Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazırdır.
Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
"Birinci mən bu buğdadan hazırlanan çörəyi dadmağa hazıram", - nazir sosial şəbəkələrdə yazıb.
Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.









