Müdafiə Nazirliyi iki iri məbləğli tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, dövlət qurumu Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və əlaqədar digər malların (LOT 3) satınalmasını "Texnolog" MMC (VÖEN: 1405435321) şirkətinə həvalə edib.
Qalib şirkətlə 1 milyon 476 min 872,77 manat dəyərində müqavilə bağlanıb.
Həmçinin Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satınalması üzrə keçirilən tenderin qalibi "NM Stock" MMC (VÖEN: 2008078691) olub.
Qalib şirkətlə 1 milyon 317 min 576,2 manat dəyərində müqavilə bağlanıb.
Hər iki tender üzrə ümumi məbləğ 2 milyon 794 min 448,97 manat təşkil edir