“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI .....                     Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır .....                     Öncə xalası oğlu həbs olundu, indi isə... .....                     “Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” .....                     Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər .....                     Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər .....                     Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? .....                     Dükaniçi MÖHTƏKİRLİK... .....                     İrəvan üçün SÜLH DÜSTURU .....                     "Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" .....                     Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? .....                     “Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? .....                     Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ .....                     Başsız qalan Gəncənin acınacaqlı halı .....                     Rusiyanın bu ərazisi “işğal” edilə bilər .....                     Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? .....                     Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir .....                     Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? .....                     Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır? .....                     6 uşaqla 1 otağa sığınsalar da... .....                     Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... .....                     Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu .....                     Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? .....                     "Ehtiyatlı olun, aldanmayın" .....                     Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF .....                     Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                 

Zəngəzur dəhlizi üçün “Qobl planı” - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 09:16 | Çap et

Xəbər verdiyimiz kimi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Zəngəzur dəhlizi məsələsinə toxunarkən onun Ermənistan və Azərbaycanın suveren məsələsi olduğunu bəyan edib. Ekspertlərə görə isə Peskovun belə yumşaq açıqlaması heç də Kremlin Zəngəzur dəhlizi ilə bağlı məsələdə geri çəkildiyi anlamına gəlmir. Peskovun bu yanaşması, sadəcə olaraq, gerçək planları ört-basdır etməyə yönəlib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. “Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, - deyə o vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan departamentinin rəhbəri vəzifəsini tutmuş diplomat Nikolay Platoşkin “Moskovskiy komsomelts” nəşrinə ilginc açıqlama verib. “Zəngəzur dəhlizi Amerikanın çoxdankı planıdır. 2001-ci ildə Florida ştatının Ki-Uest şəhərində Ermənistanın ozamankı prezidenti Robert Köçəryanla Azərbaycan prezidenti Heydər Əliyev arasında danışıqlar aparılıb. Həmin görüşdə belə bir plan tərtib edildi: Azərbaycan Laçın dəhlizi ilə Dağlıq Qarabağı Ermənistana, Ermənistan isə öz ölkəsinin cənubunu, İranla sərhədin keçdiyi Meğrini verib orada Naxçıvanla Azərbaycan arasında dəhliz yaradır”, - deyə o iddia edib.

Sabiq diplomat deyib ki, guya Azərbaycanın və Ermənistanın razılaşdığı bu planın qarşısını Rusiya alıb. “Çünki o vaxt Ermənistanda Köçəryana qarşı güclü müxalifət var idi. Bu plan onun hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilərdi. Ermənistanı mühasirəyə alıb İranla əlaqəsini kəsmək planları uzun müddətdir ki, dolaşır. Paşinyan hökuməti bəyan edib ki, Zəngəzurla bağlı mümkün sövdələşmə yalandır. Amma buna imza atarlarsa, Ermənistan bitəcək. İranla sərhəd Ermənistan üçün həyat xəttidir”.

Sirr deyil ki, münaqişənin həlli ilə bağlı müxtəlif, ən fərqli və hətta ekstravaqant planlar müzakirə olunub.

ABŞ Dövlət Departamenti “Qobl planı” həqiqətən də ərazi mübadiləsini nəzərdə tuturdu: keçmiş DQMV və Laçın dəhlizinin ərazisini Ermənistan Respublikasının Mehri rayonu ilə dəyişmək. Qeyd etmək lazımdır ki, təkliflər paketi “Qobl Planı” adlansa da, onun müəllifi amerikalı deyildi. Bu təklifi ilk dəfə Zəngəzur dəhlizinin ekzistensial əhəmiyyətini başa düşən Türkiyə tərəfi irəli sürmüş, Heydər Əliyev isə o zaman bunu müzakirə etməyə razılaşmışdı. Robert Köçəryan təklif olunan planı əvvəlcədən qəbul etməyə hazır idi. Amma Rusiyaya bağlı olan Vazqen Sərkisyan və Karen Dəmirçyan bu plana qarşı çıxdılar. Rusiyalı sabiq diplomatın dediyinin yalan olduğunu Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman bəyan etmişdi. Paşinyan dedi ki, otuz il ərzində toplanmış bütün sənədlər kompleksini araşdıraraq belə qənaətə gəlib ki, Bakı bir an belə olsun Qarabağ məsələsinin həlli variantını onun ərazi bütövlüyü kontekstindən kənarda nəzərdən keçirməyib. Rusiyalı diplomat niyə Ki-Uesti indi yada saldı, məqsəd nədir?

Onu da deyək ki, o dönəmdə Karen Dəmirçyanla Vazgen Sarqsyan və digərləri terror aktı ilə öldürülməklə sülhə mane olanlar "Qobl planı"nın bükülüb bir kənara qoyulmasına nail oldular. Maraqlıdır ki, nədənsə, yenidən bu ideyanı ortalığa atmağa cəhd edilir. Bununla indiki Ermənistan iqtidarına hansı mesaj verilir?

I Qarabağ savaşı bitən illərdə gündəmdə dolaşan həll variantı dəhlizə-dəhliz idi. Yəni Azərbaycan Laçın dəhlizini ermənilərə, Ermənistan isə Zəngəzur dəhlizini Bakıya verməli idi. Hətta Lissabon (1996), İstanbul (1999) və Ki-Uest (2001) sammitlərində də bu məsələnin müzakirə olunduğu iddia olunur.

Bu plan o zaman Bakı üçün uyğun olsa idi, buna XX əsrin 90-larında imza atılardı. Həm də indi ABŞ-ın belə bir planı yoxdur.

Siyasi ekspert Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, Rusiya diplomatlarının və rəsmilərinin son günlər Zəngəzurla bağlı verdiyi açıqlamalar Moskvanın bu dəhlizdə maraqlarını ifadə edən bir məsələdir. Onun sözlərinə görə, Rusiya rəsmiləri hazırda Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanata istinad edirlər: “Onlar bildirirlər ki, məhz Rusiyanın təklifi ilə həmin bənd üçtərəfli bəyanatın tərkibinə salınıb və Rusiya burada nəzarəti həyata keçirməlidir. ABŞ-ın Zəngəzur dəhlizində nəzarəti həyata keçirməklə bağlı təklifi isə Rusiya tərəfindən qəzəblə qarşılanır. Məhz belə açıqlamalar da buna hesablanıb”.

O.Qasımovun fikrincə, nəzərə alaq ki, ABŞ-ın Zəngəzur dəhlizinə münasibəti yeni deyil: “Amerikanın Zəngəzurdakı nümayəndəsi dəhlizə nəzarətlə bağlı təkliflər irəli sürmüşdü. Bunun ardınca Pol Qoblun bir təklifi olmuşdu. Həmin təklifə görə, Mehri (daxili Zəngəzurun bir hissəsi) Azərbaycana verilməklə Naxçıvana birləşdirilir və əvəzində Laçın yolu, keçmiş Dağlıq Qarabağ vilayəti Ermənistana verilir. 1990-cı illərdə Azərbaycanda hakimiyyətdə olan heç bir qüvvə bu təklifi qəbul etməyib. Ardınca, 2001-ci ildə keçirilən danışıqlarda da bu məsələ müzakirə mövzusu olub. O zaman da tərəflər razılığa gələ bilməyiblər”.

Ekspertə görə, hazırda Rusiya bütün bunları sadalamaqla göstərməyə çalışır ki, ABŞ-ın bu coğrafiyada maraqları mövcuddur və həyata keçirmək üçün sistemli, ardıcıl iş aparılır: “Bütün bu istinadlar hər nə qədər tarixi ekskurs təsiri bağışlasa da, əslində məsələnin mahiyyətini pərdələmək məqsədi güdür. Çünki Rusiya açıq şəkildə bu dəhlizdə nəzarətin ona verilməsini söyləmir - bu, yalnız epizodik hallarda səsləndirilir. Məsələn, Peskovun dilindən bir fikir eşidirik, Zaxarova isə tamamilə fərqli mövqe sərgiləyir. Bu baxımdan, Rusiya əslində bu mövzunu dövriyyəyə gətirməklə ABŞ-ı proseslərdən kənarda saxlamaq niyyətini ortaya qoyur. Buna nail olacaqmı? Bunu qarşıdakı dövrlərdə görəcəyik. Nəzərə alsaq ki, Paşinyanın da Rusiyaya səfəri çox güman ki, bu məsələlərin müzakirəsi ilə yadda qalacaq. Yəni yaxın vaxtlarda bu danışıqların nəticələri ilə bağlı müəyyən addımların şahidi ola bilərik.

Hesab edirəm ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı prosesi seçkilərə qədər uzatmağa çalışacaq ki, hakimiyyətini qoruyub saxlaya bilsin və ondan sonra konkret addımlar atsın".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16
Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11
“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” - İTTİHAM VAR...
Bu gün, 07:06
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
Bu gün, 07:04
Trampın bu qərarı neftin qiymətini kəskin şəkildə artıra bilər
Bu gün, 07:02
Xaricdə təhsil alan tələbələr niyə Azərbaycana qayıda bilmir? - Ekspertdən sərt TƏNQİD
Bu gün, 06:57
Dükaniçi MÖHTƏKİRLİK... - CƏZASI VAR...
Bu gün, 06:54
İrəvan üçün SÜLH DÜSTURU - Başqa cür ola da bilməz...
Bu gün, 06:51
"Rusiya və ABŞ-nin burada birtərəfli üstünlük qazanmasına imkan verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:49
Plana düşən evlərə nə qədər kompensasiya veriləcək? - AKTUAL
Bu gün, 06:45
“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir? - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:27
Məhkəmə sisteminin ÇÜRÜKLÜYÜ - NARAZILIQ VAR...
Bu gün, 06:19
Başsız qalan Gəncənin acınacaqlı halı - əgər başçı olsaydı...
Bu gün, 06:14
Rusiyanın bu ərazisi “işğal” edilə bilər – Rəqibindən mübahisəli həmlə
Bu gün, 06:08
Vaqif Həsənov müəllimləri “quş” adlandırıb? - İTTİHAM VAR...
Bu gün, 06:06
Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - AKTUAL
Bu gün, 06:03
Bakı daimi danışıqlar meydanına çevrilmək istəyə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:01
Yenilənmiş ultimatum: Trampın xəbərdarlığının arxasında nə dayanır?
Bu gün, 05:59
6 uşaqla 1 otağa sığınsalar da... - NAZİRƏ MÜRACİƏT
Bu gün, 05:55
Şagirdi daha çox sayda dərslə yükləmək, lakin nəticə əldə etməmək... - təhsil sisteminin effektivliyini şübhə altına alır
Bu gün, 05:50
Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu - FOTO
Bu gün, 05:45
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru