Dələduzluq faktlarına görə təsisçisi həbs edilmiş STS şirkətinin nizamnamə kapitalı kəskin azaldılıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı STS şirkətinin təsisçiləri oktaybrın 1-də müvafiq qərar qəbul ediblər.
Qərara əsasən, şirkətin nizamnəmə kapitalı 84000 ABŞ dolları həcmindən 63000 ABŞ dolları azaldılması və yeni nizamnamə kapitalının 21000 ABŞ dolları olması qərara alınıb.
Xatırladaq ki, bir neçə il əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “STS” şirkəti, “Sahil-D Kompani” MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdı.