Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Dövlət Radiotezliklər İdarəsi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 83 min 573 manat 50 qəpik ödəyəcək.
Qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsinin ötən ilin oktyabr ayında keçirdiyi analoji tender müsabiqəsinin də qalibi “7GÜL” MMC olub. 2024-cü ildə “7GÜL” MMC Radiotezliklər İdarəsinə 100 min 333 manat 4 qəpik dəyərində 29 adda gül və əklillər satıb. Satın alınan güllər arasında “Dua çiçəyi” və “Pul ağacı” da olub.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.
Cədvəldə “7GÜL” MMC-nin son 2 ildə Dövlət Radiotezliklər İdarəsinə satdığı gül və əklillərin siyahısı göstərilib: