Gəncə Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Cavid Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 14 iyul 2024-cü il tarixdə saat 07 radələrində Göygöl rayonunda qeydə alınıb.
Belə ki, Cavid Məmmədov arvadı A.Məmmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun bədəninə zərbələr vuraraq qəsdən ona ağır bədən xəsarətləri yetirib. Cavid Məmmədov həmin cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.