Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan edilmiş Ağdam şəhərində 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri aparacaq qalibi şirkət müəyyənləşib.
Banker.az xəbər verir ki, tenderdə qalib elan edilən şirkət “ANG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Layihənin ehtimal olunan dəyəri 9 169 652 manatdır olaraq açıqlanıb.
Xatırladaq ki, “ANG” MMC 2011-ci ildə təsis edilib və 50 manat nizamnamə kapitalı var. Şirkət Azərbaycanın tikinti-inşaat sektorunda ixtisaslaşmış şirkət kimi, təyinatından asılı olmayaraq yaşayış (çox mənzilli binalar və fərdi yaşayış evləri) və qeyri-yaşayış (sənaye, ictimai iaşə obyektləri, digər strateji obyektlər) obyektlərinin layihələndirilməsi, dizaynı, inşası, avadanlıq və aqreqatlarla təchiz edilməsi, həmçinin, istismara verilməsini təmin edir.