İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                     Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? .....                     Vladimir Putin Prezident İlham Əliyevə zəng edib .....                     Malları əlində qalan ermənilər... .....                     “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq .....                     Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? .....                     Dövlət Reklam Agentliyi auditor seçir .....                     100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir .....                     Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır .....                     Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir .....                     İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə .....                     Elşad Xose xəstəxanaya yerləşdirildi .....                     MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı .....                     Tramp onun Bakıya səfərini paylaşdı .....                     Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər .....                     SOCAR-a yaxın daha bir şirkət .....                     Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir .....                     Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! .....                     Tiktoker “Çevik” həbs edildi .....                     Rəis müavini olmaq istədi, 64 min manat pul verdi .....                     Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu .....                     Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı .....                     Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur .....                     10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? .....                     Putin Ermənistanla bağlı vaxt verdi .....                     Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! .....                     Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır .....                 

Azərbaycanda psixi xəstələrin sayında rekord artım: - Psixoterapevtdən SOS
Tarix: 9-06-2026, 16:41 | Çap et

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. (mənbə: modern.az)

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0-17 yaş, 1 591-i 18-29 yaş, 698-i 30-39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aid olub.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi və davranış pozuntulu xəstələrin ümumi sayı 111 560 nəfər təşkil edib.

Bundan əlavə, qeydiyyatda olan xəstələrin 79 968-i kişi, 31 592-si qadın olub. Yaş bölgüsünə görə, qeydiyyatda olan xəstələrin 13 867-si 0-17 yaş, 29 723-ü 18-29 yaş, 22 851-i 30-39 yaş, 45 119-u isə 40 və yuxarı yaş qrupunda qeydə alınıb.

Psixi xəstələrin sürətlə artması hansı psixoloji və sosial faktorlarla bağlıdır? Xüsusilə uşaqlar və yeniyetmələr arasında bu göstəricilərin yüksək olması necə izah edilir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Maddə asılılığı və digər asılılıq növləri ilə bağlı statistik göstəricilərin artması təsadüfi proses deyil və bunun arxasında ciddi psixoloji, sosial və bioloji faktorlar dayanır. Asılılıq iradə zəifliyi deyil, xəstəlikdir. Cəmiyyətdə hələ də asılılığı yalnız şəxsi seçim və ya xarakter problemi kimi qiymətləndirən yanaşmalar mövcuddur. Halbuki, insanın iradəsi təkbaşına xəstəliyi müalicə etmir. Məsuliyyətsiz düşüncə və davranışlar müəyyən hallarda tətikləyici faktor ola bilər, lakin asılılığın formalaşması daha mürəkkəb mexanizmlərlə bağlıdır. Asılılıq biopsixososial model çərçivəsində izah olunur. Burada bioloji meyillər, psixoloji xüsusiyyətlər və sosial mühit birlikdə rol oynayır. İnsanlar bəzən emosional ağrıdan, stressdən, daxili boşluq hissindən və ya həyat çətinliklərindən uzaqlaşmaq üçün müxtəlif vasitələrə üz tuturlar. Nəticədə onlar süni şəkildə formalaşmış komfort zonasına daxil olur və zaman keçdikcə həmin vəziyyətdən çıxmaq istəmirlər. Bu proses beyində mükafatlandırma sisteminin dəyişməsi ilə müşayiət olunur və asılılıq davranışını gücləndirir”.

Psixoterapevtin sözlərinə görə, xüsusilə uşaqlar və yeniyetmələr arasında asılılıq göstəricilərinin yüksək olması bir neçə amillə əlaqədardır:

“Bu yaş dövründə şəxsiyyət formalaşma mərhələsində olur, emosiyaların idarə olunması tam inkişaf etmir və risklərin qiymətləndirilməsi bacarığı yetkin insanlarla müqayisədə daha zəif olur. Eyni zamanda yeniyetmələr həmyaşıd təsirinə daha açıq olurlar və aidiyyət hissi qazanmaq üçün müxtəlif riskli davranışlara meyl göstərə bilirlər. Ailə faktoru burada xüsusi əhəmiyyət daşıyır. Risk qrupuna daxil olan ailələrdə böyüyən uşaqlar daha çox asılılıq təhlükəsi ilə üzləşirlər. Əgər ailədə hər hansı üzv asılılıq xəstəliyindən əziyyət çəkirsə, həmin mühitdə böyüyən uşağın gələcəkdə asılılıq inkişaf etdirmə ehtimalı daha yüksək ola bilər. Bu, həm genetik meyllərlə, həm də müşahidə olunan davranış modellərinin mənimsənilməsi ilə bağlıdır. Uşaq ailədə gördüyü davranışları normal qəbul edir və onları həyatının bir hissəsinə çevirə bilir”.

Rövşən Nəcəfov əlavə edib ki, digər vacib məqam valideyn-övlad münasibətləridir:

“Valideyn övladına hər yaş dövründə şəxsiyyət kimi yanaşmalıdır. Uşağın fikirlərinin, hisslərinin və ehtiyaclarının nəzərə alınmaması onun özünüdərk prosesinə mənfi təsir göstərir. Uşaqlar kənara qoyulduqda və ya emosional olaraq diqqətdən məhrum qaldıqda, onlar öz şəxsiyyətlərini reallıq üzərində deyil, müxtəlif illüziyalar və kompensasiya mexanizmləri üzərində qurmağa çalışırlar. Bu isə gələcəkdə müxtəlif asılılıqların formalaşması üçün münbit zəmin yarada bilər. Maddə asılılığı, qumar asılılığı, oyun asılılığı və digər davranış asılılıqları beyində oxşar mexanizmlər üzərindən fəaliyyət göstərir. Başqa sözlə, beyin üçün asılılığın növündən çox, onun yaratdığı mükafatlandırma və təkrarlanma dövrü önəmlidir. Profilaktika istiqamətində ilk növbədə genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır. Bu maarifləndirmə emosional qorxutma üzərində deyil, elmi və rasional izahlar üzərində qurulmalıdır.

İnsanlar asılılığın mahiyyətini, onun psixi və fiziki sağlamlığa təsirlərini düzgün başa düşməlidirlər. Məktəblərdə və təhsil müəssisələrində psixi sağlamlıqla bağlı proqramların genişləndirilməsi, uşaqlarda psixoloji immunitetin formalaşdırılması, sağlam davranış vərdişlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Asılılıq riski daşıyan və ya artıq asılılıq problemi yaşayan uşaqların valideynləri ilə sistemli iş aparılmalıdır. Çünki bir çox hallarda problemin həlli yalnız uşağın deyil, bütövlükdə ailə sisteminin dəstəklənməsindən keçir. Asılılıq xəstəliyindən əziyyət çəkən istənilən şəxs vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir. Müalicə və reabilitasiya prosesində həm tibbi, həm psixoloji, həm də sosial dəstəyin göstərilməsi vacibdir. Zərurət yarandıqda bu dəstək həm könüllü, həm də qanunvericiliyin nəzərdə tutduğu hallarda icbari formada təşkil oluna bilər. Asılılığın qarşısının alınmasında əsas məqsəd yalnız zərərli davranışı dayandırmaq deyil, insanın psixi dayanıqlığını artırmaq, sağlam münasibətlər qurmasına dəstək vermək və onu həyatın çətinlikləri ilə daha konstruktiv şəkildə mübarizə aparmağa hazırlamaqdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45
10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41
Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39
Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23
Qara dəniz “tələsi” - Qazaxıstan niyə tək bir neft marşrutunun girovuna çevrilib?
Bu gün, 10:20
Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib - QƏRAR
Bu gün, 10:18
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü: 540 min manata - DETALLAR
Bu gün, 10:16
Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi
Bu gün, 10:12
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
Bu gün, 09:59
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru