Rusiyanın Orlov vilayətində azərbaycanlı Sabir Əhmədov mükafatlandırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Kromski rayon administrasiyası Sabir Əhmədova “Cəsarət ordeni” təqdim edib.
Məlumata görə o, 2019-cu il 29 martda Orlovda sürücü Denis Matievskiyi qətlə yetirdiyinə görə 17 il ciddi rejimli həbsxanada cəza çəkməyə məhkum olunub. Lakin cəzasının 2 ilini çəkəndən sonra Ukraynadakı döyüşlərə könüllü yollanıb.
İstintaqın versiyasına görə, cinayət şəxsi münaqişə zəminində baş verib. Əhmədovun vəkilinin sözlərinə görə, qətlə səbəb Əhmədovun həyat yoldaşının sürücü ilə münasibətləri olub.