Əsas Səhifə > Güney Press > Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş

Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş


Bu gün, 17:41

Müdafiə Nazirliyi iki iri məbləğli tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, dövlət qurumu Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və əlaqədar digər malların (LOT 3) satınalmasını "Texnolog" MMC (VÖEN: 1405435321) şirkətinə həvalə edib.

Qalib şirkətlə 1 milyon 476 min 872,77 manat dəyərində müqavilə bağlanıb.

Həmçinin Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satınalması üzrə keçirilən tenderin qalibi "NM Stock" MMC (VÖEN: 2008078691) olub.

Qalib şirkətlə 1 milyon 317 min 576,2 manat dəyərində müqavilə bağlanıb.

Hər iki tender üzrə ümumi məbləğ 2 milyon 794 min 448,97 manat təşkil edir


Geri qayıt