"Azərbaycan Mikro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 203 min manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,8 dəfə azdır.
Ötən il "Azərbaycan Mikro-Kredit"in vergiyəqədərki mənfəəti 260 min manat (əvvəlki il 3,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 57 min manat (3,6 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan Mikro-Kredit"in aktivləri 7,699 milyon manat olub ki, bu da illik müqayisədə 16,2 % azdır. Bunun 6,658 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 18,4 % kiçilib.
Hesabat dövründə "Azərbaycan Mikro-Kredit"in öhdəlikləri 21,6 % azalaraq 6,164 milyon manata, balans kapitalı isə 15,2 % artaraq 1,535 milyon manata çatıb.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır. BOKT-un təsisçiləri Kazım Hüseynov (50 %) və Səbuhi Əzizovdur (50 %).








