“Azəristiliktəchizat” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən istilik mübadilə aparatları və su hazırlığı xidməti üçün texniki avadanlıqların satınalınması məqsədilə keçirilən açıq tenderin nəticəsi açıqlanıb.
32gun.az xəbər verir ki, ehtimal olunan qiyməti 8.797,49 AZN təşkil edən satınalma prosesində iştirak etmək üçün təklif və təminat təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün tender ləğv olunub.
Sözügedən qərar “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən qəbul edilib.









