Bu ilin ilk yarısında xaricdən Azərbaycana 72 min 285 baş diri qoyun gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qoyunların 67 min 258-i Rusiyadan, 5 min 27-i isə Gürcüstandan idxal edilib.
Rusiyadan idxal olunan bir baş qoyunun orta gömrük dəyəri 203 manat (119,5 dollar), Gürcüstandan idxal olunan bir baş qoyunun orta gömrük dəyəri isə 163 manat (96 dollar) olub.
Qeyd edək ki, Rusiyadan ölkəyə idxal olunan qoyunların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 9 dəfə artıb. Eyni zamanda Rusiyadan idxal edilən qoyunların qiymətində isə bir baş üçün 31 manat artım qeydə alınıb. Belə ki, ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 7 min 680 baş qoyun idxal edilib və bir baş qoyunun orta gömrük dəyəri isə 172 manat (101 dollar) olub.
Gürcüstandan idxal edilən qoyunların sayı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə azalıb, qiyməti isə bir baş üçün 37 manat artıb. Ötən ilin ilk yarısında Gürcüstandan Azərbaycana 28 min 959 baş qoyun idxal edilib və bir baş qoyunun orta gömrük dəyəri 126 manat (74 dollar) olub.