev çox gözəl və parlaq siyasi kombinasiya qurdu. İlham Əliyev Avrasiya məkanına girmədi, öz ölkəsinin müstəqilliyini qoruyub saxladı. Lakin həm də ən əsas vəzifəni həll etdi - Qarabağ Ermənistanın iqtisadi məkanından qoparılıb çıxarıldı. Siyasi (eyni zamanda hüquqi) məkana gəlincə isə bunu demək lazımdır ki, Qarabağ siyasi cəhətdən Ermənistan məkanına daxil olmamışdı və indi də daxil deyil.

Azərbaycan Ukraynanın, Gürcüstanın, Moldovanın və etnosiyasi münaqişələr girdabına salınmış digər əksər ölkələrin bacarmadığı, gücünün çatmadığı işi görməyə nail oldu. Yəni öz ərazilərinin ilhaq olunmuş hissəsini de-yure öz sərhədləri çərçivəsində təsdiqlədi. De-fakto olaraq isə bu anklavın işğalçı ölkədən ayrılması prosesini başlatdı.

Şübhəsiz ki, bu ciddi siyasi uğurun təməlində Kremlin İlham Əliyevə verdiyi dəstək dayanır. İlham Əliyev Ermənistanın vassal asılılığında olmasını qəbul etmiş Serj Sərkisyandan fərqli olaraq Rusiya ilə ağıllı və uğurlu qarşılıqlı faydalı münasibətlər sistemi qura bilib. Əlbəttə ki, bu münasibətlər siyasi və hərbi ittifaq çərçivəsində yox, ikitərəfli tərəfdaşlıq və əməkdaşlıq formatında qurulub.

İlham Əliyev özünü və Azərbaycanı Rusiya ilə qarşıdurmadan qorumağa nail oldu. Halbuki Qərb rəsmi Bakını dayanmadan belə bir qarşıdurmaya təhrik edirdi. Özü də bu təhriklər uzun illər ərzində davam edib.

İlham Əliyev Rusiyanın regiondakı dominant rolunun getdikcə artmasını, Qərbi Ukrayna xaric bütün postsovet məkanının, o cümlədən Mərkəzi Asiya diktaturalarının Kremlin yanında olmasını (bu, heç Qərbdə də şübhə doğurmur) nəzərə alaraq düzgün qərar verdi və maraqların uzlaşdırılması konsepsiyasına stavka etdi. Və budur, Barak Obama rəsmən bəyan edir ki, “Rusiya regionun aparıcı və nəhəng dövlətidir!”

Rusiya isə regionun taleyinə görə məsuliyyəti artıq öz üzərinə götürüb.

İlham Əliyev hamı ilə, o cümlədən Putinlə qaydalar çərçivəsində oynadı. Azərbaycan prezidenti qlobal layihələrdən tutmuş meqa enerji layihələrinin reallaşdırılmasına qədər hər bir məsələdə Kremlin maraqlarını nəzərə aldı. Necə deyərlər, süngünün üstünə yerimədi. Əliyev Qərbin onu tələyə doğru itələyən şirnikləndirici təhriklərinə uymadı. Bu, Saakaşvilinin, Yuşşenkonun, Timoşenkonun, nəhayət, faciəvi tarixin sonunda isə Poroşenkonun salındığı həmin o tələ idi.

Bu ağıllı siyasətin nəticəsi də göz önündədir. Azərbaycan üçün ən vacib, hətta həyati vacib qərarın qəbulu zamanı Putin də Əliyevin maraqlarını nəzərə aldı. Axı Putin də özünün yazılmamış qaydalarını heç vaxt pozmur. Dünənki gün də göstərdi ki, pozmur!

Dünənki hadisə daha bir vacib geosiyasi həqiqətin bir daha təsdiqlənməsi ilə əlamətdar oldu. Bu da odur ki, Qarabağ məsələsinin taleyi tamamilə Kremlin əlindədir. Qərb Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılıb (Putin Gürcüstanı da qaytarıb, bu mövzuda mübahisə aparanlar yalnız gürcü reallığının təfərrüatlarına vara bilməyən ekspertlərdir).

Qərbin bu regiondakı vəziyyətlə bağlı manipulyasiya etmək üçün praktiki olaraq heç bir təsir gücü və imkanları, heç bir rıçaqı qalmayıb. Qərbin Xəzərdə sadəcə qazma qurğuları qalıb, vəssalam. Və Qərb şirkətləri bu regionda neft çıxarmaqda davam edirlər. Tezliklə qaz ixracına da başlayacaqlar. Amerikalıların və avropalıların Cənubi Qafqazda yerləşməsi, buradakı proseslərdə iştirakı yalnız bundan ibarətdir.

Ermənistan “Putin ittifaqı”na daxil ediləndən və Kreml Qarabağı Ermənistandan ayırıb Azərbaycana bu bölgənin əsl Xozeyininin kim olduğunu göstərəndən sonra hansısa efemer Minsk Qrupunun və ya hansısa ATƏT-in bölgədəki rolu haqda mülahizə-mühakimələrə yalnız reallıq hissindən uzaq ekspertlər qapıla bilər.

Azərbaycanın qarşısında yeni, çox aktual və yeganə bir sual dayanır: rəsmi Bakı Avrasiya İttifaqına daxil ola bilərmi? Axı Rusiyada da başa düşürlər ki, Azərbaycan olmadan Cənubi Qafqazda mütləq protektoratdan söhbət gedə bilməz.

İlham Əliyev “Putin ittifaqı”na daxil olan ölkələrin dövlət başçılarının Minsk görüşündə iştirak etmədi. Amma Azərbaycan prezidenti MDB ölkələri dövlət başçılarının bu görüşdən azca əvvəl başa çatan sammitindəki çıxışında fikrini diplomatik dildə, çox aydın şəkildə ifadə etdi.

Mənim başa düşdüyüm qədər, Azərbaycan bu ittifaqa daxil ola bilər, lakin bir şərtlə: Azərbaycanın işğal olunmuş torpaqları dərhal qaytarılmalıdır!

Bəs Kreml bu məsələdə Ermənistana təsir göstərə bilərmi? Buna şübhə yoxdur. Axı Ermənistan özünü rəsmi satellit səviyyəsinə endirib.

Nazarbayev nəsə anlaşılmaz bir ifadə işlətdi. Bilmədim bunu bilərəkdən dedi, yoxsa yox. Amma təxminən belə dedi ki, biz ərazi mənsubiyyətindən tutmuş qalan digər mövzulara qədər bütün məsələlərdə razılaşma əldə etdik...

Kimlə kim razılıq əldə edib? Əliyevlə Sərkisyanmı? Heç inandırıcı və mümkün də deyil. Böyük ehtimalla Əliyevlə Putin anlaşıb. Çünki Sərkisyan artıq oyundankənar vəziyyətdədir...

Eynulla Fətullayev









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru