Ermənistanın keçmiş müdafiə naziri (3 avqust - 15 noyabr 2021-ci il tarixlərində vəzifəsində çalışıb) Arşak Karapetyana qarşı iş açılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi iddia edir ki, 2021-ci ilin may ayında Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışan Karapetyan geri çəkilmə əmri verib və bu da Ermənistanın ön bölmələrinin mövqelərini tərk etməsinə səbəb olub. Karapetyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur, çünki onun qoşunların geri çəkilməsini əmr etmək səlahiyyəti yox idi.
Keçmiş müdafiə naziri hazırda ölkə xaricindədir, ona görə də qiyabi olaraq proses başlayıb, həbs qətimkan tədbiri seçilib və o, axtarışa verilib. Cinayət işi və ittiham aktı təsdiq üçün prokurora təqdim edilib və məhkəməyə göndərilib.









