Azərbaycanlı model Minarə Allahverdiyevanın yeni hamiləlik fotoları yayılıb.
ANS PRESS-in məlumatına görə, ikinci dəfə ana olmağa hazırlaşan model kamera qarşısına keçərək maraqlı fotosessiya etdirib.
Hamiləlik dövrünün 7-ci ayında olan Minarə xanım həmin fotoları sosial şəbəkədə paylaşıb. Bir qız anası olan M. Allahverdiyeva ikinci övladının da qız olacağını və Məryəm adını qoyacağını bildirib.
Xatırladaq ki, Minarə xanım Azərbaycanda fəaliyyət göstərən məşhur türk prodüseri Kamal Cenk İçtənlə ailəlidir.