Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                     Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub .....                     DİM-dən “sənət qətliamı" .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? .....                     Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb .....                     Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? .....                     Reanimasiyada olan Xalq şairinin SON DURUMU .....                     Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? .....                     İstanbuldakı erməni kilsəsi yenidən açılır .....                     Mal-qaranı Gürcüstandan 458 manata alırıq, .....                     Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir .....                     Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı .....                     “Şapka Mamed”in ətrafında çəmbər daralır .....                     Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb .....                     Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı .....                     Azərbaycanda işsizlərin sayı niyə artıb? .....                     Rusiyadan pul göndərmək çətinləşdi? .....                     “Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” .....                     "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" .....                     “Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir .....                     Putin Tokayevin planını rədd etdi .....                     Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib .....                     15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı .....                     Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü .....                     Gürcüstanda azərbaycanlı gənc başından güllələnib .....                     Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı .....                     Tokayev haqlımı .....                     Sabiq prokuror vəfat etdi .....                     Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür .....                     Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? .....                     Azərbaycanda pensiya yaşı 70 olur? .....                     Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” .....                     “Xəyanət” DAVAM EDƏCƏK: .....                     Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik .....                     ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb .....                 

“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Tarix: Bu gün, 15:27 | Çap et

Azərbaycanın bank-maliyyə və sahibkarlıq sektorunda uzun illər əsas söz sahiblərindən biri olmuş, ictimaiyyətdə daha çox “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin ətrafında qalmaqal daha da dərinləşir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi son əməliyyat dövlətə məxsus “Aqrarkredit” QSC BOKT-un keçmiş rəhbərinin cinayət təqibi ilə üz-üzə qaldığını açıq müstəviyə çıxardı.

Məmməd Musayevin dövründə “Aqrarkredit”də baş verən qanunsuzluqlar yalnız bir istiqamətlə məhdudlaşmır. Onun rəhbərlik etdiyi dönəmin maliyyə maxinasiyaları artıq digər dövlət və özəl qurumlardakı əlaqələri ilə birgə araşdırılır.

Musavat.com-a daxil olan məlumatda deyilir ki, Məmməd Musayev bir iş üzrə deyil, bir neçə epizod və müxtəlif qurumlardakı qanunsuz əməlləri üzrə cinayət məsuliyyətinə cəlb olunacağı istisna edilmir.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində kənd təsərrüfatına dəstək adı altında dövlət vəsaitlərini mənimsəyən mütəşəkkil dəstə ifşa olunub. Həbs edilənlər arasında Məmməd Musayevin birbaşa qohumları və idarəçilikdəki yaxın adamları yer alır.

Bilinən odur ki, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev Məmməd Musayevin qardaşı oğludur. “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov isə Məmməd Musayevin Azərbaycan Sahibkarlar Konfederasiyasındakı müavini, Fuad Süleymanov “Şurabad quşçuluq” MMC-nin direktoru, Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov qanunsuz sxemdə iştirak edən şəxslərdir.

İlkin ittihama görə, sözügedən şəxslər regionlarda kənd təsərrüfatının inkişafı və güzəştli maliyyələşmə adı altında “Aqrarkredit” QSC-dən 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırmalar nəticəsində bəlli olub ki, həmin nəhəng vəsait aqrar sektora deyil, şəxsi ehtiyaclara və mütəşəkkil qrupun biznes maraqlarına sərf olunub. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb və 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət təqibində əsas diqqət Məmməd Musayevə yönəlib. İstintaq materiallarına əsasən, həbs edilənlər bu cinayətləri məhz Məmməd Musayevin bilavasitə göstərişi və rəhbərliyi ilə törədiblər.

Media araşdırmalarında xüsusi yer tutan digər böyük maxinasiya isə 2014-cü ildəki "Beynəlxalq Bank" qalmaqalından sonra müflis olan "Azərinşaatservis" MMC-nin əmlaklarının mənimsənilməsi ilə bağlıdır. Müflisləşmədən sonra "Azərinşaatservis"in bütün texnikaları, avadanlıqları və torpaq sahələri “Aqrarkredit” BOKT-un idarəçiliyinə verilmişdi. Məqsəd bu əmlakları hərrac yolu ilə satıb, quruma borcu olan 49 fiziki və hüquqi şəxsin (tələbkarın) pulunu ödənilmək idi.

Lakin media araşdırmaları bu prosesin arxasında şəbəkələşmiş bir qrupun durduğunu ortaya çıxarıb.

Məlum olur ki, sxemin başında Məmməd Musayevlə yanaşı, vaxtilə “Azərsu”da müavin postunu tutmuş Arzuman Abbasov dayanıb. Haqqin.az saytının məlumatına görə, proseslərin qanun çərçivəsinə salınmasını “Aqrarkredit”in hüquq şöbəsinin müdiri Vilayət adlı şəxs təşkil edib. Qanunsuz əməliyyatlardan gələn maliyyə axınını və bölüşdürülməni isə Arzuman Abbasovun yaxın adamı və "qara kassası" kimi tanınan Nazim adlı şəxs idarə edib. Zərərçəkənlərin iddialarına görə, bu şəbəkəyə Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vilayət Məmmədov, Binəqədi İcra Şöbəsinin rəisi Fuad Nəbiyev və icra məmuru Asəm Əhmədov da köməklik göstəriblər.

Bu maxinasiyanın pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsi ətrafında yaşanıb. Real bazar dəyəri 30-35 milyon manat olan bu ərazi 49 payçının, o cümlədən xeyrinə 3.8 milyon manatlıq məhkəmə qətnaməsi olan “SİRR-M” MMC-nin borclarının ödənilməsinə yönəldilməli idi. Lakin proseslərdə dəfələrlə qanun pozuntularına yol verilib. Bazar dəyəri 30 milyon manatdan çox olan torpaq sahəsinə əvvəlcə Binəqədi İcra Şöbəsi tərəfindən 13 milyon manat qiymət qoyulub, etirazlardan sonra bu rəqəm müəmmalı şəkildə 25 milyon manata qaldırılıb. “Kəngərli” MMC və digər tələbkarların şikayəti ilə Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi icra məmurunun və “Aqrarkredit”in bu hərəkətlərini qanunsuz hesab edib. Məhkəmənin qadağalarına və 18 mart 2026-cı ildə icra məmurunun sifarişi geri çəkməsinə baxmayaraq, cəmi 4 gün sonra - 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in təşkilatçılığı ilə gizli hərrac keçirilib. 8 aprel 2026-cı il tarixli hərrac protokoluna əsasən, “Aqrarkredit” əldə olunan vəsaitdən 1.6 milyon manatı icra xidməti haqqı, 863 min manatı isə icra şöbəsinin ödənişi kimi silib. Lakin torpağın hansı qiymətə satıldığı gizlədilib və 49 payçıya tək bir qəpik də ödənilməyib.

Bir bu epizod üzrə Məmməd Musayevin rəhbərliyi ilə 30 milyon manatlıq torpaq sahəsi “buxarlanıb”, 49 payçı “quru yerdə” qalıb.

Məmməd Musayev “Aqrarkredit”-ə rəhbərlik etdiyi müddətdə bu şəkildə neçə torpağı, əmlakı, mal-mülkü payi-mal edib?

Bunu bir özü bilir, bir də onunla bu işlərdə əli olanlar. İndiki halda isə Məmməd Musayev və ətrafı bildiklərini – illər ərzində törətdikləri maxinasiyaları bir-bir açıb deməlidirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində proses başlayıb və görünən odur ki, nə Məmməd Musayevin, nə də onunla əlbir olub iş görənlərin başında “şapka” qalmayacaq.

2001-ci ildən 2025-ci ilə qədər 24 il boyunca “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri olan, eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi fəaliyyət göstərən Məmməd Musayev maliyyə naziri Sahil Babayevin sədrliyi ilə ötən il keçirilən növbədənkənar iclasdan sonra postundan uzaqlaşdırılmışdı.

O zaman bu addım adi kadr dəyişikliyi kimi qələmə verilsə də, bu gün ortaya çıxan mənzərə tamamilə fərqli reallığı göstərir. Dövlətin milyardlarla manatlıq resursunu idarə edən BOKT-un daxilində yaradılmış bu kölgə şəbəkəsinin fəaliyyəti indi bütün incəlikləri ilə araşdırılır.

Mediaya sızan məlumatlar onu göstərir ki, Məmməd Musayevin məsələsi yalnız “Aqrarkredit”lə bitməyəcək. Onun rəhbərlik etdiyi digər təşkilatlardakı maliyyə axınları, müflisləşən əmlakların satışı və dövlət subsidiyalarının mənimsənilməsi epizodları üzrə də araşdırmalar genişləndirilir. Yaxın günlərdə “Şapka Mamed”in rəsmi olaraq həbs olunması və ona qarşı bir neçə ağır maddə üzrə ittihamların irəli sürülməsi istisna deyil.

İddialara görə, həbs olunan şəxslər Məmməd Musayevlə birlikdə xüsusilə külli miqdarda dələduzluq cinayətinin törədilməsində iştirak ediblər. M.Musayev uzun illərdir bank sektorunda tanınan fiqurlardan biri olmaqla yanaşı, müxtəlif media orqanlarında "Turanbank"ın faktiki sahibi kimi təqdim olunur. Bu rezonans doğuran cinayət işi ilə bağlı hüquqşünas Əkrəm Həsənov da sosial şəbəkədə diqqətçəkən paylaşım edib. O, Məmməd Musayevin uzun illər Azərbaycan Mərkəzi Bankının sədri olmuş Elman Rüstəmovla yaxın münasibətlərinə diqqət çəkərək bildirib ki, bank sektorunda əsas təsir sahibi məhz bu iki şəxs olub.

Əkrəm Həsənov yazır ki, illərdir Məmməd Musayevin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib və onun həm dövlətə məxsus "Aqrarkredit"ə rəhbərlik etdiyini, həm də Azərbaycan Sahibkarlar Konfederasiyasına başçılıq etdiyini xatırladıb. Hüquqşünasın sözlərinə görə, mətbuatda dəfələrlə Musayevin "Turanbank"ın faktiki sahibi olması barədə məlumatlar yayılsa da, bunlar indiyədək təkzib edilməyib.

Əkrəm Həsənov daha sonra hazırda müdafiəsini həyata keçirdiyi bir əmanətçi ilə bağlı məhkəmə çəkişməsinə toxunub. Onun iddiasına görə, "Turanbank" müştərinin əmanətini qaytardığını bəyan etsə də, bunu təsdiqləyən hər hansı sənəd təqdim edə bilmir.

"Belə də bank olar? Son illər bank sisteminin və əmanətlərin etibarlılığına bu bank qədər zərər vuran olmayıb", – deyə hüquqşünas qeyd edib.

O, həmçinin hüquq-mühafizə orqanlarını "Turanbank"da da genişmiqyaslı yoxlamalar aparmağa çağıraraq bildirib ki, əmanətin qaytarıldığını sübut edə bilməyən bankda daha ciddi qanun pozuntularının olması ehtimalı istisna deyil. Əkrəm Həsənov "Aqrarkredit"lə "Turanbank" arasında mümkün əlaqələrin də araşdırılmasının vacibliyini vurğulayıb və bu prosesdə ekspert kimi ödənişsiz dəstək verməyə hazır olduğunu açıqlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Bu gün, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Bu gün, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Bu gün, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Bu gün, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Bu gün, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Bu gün, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Bu gün, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Bu gün, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Bu gün, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Bu gün, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Bu gün, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Bu gün, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Bu gün, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Bu gün, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Bu gün, 15:42
Qaxda Vətən müharibəsi qazisi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:39
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
Bu gün, 15:27
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb - “The Times of Israel”
Bu gün, 15:23
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı - TƏFƏRRÜAT
Bu gün, 14:24
Azərbaycanda işsizlərin sayı niyə artıb? - Deputatdan diqqətçəkən AÇIQLAMA
Bu gün, 14:21
Rusiyadan pul göndərmək çətinləşdi? - Ekspert bütün alternativləri sadaladı
Bu gün, 14:18
“Anklavların qaytarılması Ermənistan üçün minalanmış sahə deməkdir” - KİV
Bu gün, 14:10
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı" - MALƏSƏF...
Bu gün, 14:01
“Tramp marşrutu” layihəsində şəxsən onun özü də iştirak edir - Sərkisyan
Bu gün, 13:55
Putin Tokayevin planını rədd etdi - Zelenskidən Qazaxıstan liderinə gözlənilməz dəstək gəldi
Bu gün, 13:46
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
Bu gün, 13:41
Azərbaycanda 2 nəfəri "tok" vurub öldürdü
Bu gün, 13:10
Gürcüstanda azərbaycanlı gənc başından güllələnib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ləğv edilmiş “Royal Bank”ın binası satışa çıxarıldı
Bu gün, 13:06
Tokayev haqlımı – Qarabağ və Donbas fərqlidir?
Bu gün, 13:05
Sabiq prokuror vəfat etdi
Bu gün, 13:03
Təhsil, pedaqoji dəyərlər sizi düşündürmür - NARAZILIQ VAR...
Bu gün, 12:53
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
Bu gün, 12:47
Azərbaycanda pensiya yaşı 70 olur? – Deputatdan AÇIQLAMA
Bu gün, 12:43
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi” - Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
Bu gün, 12:38
“Xəyanət” DAVAM EDƏCƏK: - Hansı aktyorlar serialdan getdi?
Bu gün, 12:33
Çıxdığımız mövqeləri Azərbaycan tutdu, qaytara bilməyəcəyik - Sarukyan
Bu gün, 12:30
ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 12:19
Sabiq nazirdən rus təbliğatçılarına tarixi CAVAB - "...səbəbkarı Vladimir İliç Lenin olub"
Bu gün, 12:16
Nazirlik məktəblərdə süni intellektin tətbiqinə 2,5 milyon manat xərcləyəcək
Bu gün, 12:11
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA - DETALLAR
Bu gün, 12:09
Rusiyanın “baş evakuatorundan” təklif və ya: "xilas" resepti - Milyonlarla insan...
Bu gün, 12:06
Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11... – Hər 100 nəfərə düşən turist sayı
Bu gün, 11:59
"Ermənistan hakimiyyəti köhnə iqtisadi əlaqələri qırır" - Sarukyan
Bu gün, 11:56
Məhkəmə 2 manata görə döyülən dırnaq ustasının işi üzrə materialları prokurorluğa geri göndərdi
Bu gün, 11:50
"Əksər yaşlı işçilər psixoloji təzyiqlərə davam edə bilməyib, ərizə yazdılar..." - FAKT BUDUR!
Bu gün, 11:46
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri KƏSKİN ARTDI: 200 MİLYONA ÇATIR - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:40
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru