Culfa Rayon İcra Hakimiyyətinin (RİH) tikintisi planlaşdırılan yeni binasının layihəsini hazırlayacaq şirkət müəyyənləşib.
İqtisadiyyat.az xəbər verir ki, layihələndirmə işləri “House Project” şirkətinə həvalə olunub.
Belə ki, şirkət İcra Hakimiyyətinin tikintisi dayandırılmış yeni inzibati binasınə 145 min manata layihələndirəcək.
Xatırladaq ki, icra hakimiyyətinin yeni inzibati binasının tikintisi ilə bağlı hazırlıqlara hələ bir neçə il əvvəl başlanılıb.
İnşaat işləri ilə bağlı 2023-cü ilin dekabr ayında APF Tikinti MMC ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən binanın tikintisi üçün müəyyən edilmiş məbləğin 3 ay ərzində hissə-hissə şirkətə ödənilməsi ilə bağlı razılıq əldə olunub. Amma icra hakimiyyəti bu öhdəliyi yerinə yetirməyib. Səbəb olaraq isə büdcədə pulun olmaması göstərilib. MMC məhkəməyə müraciət edib. Məhkəmə MMC-nin xeyrinə qərar çıxarıb.