Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat keçirilib.
APA-nın əldə etdiyi məlumata görə, qurumda aşkarlanan korrupsiya əməlləri ilə bağlı şöbənin vəzifəli şəxsləri saxlanılıblar.
Onların Bakıya gətirildikləri, barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.









