Kürsülərdə yatıb 8 000 manat maaş alanlar "gilasa tamarzı qalmışıq, maaşımız artırılsın" tələbi ilə ildə iki dəfə, bir ilin başında, bir də sonunda yuxudan ayılıb mandatlarını qaldırıb maaş və pensiyalarını artırıb yenidən yatırlar.
Ancaq 4 ildən bir, seçkiqabağı "qazilərə verilən 80 manat utancpulu artırılsın" deyəndə həmin bu kürsülərdə mürgüləşən ağsaqqallar həmən yuxudan diksinib oyanır, "nəyə lazım 80 manatı artırmaq, veterandır da, başı xarab adamdır, yeyib-içib xərcləməsə 80 manat onlara bir il bəsdir" deyib yenidən başlarını qoyub mürgüləyirlər.
Beləcə də bir ömrü başa vurduq..
Kamran GÜLLƏR - "DİA-AZ"









