Dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun vəkili onun istintaqa cəlb edilməsindən danışıb.
Vəkil Ramal Şahmarov Teleqraf-a açıqlamasında deyib ki, Fazil Əmiraslanov barəsində qərar istintaqdan sonra veriləcək.
“İstintaq prosesi davam edir, yalnız araşdırmalar başa çatdıqdan sonra qərar veriləcək. Hazırda Fazil Əmiraslanov Bakıdadır", - vəkil bildirib.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov video müraciətində 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.