" "Baku Electronics", zəhmət olmasa, məhsullarınızdaki qarantiya müddəti ilə insanları aldatmayın!" "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "İyul ayında Sizdən 2 ədəd Bosh markalı kondisioner almışam. Onlardan biri keyfiyyətli işləsə də, digəri fanında səs yaradır. Bu barədə servisinizə məlumat vermişəm.
Servis əməkdaşları bildirirlər ki, guya kondisionerin barabanı yuyulmalıdır. Halbuki, cəmi 2 ay ərzində bu qədər istifadədən sonra belə problem yaranması mümkün deyil. Məhsulunuzun keyfiyyəti çox zəifdir, əməkdaşlarınız isə həm kobud davranır, həm də işinin peşəkarı deyillər.
Servis yerində baxış keçirdi və səbəbi araşdırmadan 25 manat ödəniş tələb etdi. Bu, istehlakçı hüquqlarına ziddir".