“Danışıqlar nəticəsində Fars körfəzi (Bəsrə) və İranın cənubunun Ermənistan ərazisindən keçən dəmir və avtomobil yolları ilə Qara dənizə birləşdirilməsi, həmçinin nəqliyyat diplomatiyası və tranzit sahəsində razılaşmalar əldə edilib”.
Teleqraf xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
“Ermənistan dənizə çıxışı olmayan ölkə olduğu üçün bizim logistika mərkəzimizin dəstəyi ilə Ermənistanla əməkdaşlıq barədə razılaşma var. İran və Ermənistan sərhədində yüklər, sərnişinlər və müxtəlif avadanlıqların daşınmasını asanlaşdırmaq üçün ikinci körpü də tikiləcək. Yaxın aylarda gömrük prosedurlarının sadələşdirilməsi və ədalətli tariflərin müəyyən edilməsi ilə bağlı da razılaşma var. Yaxın bir-iki ayda Ermənistanın infrastruktur nazirinin İrana səfəri zamanı digər sənədləri imzalayacağıq”, - o deyib.