Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tender müsabiqəsi elan edib.
Yeniavaz.comxəbər verir ki, tender müsabiqəsi Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 9 milyon 107 min 660 manat 99 qəpik təşkil edir.