Dostunun məhkəməsindən sonra özü də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Peyman Həziyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkil Toğrul Rzayev müdafiə çıxışı edərək müdafiə etdiyi şəxsin maddəsinin daha yüngül maddəyə tövsüf edilməsini və ona bəraət hökmünü çıxarılmasını məhkəmədən xahiş edib.
Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən, Peyman Həziyevin maddəsi 234.4.3-cü maddədən 234.1-1-ci maddəyə tövsüf edilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.









