3 iyun 2026-cı il saat 10.30-da “Bakı Neft Mədən Avadanlıqları” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin yekununa aid idarə heyəti sədrinin hesabatı.
2. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının yekunları üzrə təftiş komissiyası sədrinin hesabatı.
3. 2025-ci ilin illik balans hesabatının təsdiq olunması və balans mənfəətinin bölüşdürülməsi.
4. Digər cari məsələlər.
Ünvan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 112-dir.










