Xaricdəki söyüş müxalifəti zaman-zaman Azərbaycanda nüfuzlu simalar, dövlət adamları ilə bağlı müxtəlif hədyanlar yağdırması ilə diqqətə gəlib. Doğrudur, məsəl var: yalan ayaq tutar... yeriməz... Amma...
Amması odur ki, bu yalanlar Azərbaycana düşmən qüvvələr tərəfindən durmadan tirajlanır, cəmiyyətyimizdə məhz düşmənlərə sərf edən çaşqınlıq mühitinin yaradılmasına çalışılır.
Məsələn, elə bu günlərdə Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlandığı şübhə doğurmayan və ayrı-ayrı dövlət adamlarımızın adından dezinformasiya mahiyyətli "açıqlamalar" tirajlandı. Dərhal dövlətimizi gərəkən qurumları olaya reaksiya verdi və bu gün də davam etməkdə olan həmin prosesi təkzib etdi və etməkdədir.
Elə Rusiya ilə yanaşı, Avropanın ayrı-ayrı kəşfiyyat yuvaları ilə əlaqəli söyüş müxalifəti də fürsəti fövtə verməyərək əllərindən gələni edirlər ki, Azərbaycan qarşısında xidməti olan simalara çamur atsınlar. Bir daha vurğulayırıq, onlar bu yalanları ilə hansısa yanlış təəssürat yarada bilmirlər... amma ürək bulandırırlar axı...
Məsələn, uzun müddətdir ki, Avropada barınan və artıq ölkəmizə qarşı fəaliyyətdə olan şübhəli dairələrlə əməkdaşlığı şübhə doğurmayan Qənimət Zahid adlı birisi var ki, o da sözügedən istiqamətdə əməlli-başlı dəridən-qabıqdan çıxır, onu maliyyələşdirən ağalarının sifarişlərini cani-dildən icra etməyə çalışır. Əslində Qənimət Zahid kiminsə əlaltısı olması yönündə kifayət qədər təcrübəli birisi hesab olunur. Hələ illər əvvəl İranın xüsusi xidmət orqanları onu ələ ala bilmişdi. Həmin dönəmdə məhz jurnalist Mirşahin Ağayev ona sahibləndi, onun adının təmizə çıxarılmasında mühüm rol oynadı və o zamankı dövlət rəhbərlərimiz qarşısında az qala Qənimət Zahid üçün sipər rolunu oynadı. Doğrudur, hörmətli Mirşahin müəllim artıq bu himayədarlığının peşmançılığını yaşayır və bunu sezməmək mümkün deyil. Çünki bir zamanlar təkcə İrahna çuğulluq edən Qənimət Zahid, indi Azərbaycana qarşı olan avropalı kəşfiyyatçılar üçün də eskort rolunu oynamaqdadır.
Elə bu günlərdə Qənimət Zahid Müslüm Şahmarov adlı bir Azərbaycan vətəndaşını da hədəfinə çevirdi. Kimdir Müslüm Şahmarov. Öyrənirik ki, uzun müddət hüquq-mühafizə orqanlarında çalışan M.Şahmarovun adı əslində zamanında İranınxüsusi xidmət orqanlarının "qara siyahısı"na da düşübmüş. Məhz Azərbaycan adına fəaliyyəti, Azərbaycanın dövlət maraqlarına uyğun xidməti səbəbindən...
Bəlkə də bu gün Qənimət Zahidin M.Şahmarovu bu günlərdə hədəfə alması - köhnə ağalarının sifarişidir. Niyə də yox! İran kəşfiyyatı o zaman M.Şahmarova çamur ata bilməmişdi... İndi isə fürsətdir. Qənimət Zahid Avropadakı ağaları hesabına əlində bir şər-şəbədə maşını cəmləyib. Nədən İran bundan - köhnə çuğulunun xidmətlərindən istifadə etməsin ki?..
Hər halda, bütün bunlar - yəni Qənimət Zahid kimilərinin bu gün bir alət şəklində ölkəmizə qarşı fəaliyyəti ürkaçan deyil, utancvericidir... Nə etsək də, bizim vətəndaşlardır... Amma əgər vətəndaş VƏTƏNİNƏ xəyanət edirsə... VƏTƏN DAŞI da onların başını əzəcək qədərində hökümlü olmalıdır. Yoxsa qənimətkimilərinin ürətdiyi yalanların ömrü uzana bilər...
Bir daha qeyd edək ki, Müslüm Şahmarov uzun müddət hüquq mühafizə orqanlarında layiqincə xidmət göstərib. Və bu fəaliyyəti boyunca hər zaman həm rəhbərliyinin etimadını qazanıb, həm də vətəndaş məmnunluğunu... Bunları təsadüfi vurğulamadıq. Yəni qənimətkimilər ancaq yaxşıları hədəfə alır...
Orxan TUNCƏR - "DİA-AZ"