Ölkədə kibercinayətkarlıq faktları günü-gündən artır. Bu isə haqlı olaraq vətəndaşların narahatçılığına səbəb olmaqdadır. Maraqlı həm də orasıdır ki, bu QARƏTDƏ bank hesabı talanan vətəndaşa dövlətdən başqa kimsə sahiblənmir. Hətta əksər hallarda bank oğrulara dəstək verirmiş kimi görünür.
"DİA-AZ" xəbər verir ki, elə bu narahatçılığını ifadə edən tanınmış jurnalist İlham Aslanov da ölkəmizin ən böyük bankı olan - keçmiş adı "Kapital bank", hazırkı adı "Bir bank" olan bu bankla bağlı konkret ittiham səsləndirərək vətəndaşları uyarıb.
O özünün sosial şəbəkə hesabında belə yazır: " "Kapital Bank" müştərilərinin şəxsi məlumatlarını üçüncü tərəfə ötürür!
Diqqətli olun!"
"DİA-AZ" bildirir ki, bu çağırış sosial şəbəkələrdə geniş müzakirə olunub. Rəylərin birində hətta daha ağır ittiham var. Məsələn, Nailə Tapdıqova adlı sosial şəbəkə istifadəçisi belə yazır: "100 faiz. "Kapital bank" əməkdaşı mənim bütün hesablarımı dedi və balansı artırılmasını təklif etdi. Mənim rədd etməyimə baxmayaraq balansı artırdı və həmin gecə 4000 manat balansdan çəkilib Sinqapurun "tik-tok"una göndərilib. Bank guya bu işlərdə aciz olduğun bildirdi..."
Bu da belə... Hər halda sözügedən sektorda ciddi boşluğun olması bir faktdır...